Faiq Ağayevdən Röyaya ağır sözlər: "Utancverən lovğalıq, ayıb..." - QALMAQAL

Faiq Ağayevdən Röyaya ağır sözlər: "Utancverən lovğalıq, ayıb..." - QALMAQALİki gün öncə əməkdar artist Röya Ayxan jurnalistlərlə görüşündə işlətdiyi "konsertdən real gəlir və izləyici yığan müğənnilərdən birincisi elə özüməm, ikincini axtarıram" fikirləri şou aləmində müzakirəsiz ötüşməyib.
BiG.AZ lent.az-a istinadən xəbər verir ki, əməkdar artistin bu sözlərinə xalq artisti Faiq Ağayev biganə qalmayıb. Mövzuyla bağlı F.Ağayevin mətbuat xidməti məlumat yayıb:

"Əslində, xoşagəlməz haldır. Görünür, istəməsəm də, mövqe bildirməliyəm. Röya 2000-ci illərdə səhnəyə gəldiyi ilk, əzəl gündən məndən yalnız səmimi rəğbət, əməli dəstək görüb. El-aləmin onu kəsib-baltaladığı, kəskin tənqid etdiyi bir dönəmdə sənət aləmində ancaq mən ona arxa-dayaq durdum.

Məlum açıq-saçıq klipi ucbatından yaranan qalmaqaldan sonra ATV-də yayımlanan Yusif Ağayevin "106 HOUSE" verilişinə zəng edib, canlı yayımda olan hələ gənc, peşəkar səhnədə yenicə addımlamağa başlayan Röyaya bunu dedim: "Ona çılpaqmı deyirsiz? Düz deyirsiz. Bəli, Röyanın qəlbi çılpaqdır, o maskalanmış halda qarşınıza çıxmır, dəstəkləyirəm onu!". Bundan sonrakı illərdə də onu aşırı istedadlı, zəhmətkeş həmkarım sayıb, barəsində yalnız xoş, səmimi, sevgi dolu ifadələr işlədib, müxtəlif həlledici məqamlarında yanında dost, böyük qardaş kimi olmuşam.
Əgər jurnalistlərimizə inansaq, yaşı sənət stajım qədər olan Röya dünən bu ifadələri işlədib: "... demək istəyirəm ki, Azərbaycanda verdiyi konsertdən real gəlir və izləyici yığan müğənnilərdən birincisi elə özüməm, ikincini axtarıram".

Digər mənbəyə görə isə bunları deyib: "Məncə, birinci mənəm. İkincini axtarıram... Azərbaycanda ən çox bilet satan müğənniyəm".

İbtidai sinif şagirdi də primitiv riyazi hesablamalar aparsa, bəllidir ki, 1991-ci ildən bu yana heç bir çağdaş müğənnimiz keçirdiyim solo-konsert sayına, gələn tamaşaçı, qazanılan qonorar, dövlətə ödənilən verginin miqdar və miqyasına çatmayıb. Bu məsələdə müasir estradamızda rəqibim birmənalı, mübaliğəsiz şəkildə yoxdur. 2007-də keçirdiyim 5 günlük anşlaqlı solo-konsert rekordumu da hələ ki, heç kim nə əldə edib, nə də ki yeniləyib.

Röyanın uğurla keçirdiyi konsertlərini, layihələrini heç vaxt kölgəyə alıb, böyük zəhmətini danmamışam, incikliyinə səbəb olmamışam. Əksinə, həmkarımı çəkinmədən səmimi təbrik edib, sevinmişəm nailiyyətlərinə. Və çox güman ki, o, dediklərini (əgər doğrudan da belə deyibsə) əslində özünə qarşı yönəlmiş, növbəti media qalmaqalı üçün əvvəlcədən düşünülmüş təhrik (provokasiya) tələsinə düşərək, bilmədən söyləyib. Mən bu dəqiqəyə kimi məhz belə düşünmək istəyirəm.
Çünki belə deyilsə, çox ayıb bir mənzərə yaranır. Ədalətsiz iddia, əsassız təkəbbür, utancverən əda və lovğalıq. Nə yüksək "Əməkdar Artist" adına, nə xalqın gerçək sevimlisi statusuna, yaraşır belə səbəbsiz "ixtira"."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2564   Tarix: 29 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bu türk aktrisalar dünyanın 100 ən gözəl qadınlarından seçildilər

