Məşhur jurnalist Kənan M.M-ə: "Xanımın zövqsüz və kökdürsə bu sənin günahındır..." - KÖŞƏ

Məşhur jurnalist Kənan M.M-ə: "Xanımın zövqsüz və kökdürsə bu sənin günahındır..." - KÖŞƏOnda şou-biznes hələ beyinləri sıradan çıxartmamışdı. Yerindən duran nədir, heç durmayanın da ağlından ulduz olmaq fikri keçmirdi. Onda ortada az sayda televiziya kanalları və hələ inkişaf etməyən bir-iki xəbər portalı var idi. Heç universitetə daxil olmamışdım. Burulğanın məni bir gün bu sahəyə atacağını nə xəyal edərdim, nə də gözləyərdim... Nəysə, Allah şeytana lənət eləsin!

Həmin dövrlərdə az sayda müğənnilər fəaliyyət göstərirdi. Parta-part klip çəkilişləri başlamışdı. Klipmeyker anlamı elə o zamanlarda dillərə yenicə düşürdü. Kənan Mahmudov adlı rejissor haqda da elə ilk dəfə o dövrdə eşitdim. MM təxəllüsü diqqətimi cəlb etmişdi deyə, özünü də görmək maraqlı idi. İlk baxışdan bu kifayət qədər səliqəli xarici görünüşə sahib, bir az da yaraşıqlı, hələ subay və bu cahana sığan gənc rejissora bənzəyirdi. Azsayda həmkarlarından yeganə fərqi daha çox görünmək, məşhurlaşmaq istəyi idi.

Universitetin birinci kursuna daxil olmuş, jurnalistika kafedrasının banisi Şirməmməd Hüseynovun az qala hər cümləsini əzbərlədiyim yaşda idim. Amma artıq ATV-nin köhnə binasında ulduz aparıcılarla bir otaqda işləyirdim... Onda Zaur Baxşəliyev ulduz filan deyildi. Ecazkar Afaq Gəncəli isə "Onlar" verilişini aparacağının sevincini yaşayırdı... Mən də bu sahənin dərmə-deşiyindən xəbərsiz idim. Həmin dövrlər üçün Kənan hər hansı bir hərəkəti ilə fərqlənməmişdi. Sakit, başını aşağı salıb, işini görərdi...

Bir gün maqazin verilişlərinə verdiyi müsahibəyə baxdım. "Evlənəcəyim qız mobil telefon işlədənlərdən olmayacaq" deyirdi. Dedim nə ağır xasiyyəti var bu MM-in. Qısa müddətdən sonra maqazin jurnalistlərinin qələmindən "Kənan MM müğənni xanımla evlənir" tipli başlıqlar süzüldü. Elə həmin gündən adamın sözünün ağırlığına dırnaqarası baxdım. Amma Allahla danışacam, Kənanın seçdiyi xanım layiqli qız idi. Ən əsası ifaçıya yaraşan sənəti, səsi var idi. Aygün Şükürova haqda digər müğənnilərdən fərqli olaraq mənfi bir söz eşitdiyimi də xatırlamıram. O, yerini bilən, tərbiyəli və səmimi obraz yaratmışdı gözümdə. Bu gün 3 uşaq anasıdır və mənim üçün həmin obrazdadır.

Qayıdaq Kənana. O, şou-biznesin klip sənayəsində imzası olan rejissorlardandır. Bu gün bir neçə film də çəkib və çəkilib... Azdan-çoxdan işləyir, nələrsə edir. Amma di gəl ki, elədiyi hər işin içinə də edir...

Bu yaxınlarda "Maşın şou"dakı hoqqalarını yəqin ki unutmamısız. Şounun açılışı günü studiyada idim. Kənanı ilk dəfə idi bu qədər diqqətlə sezirdim. Aman Allah, bu qədər eqoistlik hardandır? Uca dağları yaradana bənzəyirsən, ay Kənan, dedim ürəyimdə. Şounun digər iştirakçılarına yuxarıdan aşağı baxıb, amma nədənsə onlarla eyni cərgədə dayanmağı özünə yaraşdıran "adam kimi adam" yəni! Canlı yayımda sərgilədiyi qəzəb, ironika, nifrət, bir az da kədər dolu çıxışları ilk günlərdə inandırıcı gəlirdi. Şounu tərk edənə qədər neçə-neçə obrazlardan çıxdı Kənan. Aktyordu həm də, qınamaq olmaz!

Bu gün dediyi ilə sabah etdiyi üst-üstə düşməyincə, insanlarda ikrah hissi yaratdı adam... Azərbaycan tamaşaçısı MM-i elə şounun məqsədinə uyğun tam fərqli tərəfdən tanıtdı... "Maşın" bitsə də, hələ də obrazdan çıxa bilmir, Ritorik Kənan...

