Dəlixanaya yatırıldı, kimliyi bilinəndə hamı ŞOKA DÜŞDÜ - BU QADININ ETDİYİNƏ İNANMAQ OLMUR

Dəlixanaya yatırıldı, kimliyi bilinəndə hamı ŞOKA DÜŞDÜ - BU QADININ ETDİYİNƏ İNANMAQ OLMURElizabet Kokran Siman ABŞ-ın ən peşəkar jurnalisti kimi ölkə tarixində mühüm yer tutur. 1864-cü ilin 5 may tarixində dünyaya gələn Elizabet daha çox Nelli Blay adı ilə tanınır.

Simanların 15 övladdan ibarət böyük ailəsində doğulan Elizabetin ən böyük arzusu jurnalist olmaq idi. Erkən yaşda atasını itirən yeniyetmə qız anasına və bacı-qardaşlarına tək baxmalı olur. Öncə bir sıra ağır işlərdə çalışan Elizabet buradakı qadınların istismarına ürək ağrısı ilə yanaşır, bir gün onların acılarının bitəcəyinə ümid edirdi.

Publika.az xəbər verir ki, Nelli Blayı tarixdə ən çox məşhurlaşdıran iki hadisə olub. Birinci layihə Nellinin "The New York World" qəzetində çalışdığı dövrdə həyata keçirdiyi Yer ətrafında 80 gün adlanırdı. Nelli 80 gün müddətində dünya səyahətinə çıxır və rastlaşdığı bütün hadisələrə, yeniliklərə qələmi ilə can verirdi.

Onun ikinci məxfi layihəsi isə jurnalistika tarixində əsl qalmaqal yaradır. Belə ki, Blay 10 gün ərzində Blackwell Island ərazisindəki ruhi əsəb xəstəlikləri dispasnerində yatır. Bu müəssisədə heç kim onun əsl kimliyini bilmirdi. Odur ki, özünü ruhi xəstə kimi aparırdı. Cəmi 10 gün xəstəxanada qalmasına rəğmən sinir sistemi pozulmuşdu. Dispanserdən çıxarılandan sonra Blay "Dəlixanada keçirdiyim 10 gün" kitabını yazır. Əsərdə müəssisənin yalanlarını, həkimlərin qəddarlığını ifşa edir.

Elizabet kitabında yazırdı: "Mən bu təcrübənin müsbət sonluqla bitməyəcəyini öncədən bilirdim. Lakin peşəm və onlarla insanın taleyini dəyişmək uğrunda özümü qurban verməli idim. Xəstəxanada həddən artıq ruhi xəstə müalicə görürdü. Xəstələrə quru çörək, xarab olmuş ərzaqlar və paslı, kirli su verirdilər. Otaqların hər küncündə siçanlar gəzirdi. Mən də məcbur olub, özümü dəliliyə vurdum. Bir neçə gündən sonra hiss etdim ki, artıq əsəblərim tarıma çəkilib.

Ən dəhşətlisi bilirsiniz nədir? Burada mənimlə birgə xəstə olmayan çoxlu qadın vardı. Onlar ingiliscə bilmirdilər. Həkimlərə dəli olmadıqlarını sübut etməyə çalışanda isə fiziki şiddətə məruz qalırdılar. Ruhi xəstələr isə istismar edilir, düzgün müalicə görmürdülər. 10 gün sonra vəkillərdən ibarət bir qrup insan gəlib məni bu cəhənnəmdən xilas etdi. Lakin özümə söz verdim ki, o qadınlar üçün də əlimdən gələni edəcəm".

Nelli Blay həqiqətən də arzusuna çatır. Kitab işıq üzü görəndən sonra ölkənin onlarla ruhi əsəb dispanserində ciddi dəyişikliklər edilir, xəstələrə mənəvi və fiziki təzyiq göstərən həkimlər cəzalandırılır.

Nelli Blay ölkənin ən nüfuzlu jurnalisti və yazıçısına çevrilir. O, bu silahından istifadə edərək, bütün gücünü cəmiyyəti müsbət yöndə dəyişdirməyə, qadın hüquqlarının bərqərar olmasına sərf edirdi. Blayın bu açıq fikirləri, cəmiyyətin qadınlara qarşı təzyiqlərini çılpaqlığı ilə ifşa etməsi dövlət qurumları tərəfindən heç də xoş qarşılanmırdı. Odur ki, bəzən yazdığı məqalələr nəşr edilmir, hətta çalışdığı qəzet rəhbərlikləri onunla əməkdaşlıqdan imtina edirdilər. Çünki Blayın müasiri olduğu zəmanədə qadın jurnalistlərin əsas vəzifəsi yeni dəb ünsürlərindən, filmlərdən, romantik mövzulardan yazmaq idi.

O isə öz amalından bir an da olsun dönmədi, məmurlara baş əyib, əqidəsindən üz çevirmədi. Əksinə ailə qurduqdan sonra təşkilati məsələlərə, qadınların bütün mövzularda təlimləndirilməsi ilə bağlı problemlərə daha çox diqqət ayırmağa və xeyriyyə işləri ilə məşğul olmağa başladı.

Bu gün Amerika Birləşmiş Ştatlarında, eləcə də dünyada yaşayan ziyalı xanımlar dövrünün ən mübariz qadını və jurnalisti Nelli Blayı dərin sevgi ilə anırlar. 1922-ci ildə 57 yaşında dünyasını dəyişən zərif qəhrəman minlərlə qadının ilham pərisinə çevrilib, yollarına işıq saçan mayak oldu. Elizabetin ölümündən 2 il əvvəl qadınlara seçkilərdə iştirak etmək hüququ verildi. Doğmaları onu xatırlayarkən, xəbəri eşidən zaman gözlərinin ulduz kimi parladığından bəhs edirdilər.

Dünya tarixində Nelli Blay ləqəbli Elizabet Siman kimi yüzlərlə parlaq şəxsiyyətlər var ki, onları unutmağa mənəvi haqqımız yoxdur.
Dəlixanaya yatırıldı, kimliyi bilinəndə hamı ŞOKA DÜŞDÜ - BU QADININ ETDİYİNƏ İNANMAQ OLMURDəlixanaya yatırıldı, kimliyi bilinəndə hamı ŞOKA DÜŞDÜ - BU QADININ ETDİYİNƏ İNANMAQ OLMURDəlixanaya yatırıldı, kimliyi bilinəndə hamı ŞOKA DÜŞDÜ - BU QADININ ETDİYİNƏ İNANMAQ OLMUR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6703   Tarix: 21 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424