"Reklam istəyirsə mənə yaxınlaşsın..." - İslamdan aktrisaya SƏRT SÖZLƏR

"Reklam istəyirsə mənə yaxınlaşsın..." - İslamdan aktrisaya SƏRT SÖZLƏR"O xanım reklam istəyirsə müraciət etsin mənə, filmlərimdə ona rol verim, yol göstərim".

Bu sözləri BiG.AZ-a açıqlamasında aktyor İslam Mehrəliyev aktrisa Tunay Əliyevanın sözlərinə cavab olaraq bildirib.

İslamın sosial şəbəkədəki paylaşımlarına xoşagəlməz sözlər yazan Tunaya aktyorun cavabı gecikməyib. Bu barədə BiG.AZ-a danışan İslam Mehrəliyev Tunaya özünəməxsus şəkildə cavab verib: "Rövşanə xanımın verlişində demişdim ki, sosial şəbəkədə məni tənqid edə bilərlər lakin təhqir edə bilməzlər. Hansısa xanım rəydə söyüşlə yazır ki, Azərbaycan kişisi belə olmaz. Mən də demişəm ki, onun əri hara baxır? Başqa kişiyə təhqirli rəylər yazır.
O ki, qaldı Tunay xanıma, mən onu tanımıram, bilmirəm müğənnidi, kimdir, nə işlə məşğuldur. Əgər Tunay xanıma xoş gəlməyibsə mənim sözlərim deməli ona yaxşı Azərbaycan kişisi lazımdır ki, ipini yığsın. Mənim bu sözlərim onu niyə bu qədər narahat edir anlamadım. İstəyirsə Azərbaycan xanımlarının dırnaq arası tərəfini saxlasın, onların mövqeyindən çıxış etsin, deyim ki bizim qadınlara təhqirlə fikir bildirmək yaraşmaz. Birdə ki xəbər başlığını oxuyanda girib içinidə oxusun, görsün nə yazılıb. Başlığını oxuyub başa düşdüyü tərzdə fikir bildirməsin.

Özünü reklam etdirmək istəyirsə yaxınlaşsın mənə, filmlərimdə ona rol verim, yol göstərim. Bu cür xəbərlərlə gündəmə gəlməsin".

Həmçinin İslam Mehrəliyev jurnalistlərə səslənərək rəsminin media orqanlarında Tunay xanımla birlikdə qoymamağını xahiş edib: "Saytlardan xahiş edirəm onun şəklini mənim şəklimlə birgə qoymayın. Hansısa gənc yazar ki, "İslamla qadın" o xanımla şəklim çıxsın istəmirəm.

Qeyd edək ki, aktrisa Tunay İslam Mehrəliyevlə bağlı açıqlamanı Yeniçağ.Az saytına verib.
Maira Namazova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3215   Tarix: 09 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

Müğənni Xuraman Şuşalı "Həftənin qonağı" verilişinin qonağı olub. Axşam.az xəbər verir ki, ifaçı həyat yoldaşı rejissor Elçin Məmmədovla münasibətlərindən söhbət açıb. "Elçini məndən müsahibə almaq üçün göndərmişdilər. Sağ olsunlar. 2008 ya da 2009-cu ildə mənim haqqımda film çəkdi. Mən

28.04.2024 404
.

Aygün və Namiq toyda hərəkətləri ilə DİQQƏT ÇƏKDİLƏR - VİDEO

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəliblər. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, sənətçilər paytaxt restoranlarının birində keçirilən toyda səhnə alıblar. Sevilən duetlərini səsləndirən Kazımova ilə Qaraçuxurlu səhnədə ifaları zamanı hərəkətlər

27.04.2024 2739
.

Günaydan sevgilisi ilə bağlı paylaşım - Video

Müğənni Günay İbrahimli paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sevgilisi ilə avtomobildən video yayımlayıb. Videoda sevfilisinin Günaya gül alması əks olunub. İfaçı onun üzünü göstərməməyə çalışıb

10:36 721
.

Zeynəb Xanlarovanın yeni - Fotoları

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. Axşam.az xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb. O, sənətçi ilə olan fotolarına "SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası, əvəzolunma

28.04.2024 682
.

"Nə Fərda, nə "Komedixana" mənə maraqlıdır"

Aktyor Müşviq Şahverdiyev yumor aktyorları ilə bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, bu haqda "Rəngarəng səhər" proqramında danışan Müşviq "Digər yumoristlər mənə maraqlı deyil" sözlərinə belə reaksiya verib:. "Öz işimlə məşğulam, heç kim də mənə maraqlı deyil

25.04.2024 1261
.

Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb. O, sözügedən videonu "Instagram" hesabında paylaşıb. Videoda Nərgizin avtomobilini cızdığını ifaçıya həyəcanla çatdırmaq istəməsi yer alıb. "Disiplinli Nərgiz idmanda qaldı. Maşın

27.04.2024 1092
.

Qonca Vuslateri ana oldu

Türkiyəli aktrisa Qonca Vuslateri ana olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın qızı dünyaya gəlib. O, övladına Asya adını verib. Qeyd edək ki, Qonca martda Levent adlı şəxslə ailə qurub

26.04.2024 519
.

"Mənə görə nə qədər insan pul qazanır"

"Çox zaman insanlar biz sənətçilərin pərdəarxasında olan həyatımızı görmürlər. Bizim gördüyümüz iş çox əziyyətlidir. Qaça-qovdayıq. Fatiməni tanıyanlar bilirlər ki, dayanmadan çalışır, fikirləşir və yeniliklər axtarır". Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Günaydın

27.04.2024 454
.

Yıldız Tilbe bu dəfə dişsiz fotosu ilə diqqət çəkdi

Türkiyəli müğənni Yıldız Tilbe bu dəfə də görünüşü ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, özünə protez dişlər düzəltdirən ifaçı həkimə getməzdən əvvəl çəkdirdiyi şəkli sosial media hesabında izləyiciləri ilə bölüşüb. Tilbenin ön dişlərinin olmaması izləyicilərin diqqətini çəkib. Onların çoxu müğənnini

28.04.2024 671