İki gün öncə Kənanın rejissoru olduğu "Gecə qonağı-2" filminin təqdimat mərasimi keçirildi. Media, dostlar, tanınmışlar toplandı. Qala gecədə ənələr pozuldu, nəysə ortalığa bir iş çıxdı da... Kənan həmən o işə də bir ".iş" etdi...

Jurnalistlər həmin gecədən adamın zövqsüz hesab etdikləri həyat yoldaşı haqda müxtəlif yazılar təqdim etdilər. Cavabında heç bir tənqidi qəbul etməyən bu unikal insan jurnalistləri mümkün olan ən pis söyüşlərlə təhqir etdi.

Bu köşənin də məqsədi Kənana bir-iki kəlimə deməkdir.

Yaxşı oğlansan, Kənan, amma pafosun yıxacaq səni! İnanmaq istəyirəm ki, sən həmkarın Şahin Zəkizadə ilə vida mərasimində jurnalistləri görüb, yerə yıxılaraq hönkürən oğlan deyilsən! Hərdən ürəkdağlayan çıxışların bir "Kənan MM dramı" deyil. Arada başını qaldır, insanlığa nəzər yetir.

Hər işinin ardından "Bu da bəyənilməsə, peşəmi dəyişəcəm" kimi bəyanatların da var. Məncə dəyiş. Ümumilikdə bəyənilmirsən, Kənan!

Özünü instgramda cəngavər göstərib, sərhədləri aşana qədər, dərrakəli insan kimi tənqidlərdən nəticə çıxar! Azərbaycan mətbuatı sənin düşüncələrindən daha yüksəkdə dayanıb! Boyundan yuxarı təpik ata bilməyin, ən kiçik jurnalisti belə aşacağın anlamına gəlmir!

Bu gün sənəti ilə çoxlarına meydan oxuya biləcək müğənni həyat yoldaşın paparasilərə artıq çəki və zövqsüz geyimi ilə tuş gəlibsə, bu da sənin günahındır! Qadın kişinin əsəridir, unutma!

P.S. Sən Elza Seyidcahandan qaynaqlanıb, "tikim" yazmısan, jurnalistlər isə sənə dahilərdən elə sitat gətirərlər ki, rejissorluğa tövbə edərsən!

P.P.S. O ki, qaldı "tikiş" məsələsinə, o "maşın"dan biz tərəfdə də az deyil.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 12912   Tarix: 04 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qayda pozdu - 1678 manat cəriməsi olduğu üzə çıxdı

Avtomobili qeydiyyat nişansız idarə etməklə yanaşı, 1678 manat cərimə borcu olan şəxs saxlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, "Khazar" markalı, 99-GJ-880 dövlət qeydiyyat nişanlı avtomobil

30.04.2024 385
.

İmtahan nəticələri açıqlandı

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) Axşam.az-a verilən məlumata görə, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə ( ) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edə

30.04.2024 376
.

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Bu ilin yanvarında Binəqədi rayonundakı mebel sexində 10 nəfərin ölümünə səbəb olan partlayışa görə həbs edilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə ibtidai araşdırma davam edir. "Qafqazinfo" xəbər verir ki, təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısına çıxarılıblar. Prokuro

30.04.2024 367
.

İsrail Qəzzada daha 13 fələstinlini qətlə yetirib

İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Hücumlar zamanı 4 nəfər ölüb, 15 nəfər yaralanıb. İsrail ordusunun Bureij Qaçqın Düşərgəsind

30.04.2024 347
.

Bakıda alışan TIR-da 212 ədəd paltaryuyan və qabyuyan yanıb FHN-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən -in sorğusuna cavab olaraq bildirilib. "Yaxınlıqda dayanan "Scania" markalı yük avtomobilini

10:09 245
.

Şəxsiyyəti müəyyənləşən şəhidin qızı: "Artıq gedə biləcəyimiz bir məzar var" - VİDEO

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş 73 nəfərin şəxsiyyətini, basdırıldığı yerləri müəyyənləşdirib. Onlardan biri də Seyfəddin Nəcəfov olub. O, 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə əsir düşüb. Onun qızı Aytəkin Nəcəfova isə 30 il ata həsrət

30.04.2024 449
.

"Yaprak dökümü"nün Oğuzu oğulları ilə - FOTO

"Yaprak dökümü" serialının Oğuzu Tolga Karelin oğulları ilə şəkli yayılıb. xəbər verir ki, aktyor görüntünü sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, o, uzun müddətdir Amerikada yaşayır

30.04.2024 1188
.

Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda azyaşlıya qarşı bir neçə dəfə seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs tutulub. -ın məlumatına görə, rayonun Xələc kənd sakini olan 1993-cü il təvəllüdlü Turan Yusifovun (şərti soyadlı) həmkəndlisinin oğluna qarşı seksual xarakterli hərəkətlə

30.04.2024 632
.

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə iştirak edir - YENİLƏNİR + CANLI YAYIM

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı

10:14 147