Valideynlərin NƏZƏRİNƏ! Psixoloqlar həyəcan təbili çalır: "Uşaqlarınız şizofren ola bilər"

Valideynlərin NƏZƏRİNƏ! Psixoloqlar həyəcan təbili çalır: "Uşaqlarınız şizofren ola bilər""Cizgi filmlərində subliminal mesajlar var ki, bunlar uşağın şüuraltına birbaşa təsir göstərir. Bu subliminal mesajlar cinsi və ölümlə bağlı mövzularda olur".

Bunu BiG.AZ-a açıqlamasında psixoloq Elnur Rüstəmov cizgi filmlərində nümayiş etdirilən şiddət, vəhşilikdən danışarkən deyib. O bildirib ki, cizgi filmlərində təsvir olunan döyüş səhnələri, müxtəlif formatda olan personajlar uşaqlarda aqressiyaya meyillilik, insan formatını doğru formada qavramamağa, bəzi hallarda isə əqli inkişaf geriliyinə səbəb olur:

"Uzun müddət bu tip cizgi filmlərini izləyən uşaq və yeniyetmələrdə ünsiyyət çətinliyi kimi problemlər də yaranır. Uşaq real mühitdən uzaqlaşaraq xəyali fantaziyalara yönəlir. Bu məqamlar təxəyyülə birbaşa təsir göstərdiyi üçün bir çox hallarda tamamlanmamış intiharla nəticələnir. Çünki yaşadığı reallıqla xəyal dünyasını fərqləndirə bilmir və bu səbəbdən də böyük təhlükə mənbəyi sayılır. İrəlidə uşaq və yeniyetmələrdə borderline və antisosial şəxsiyyət tiplərini formalaşmasına səbəb olur.

Valideynlər uşaqların izlədiyi cizgi filmləri daimi olaraq müşahidə altında saxlamalı, ilk öncə özləri izləyib daha sonra uşaqlara tövsiyə etməlidir.

Bəzi cizgi filmlər var ki ümumiyyətlə danışıqdan istifadə olunmur, yalnız jest və mimikalardan istifadə olunur. Bu zaman şüuraltı olaraq uşaq düşünür ki, insanlar arasında verbal ünsiyyət mühüm deyil, qeyri-verbal vasitələrlə qarşı tərəfə lazım olanı anlatmaq olar. Bilavasitə bu düşüncədə olan uşaq ünsiyyətdən qaçır, özünə qapanır və sizoid şəxsiyyət tipinin formalaşmasına zəmin yaradır.

Digər bir məqam cizgi filmlərin uşaqlarda təxəyyülü yüksək dərəcədə inkişaf etdirməsiylə bağlıdı. Bu cizgi filmi izləyənlər süni formada hallusinasiya yaradır, bunun normal olduğunu düşünür. Qeyri-adekvat reaksiyalar verir və sizofren davranışın formalaşmasına gətirib çıxarır.

Maira

Valideynlərin NƏZƏRİNƏ! Psixoloqlar həyəcan təbili çalır: "Uşaqlarınız şizofren ola bilər"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1846   Tarix: 26 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş