Ölümün nişanlı Fərmanı - Rövşən Əsədovun yazısı

Ölümün nişanlı Fərmanı - Rövşən Əsədovun yazısıÖlümün nişanlı Fərmanı...

Heç yatsam da yuxuma gəlməzdi ki, belə bir şən, deyib gülən insan sıralarımızı vaxtsız vədəsiz tərk edəcək, həm də avtoqəzada. Hələ də inanmaqda çətinlik çəkirəm, evlərində iki maşın olsa da tələbəlik illərindən universitetə bəzilərindən fərqli olaraq maşınsız, piyada gəlib gedən bir insan avtoqəzada dünyasını dəyişə...

Tələbəlik illərində hər bir gənc kimi maraq dairəmizdə maşın olsa da həmişə bizimlə mən bir milyonluq metro ilə gəzirəm, sizin kimi kasıb deyiləm deyə zarafatlar edirdi. Universitet müəllimlərimiz də onu zarafatcıl biri kimi tanıyırdı.

Tələbəliyimizi başa vurub artıq müstəqiil həyata addımlar atdıq, əlaqələr seyrəldi. Hərəmiz bir sahə üzrə ixtisaslaşdıq, hərəmiz bir yerdə işləməyə, həyat qayğıları çəkməyə başladıq. O da bizim kimi özünə bir həyat qurmuşdu, bir gün yarımçıq tərk edəcəyi həyat. Bu yaxınlarda nişanlanmışdı. Yaxın qohumları rəhmətə getdiyi üçün toyu bir ay bundan sonra etməyi düşünürdü. Həm qohumunun ilinin çıxmağını gözləyirdi, həm də "Məhərrəm" ayının çıxmağını.

Qırmızı rəngli qara lent

Evlərini də bu yaxında təmir etdirmişdilər, gəlin gətirəcəkdilər. Həyətdəki divarı da ucaltmışdılar. Qəzaya düşməmişdən bir gün öncə gecə ilə evlərinin darvazasını (Red. qapı) qırmızı rəngə boyatmışdı. Deyirdi ki, ata pul vermə, dostumdu. Maşın rəngləyir. Sağolsun o da bir manatsız gəlib gecə ilə darvazanı rənglədi. Hər yerə qırmızı lent bağladıq, qırmızı rəngli qara lent...

Bunu mənə Fərmanın atası danışır. Bir ata düşünün, saçı seyrək və ağarmış, nəslinin davamçısı olan 26 yaşlı oğlunu bir neçə gün bundan öncə torpağa tapşıran ata. Artıq nisgil onun səsini də tutmuşdu. Pıçıldaya-pıçıldaya danışırdı...

Deyir ki, bu yaxında toy edəcəkdik deyə maşınları satdıq, dedik toydan sonra yenisini alarıq. Gəldi evə, dedi ki, hamamı taxın gəlib çiməcəm. Nəsə harasa tələsirdi. Sən demə dostunun maşının istəyib, o da canını istəsən əsirgəyən oğlan deyil. Verib maşınını Fərmana ki, qurbandır maşın sənə. Harasa gedirmiş. Masazır yolunda necəsə olub idarəetməni itirib. Maşın təxminən yüz metr yoldan kənara çıxıb...

Sanki yer göy lərzəyə gələcəkdi bu sözlərdən sonra, ortam çox sakit idi. Ürəyimizin döyüntülərini eşidirdik. Ata siqaretini yandırıb bir qurtum aldı, tüstüsü gözünü yandırırdı. Dərin nəfəslə tüstünü içinə çəkib sözünə davam etdi. Oğlumun meyitinə tam baxa bilmədim. Amma qarnı göyərmişdi. Sükan onun daxili orqanlarını dağıtmışdı, boynu, qolu, qıçı qırılmamışdı. Elə hadisə yerində keçinmişdi.

Hadisə yerinə gedən təcili yardımı tapdıq, həkimi danışdırdıq. Deyir biz ora çatanda bir oğlan da vardı. Qışqıra - qışqıra ağlayıb, başına döyürdü. Elə hey deyirdi ki, Allah mən nə cavab verəcəm, Allah mən nə cavab verəcəm? O oğlanın kim olduğunu bilmirdik. Həkim təxmini görünüşün deyəndə bildik, o oğlan Fərmanın dostu idi, maşını Fərmana verən oğlan...