TC Candler və Independent Critics dünyanın ən gözəl 100 qadını siyahısını açıqlayıb. xəbər verir ki, onların arasında 3 türkiyəli aktrisa da var. Aktrisa Sıla Türkoğlu 33, Özge Yağız 43, Hande Erçel 53-cü yeri tutub

30.04.2024 938
.

Üzeyir Mehdizadə kimdir? - Şəxsi həyatını sirr saxlayır

Üzeyir Mehdizadə Azərbaycanda ən çox tənqidlərə məruz qalan və eyni zamanda ən çox izləyici sayına malik, ən populyar müğənnilərdəndir. O Yotube platformasında Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçidir. "Bioqrafiya" rubrikasınd

03.05.2024 1388
.

"Kasıb ölmək sənin səhvindir"

Müğənni Ayan Babakişiyeva paylaşımı ilə müzakirə yaradıb. OLAY yazır ki, o, ailə həyatından və maddi durumundan danışan imkansız gəncin müsahibəsini paylaşaraq sərt sözlər qeyd edib:. "Kasıb olmaq ayıb deyil, amma kasıb ölmək sənin səhvindir. Əgər yaşadığın ölkədə iş varsa, get, tap işlə. O qədə

01.05.2024 1065
.

Bəhram "kənd-şəhər" söhbəti etdi, tənqid olundu

Əməkdar artist Bəhram Bağırzadə yenidən paylaşımı ilə gündəmə gəlib. OLAY yazır ki, sənətçi Heydər Əliyev Sarayının qarşısında yaranan növbənin videosunu çəkərək instaqramda izləyiciləri ilə bölüşüb. Aktyorun paylaşıma "şəhər mədəniyyəti" yazması, izləyicilərin hiddətinə səbəb olub. "Almaniyad

01.05.2024 952
.

"Titanik"in aktyoru vəfat etdi

Dünyaca məşhur şotlandiyalı aktyor və yazıçı Brayan Makkardi vəfat edib. Axşam.az xəbər verir ki. aktyor 59 yaşında evində qəfil dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Makkardi karyerasına 1980-ci illərin sonlarında başlayıb. O, "Damaged", "Time", "Lin

01.05.2024 386
.

Oğlu Ağakərimin səhhətindən danışdı

Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur. Axşam.az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu "Elgizlə izlə" verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb. "Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir

01.05.2024 644
.

"Torpaq yemək istəyirəm"

Ana olmağa hazırlaşan aparıcı Çinarə Əliyeva maraqlı açıqlama verib. OLAY yazır ki, bu barədə o, "İncə səhər" verilişində qonaq olarkən danışıb. "Bütün gün sumax və keşniş yeyirəm. Kim bizə gəlsə, deyirəm bunlardan al. Mən uşaq vaxtı torpaq xoşlayırdım. İndi bağda iş görəndə istəyirə

03.05.2024 677
.

Günay efirdə göz yaşlarına "QƏRQ OLDU" - VİDEO

Teleaparıcı Günay Baxşəliyeva aparıcısı olduğu "Günaylı gün" verilişində duyğusal anlar yaşayıb. xəbər verir ki, buna səbəb verilişdə qonaq olan həkim Xariqə xanımın qardaşının şəhid olduğu gün olması olub. Canlı efirin qonağı olan muğam ifaçısı, Xalq Artisti Könül Xasıyevanın ifası zaman

02.05.2024 1184
.

Serenay Sarıkaya "Esengül" rolunu oynaya bilər

Türkiyəli arabesk müğənnisi Esengülün həyatı barədə film çəkiləcək. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Esengül rolunu Serenay Sarıkayanın oynayacağı iddia olunub. Qeyd edək ki, Serenay Bergen rolundan son anda imtina etmişdi

03.05.2024 248