"150 kişi arasında Xatirə İslam tək qadın olaraq..."

"150 kişi arasında Xatirə İslam tək qadın olaraq..."Xəbər verdiyimiz kimi, ATV telekanalının rəhbərliyindən kənarlaşdırılan Vüqar Qaradağlı ilə bağlı tanınmış müğənnilər ittihamlar səsləndirərək ATV-nin vitse-prezidenti, eyni zamanda V. Qaradağlının qaynı Rauf Dadaşovun istəyi ilə şou-proqramlarda, toylarda, dövlət tədbirlərində ödənişsiz çıxış etdiklərini bildiriblər.

BiG.AZ xəbər verir ki, müğənni Xatirə İslam da V. Qaradağlının kanal rəhbəri olduğu zamanlarda ona qarşı edilən haqsızlıqlardan danışıb.

"Əslində bu bərədə heç danışmaq fikrim yox idi, çünki mənim üçün o qədər də əhəmiyyətli məsələ deyil. Sadəcə görürəm ki, hər kəs münasibət bildirir. İstədim siz də mənə qarşı atılan addımdan xəbərdar olasınız. Hər kəsə ayrılıqda hörmətim var, amma məni narahat bəzi suallarım var. İstəyirəm onları da bildirim. Özümün belə xəbərim olmadan ATV kanalında "qara siyahı"ya salınmışam. Görəsən, bu, mənim ATV-nin bütün bölgələrdəki konsertlərində, dövlət tədbirlərində, toylarında təmənnasız iştirakıma görə qoyulub?

Əslində düz edirlər... Hörmət xətrinə pulsuz görülən işlərin axırı belə olur. Yəqin bəzi müğənnilər kimi mən də qonorar istəsəydim bu halla rastlaşmazdım! 18 illik səhnə fəaliyyətimdə dəvət olunduğum hər yerdə canla- başla iştirak etmişəm! Rəhmətlik İslam Rzayevə müəllim yox, həmişə Baba gözü ilə baxmışam. Nə etmişəmsə, min kərə halal xoşu olsun. Dəfnində iştirak edən 150 kişi arasında Xatirə İslam tək qadın olaraq ustadını torpağa tapşırdı! Bunu hər kəs bilir ki, mən həmişə əlimdən gələni etmişəm ki, ustadımın adını yaşadım, dəfələrlə İslam müəllimin yaradıcılıq gecəsini keçirtmişəm, İslam Rzayevə həsr olunmuş bir neçə kitabları dərc etdirmişəm. İndi təsəvvür edin ki, ustadımla bağlı veriliş hazırlanır və mən ora dəvət olunmuram!

Kanalın siyasətinə qarışmıram. Ola bilər ki, hansısa müğənni "qara siyahı"ya düşəcək bir addım atıb və onu kanala dəvət etmirlər. Bəs 18 ildir istər estrada, istər xalq musiqisi sahəsində çalışan məni hansı əsasla məlumat vermədən, mövqeyimi öyrənmədən qara siyahıya salmışdılar? 106.3 radiosunda vəziyyət isə lap acınacaqlı idi. Orada ancaq 4-5 müğənninin mahnıları səslənirdi və düzünü desək, mahnı səslənməmiş müğənninin adını da deyirdilər, çünki bilirdilər ki, həmin adamı tanıyan yoxdur və eyni tərz müğənnilər olduğundan ifaçının kim olduğu bilinmirdi. Mənim isə mahnım gündə bir dəfə verilərdi, ya yox! Hər bir halda çalışaq həmişə obyektiv olaq, heç kimin haqqına girməyək! Mənə lazım olsa, sevənlərimə burdan da sözümü deyib mahnımı canlı oxuyaram".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3475   Tarix: 28 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sibel Canın verilişi kimi layihə edəcəyəm"

Müğənni Aygün Şükürova yenidən aparıcılıq edəcəyini deyib. OLAY yazır ki, ifaçı ötən il apardığı verilişdən bəhs edərkən, həyata keçirmək istədiyi yeni layihəsindən söz açıb. O, bu barədə "Xəzər axşamı" proqramında danışıb. "Nuşi can" verilişi idi. 9 ay apardıq. 5 gün canlı efir idi

24.04.2024 852
.

Faiq Ağayev Aygün Kazımova ilə sevgili olub?

Xalq artisti Faiq Ağayev həmkarı Xalq artisti Aygün Kazımova ilə münasibətlərindən söz açıb. bizim.media-ya istinadən bildirir ki, sənətçi bu haqda qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. Proqramın aparıcısı Zaur Nəbioğlunun "Faiq Ağayev Aygün Kazımova ilə sevgili olub?"

23.04.2024 4786
.

"Jolly Joker"in ilk qlobal məkanı "Jolly Joker Bakı"da Yıldız Tilbe izdihamı

Bakının mərkəzində 3.00 nəfərlik zala sahib "Jolly Joker Bakı" Azərbaycanda Yıldız Tilbe konserti ilə qapılarını sevənlərinə açdı. "Jolly Joker"in əvəzedilməz simalarından ən öndə gələn və hər konsertdə biletləri günlər öncə tükənən Yıldız Tilbe Azərbaycanda da eyni maraqla qarşılandı

24.04.2024 378
.

Aygün Kazımovanın kovboy tərzi AĞILLARI BAŞDAN ALDI - VİDEO

Xalq artisti Aygün Kazımova görünüşü ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu tələbələrlə görüşüb. Pop kraliça kovboy tərzində səhnəyə çıxıb. O, cins geyimini qəhvəyi çəkmə və şlyapa ilə tamamlayıb. Sevilən mahnılarını səsləndirən Kazımovanın konserti bu dəfə də anşlaqla keçib

28.04.2024 4021
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26.04.2024 1510
.

O da "Bahar"a gəldi - Foto

"Bahar" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Yasemin Sakallıoğlu rol alacaq. O, layihədə qonaq rollardan birinə həyat verəcək. Qeyd edək ki, serialın baş rolunu aktrisa Demet Evqar canlandırır. Serialda eyni zamanda Mehmet Yılmaz Ak və Buğra Gülsoy da çəkili

28.04.2024 443
.

Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb. O, sözügedən videonu "Instagram" hesabında paylaşıb. Videoda Nərgizin avtomobilini cızdığını ifaçıya həyəcanla çatdırmaq istəməsi yer alıb. "Disiplinli Nərgiz idmanda qaldı. Maşın

27.04.2024 1048
.

Aysun İsmayılova: "İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın" - VİDEO

"İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın". Bu sözləri ATV-nin efirində yayımlanan verilişlərdən birində müğənni Aysun İsmayılova deyib. O, həyat yoldaşının musiqi zövqünün onun tərzi ilə üst-üstə düşmədiyini deyib. "Həyat yoldaşımın dinlədiyi musiqilər ta

24.04.2024 1111
.

"Evlənmərəm" deyib böyük danışıram" - Simge

Mənim kimi öz ayaqları üstündə dura bilən qadınlar sadəcə bəyəndiyi və seçdiyi kişilərlə münasibət qurur. xəbər verir ki, bu sözləri türkiyəli müğənni simge deyib. O qeyd edib ki, evliliyi istisna etmir:. "Evlənmərəm" deyib böyük danışıram. Amma hər şeyə açığam. Surprizləri sevirəm"

25.04.2024 683