Ekspertiza deyir ki, ya təkər partlayıb yoldan çıxıb, ya da ötmə əməliyyatı zamanı idarəetməni itirib. Dostu qorxudan bizə zəng etməyib, nə də gəlib bizə deyə bilməyib. Bizə polisdən dedilər. Getdik hadisə yerinə baxdıq, hamısın gördüm mən, hər şeyi...

Danışdıqca səsinin əsməsindən nələr yaşadığını anlayırdım. Pıçıltı ilə hər sözdən bir, "Özünü də, məni də, camaatın qızını da bədbəxt elədi. Özünü də, bizi də" deyə üsyan edirdi...

Ata deyir ki, Fərmanı Zabrat qəbiristanlığında dəfn edib. Həm nənəsi, babası da orda dəfn edilib ona görə, həm də yaxın olmasını istəmir. Deyir dayana bilmərik. Hər gün qapıdan girən Fərman daha o qapıdan heç vaxt girməyəcək içəri. Biz buna dözə bilmərik. Anasının da o məzarlıqda ürəyi partlayar, nişanlısının da, mənim də.

Pıçıltılı səs yenə aramla danışır, dünən getmişdim məzar üstünə, səhər tezdən idi. Gördüm ki, nişanlısı qəbirin üstündə ağlayır. Heç kimi yaxınına buraxmırdı. Bir tək məni, bir də qızımı buraxdı yaxına. Bir təhər ayırmışıq məzardan. İndi onun aqibəti necə olacaq?

Atası deyir ki, nə vaxt istəsəniz gətirərəm qızımı amma bu nə vaxta kimi olacaq? Biz kiminsə qızını bədbəxt edə bilmərik, onun da həyatı var. O da ailə sahibi olmalıdır. Biz bununla barışmalıyıq daha. Ölüm alın yazısıdır, onun alnına, qismətinə bu gecə məzarda yatmaq yazılmışdı.

Sonra onun dostu gəldi bizə, mən dedim ki, bura onun evidir, mən heç vaxt onu qovmaram evdən. O da istəməzdi ki, Fərman ölsün. Onlar yaxın dost idilər. Nə də mən heç vaxt ondan şikayətçi olmaram. Gəldi bizə məni qucaqlayıb ağladı, Fərmanın anasını qucaqlayıb ağladı. Stresdən əlini divara vurub parçaladı, bax buralar da hamısı qandır. O istəyərdi ki, heç Fərman qəzaya düşsün? O uşaq evimizin uşağıdır, nişanda da canla-başla iştirak edib, əziyyət çəkib.

Evdə də sakitlik hökm sürürdü, sükutun içərisindən küləyin qırmızı rəngli qara lentləri pilləkanın dəmirlərinə çırpmağının səsi gəlirdi. Daha deyiləcək heç bir söz qalmamışdı, nə də bizim deyiləcək sözlərimiz ata üçün təsəlli ola bilməzdi...

Ölümün nişanlı Fərmanı - Rövşən Əsədovun yazısıQrup yoldaşım Fərman Mehtizadənin acı xatirəsinə hörmətlə...

Allah rəhmət eləsin.

Rövşən Əsədov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1748   Tarix: 21 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiqin Sumqayıtda parkda olarkən vəfat etməs

10:59 284
.

Dırnaq yeməyin təhlükələri - ondan necə qurtulmaq olar?

İnsanlar dırnaq yeməyə hələ uşaqlıq dövründən başlayır. Bəzi hallarda bu vərdiş yetkin yaşda da qalır. Halbuki bunun fəsadları təkcə estetik problemlərlə məhdudlaşmır. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər dırnaq yemə vərdişini çox vaxt stresslə əlaqələndirilirlər. Dırnaq yemək adətə

19:00 94
.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

14:04 245
.

Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib

13:58 206
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 207
.

Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatları məlum olub. Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev Qaynarinfo-ya aşıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:

16:58 254
.

Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal

15:10 212
.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

15:55 167
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

19:45 65
.

TOP MP3