Prezident bu rayona pul ayırdı (SƏRƏNCAM)

Prezident bu rayona pul ayırdı (SƏRƏNCAM)Prezident İlham Əliyev Neftçala şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Neftçala rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilmiş, Neftçala Sənaye Məhəlləsi yaradılmış, iri istehsal və emal müəssisələri açılmış, Rayon Mərkəzi Xəstəxanası, Şəhər Mədəniyyət və İncəsənət Sarayı, Uşaq-Gənclər Şahmat Məktəbi əsaslı təmir olunmuş, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 64 mənzilli 3 yaşayış binası inşa edilmiş, təhsil ocaqları və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, 31 kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılmış, yeni yollar çəkilmiş, Kür çayı sahilində bulvar salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Neftçala şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Neftçala şəhərində 35 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Neftçala Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Dövlət başçısı Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Otuz yeddi min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 21,5 milyon (iyirmi bir milyon beş yüz min) manatı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2406   Tarix: 25 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır

İsrail, Fələstinin radikal HƏMAS hərəkatı ilə razılaşmalar üçün yeni təklifində Qəzza zolağında vəziyyətin davamlı nizamlanmasına hazır olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb. İsrail HƏMAS-ın saxladığı girovların aza

17:20 131
.

Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"

Azərbaycanın bu il Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkədə aqrar və ekoloji siyasətin qabaqcıl beynəlxalq təcrübəyə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühü

10:00 141
.

Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb

Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb. "Report"un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb. Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar "ING Bank"ı

19:20 81
.

BMT: "Altı ayda Qəzzada 13 min uşaq ölüb"

BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb. O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir. "Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir

18:50 94
.

Ukrayna kəşfiyyatı Rusiyanın RLS-ni vurub

Ukrayna Baş Kəşfiyyat İdarəsi və hərbçilər Rusiyanın "Podlyot" radiolokasiya stansiyasını (RLS) aşkarlayaraq vurublar. "Report" xəbər verir ki, məlumatı "Nexta" yayıb. Bildirilib ki, belə RLS-in qiyməti beş milyon dollardır

27.04.2024 280
.

Moskvada "Reuters" xəbər agentliyinin prodüseri həbs edilib

Rusiyanın paytaxtı Moskva şəhərində "Reuters" agentliyinin prodüseri Konstantin Qabov ekstremist icmada iştirak ittihamı ilə həbs edilib. "Report" xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsi təqsirləndirilən Konstantin Vasilyeviç Qabovun barəsində 2 ay müddətinə, yəni 2024-c

13:10 157
.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Bu barədə BİG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

11:20 177
.

Gürcüstan parlamentinin sədri "Xarici agentlər" haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Xarici agentlər" haqqında qanuna görə "Gürcüstana qarşı siyasəti dəyişdirməklə" hədələyən amerikalı senatorlara sərt cavab verib. "Report"un yerli bürosu xəbər verir ki, parlamentin spikeri bildirib ki, ABŞ Milli Demokratiy

27.04.2024 229
.

Kadırovun xəstəliyi də, varisi də bəllidir

Mədəaltı vəzin xərçəngindən əziiyət çəkən Çeçinistan liderini rəhbər postda kim əvəz edəcək?. Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılıb. xəbər verir ki, Kreml hakimiyyətinə müxalif nəşr olan "Novaya qazeta" Çeçenistan rəhbərini

17:40 362