Cəlilabadda çiyələk bazarında KÜTLƏVİ DAVA: İki nəfəri armaturla qanına qəltan etdilər? - TƏFƏRRÜAT

Cəlilabadda çiyələk bazarında KÜTLƏVİ DAVA: İki nəfəri armaturla qanına qəltan etdilər? - TƏFƏRRÜATCəlilabad rayonunda kütləvi dava olub, xəsarət alanlar var.

BiG.AZ xəbər verir ki, A24.Az saytının redaksiyasına Cəlilabad rayonunda polis məmurlarının vətəndaşlara qarşı etdiyi haqsızlıqlarla bağlı şikayət məktubu daxil olub.

A24.Az-ın məlumatına görə, Cəlilabad rayonu Göytəpə şəhərində ticarətlə məşğul olan vətəndaşlara qarşı qanunsuz olaraq zor tətbiq edilir.

Sakinlərdən birinin redaksiyamıza göndərdiyi şikayət məktubunu təqdim edirik:

"Cəlilabadda peydə olan qoçular və onları himayə edən məmurlar kimdir?

Ələt-Astara-İran magistral yolunun Cəlilabad rayon Göytəpə şəhər ərazisindən keçən hissəsində bu yoldan istifadə edən hər kəs demək olar ki, yolun qırağında çiyələk bazarını görüb. Burada ticarətlə məşğul olmaq təhlükəlidir. Bundan əlavə, burada hər adam ticarətlə məşğul ola bilməz. Kimsə bazarda nəsə satmaq istəyirsə, qoçulara haqq verməlidir. Həmin qoçulara haqq verməyənlər isə döyülür və hələ üstəlik polis tərəfindən onlara cinayət işi də açılır.

Cəlilabad rayon Göytəpə şəhərində qeydiyyatda olmayan Yardımlı rayon Honuba kəndindən ailəsi ilə birgə gəlmiş Şükürov Algül İldır oğlu buraya gələr –gəlməz Cəlilabad polisi ilə əlbir olaraq "çiyələk bazarına" "tas" qoyub verməyənləri isə qohum-əqrabası ilə birlikdə kütləvi dava ilə cəzalandıraraq qoçuluq edirlər. Əllərində dəmir –armatur olan qoçular nədənsə hər dava sonucu günahsız çıxır və yenidən fəaliyyətlərinə davam edirlər. Sən demə, bunları himayə edən şəxs Cəlilabad Rayon Polis Şöbəs İstintaq Bölməsinin istintaqçı baş müstəntiqi Allahverdi Həsənovdur. Əgər bu şəxslərin işlərini araşdırsaq, görəciyik ki, bütün işlərin başında Allahverdi Həsənov durur.

Qoçu dəstəsinin törətdiyi sonuncu cinayət təxminən bir ay bundan qabaq olmuş və oradada birinin gözünü çıxarmaqla, digər iki nəfərin ayaq –başlarının dəmir alətlə vuraraq sümüklərini sındıraraq ağır xəsarət yetirmişlər.

Bu günkü günə qədər xəstəxanada müalicə alsalarda, heç kəs ifadə almamış və məlum olmuşdur ki, yenə işi Cəlilabad RPŞ-si İB-nin istintaqçı baş müstəntiqi Allahverdi Həsənov aparır. Əvvəlki cinayətləri ört-basdır edən müstəntiqdən istentaqın alınmasını tələb etsəkdə, o bu işi heç kimə verməyəcəyini və özünün aparacağını deyib. Müstəntiqin bu qədər əminliklə danışması belə qənaətə gəlməyə əsas verir ki, bu qoçuları müdafiə edənlər başqa vəzifəli məmurlar tərəfindən də həyata keçirilir.

İnanırıq ki, xəbər paylaşandan sonra aidiyyatı qurumlar bu şəbəkə cinayətinin üstünü açmaqla bizim də hüquqlarımızı bərpa edər və cinayətkarlar öz layiqli cəzalarına çatarlar".

A24.Az olaraq zərərçəkmiş Cəlilabad rayonu Göytəpə şəhər sakinləri Rzayev Əlikram Nurəddin oğlu və Rzayev Namiq Ataxan oğlunun hüquqlarının müdafiəçisi Yarıyev Ramiz Qədir oğlu ilə əlaqə saxladıq. R.Yarıyev A24.Az-a açıqlamasında Cəlilabad RPŞ-si İB-nin istintaqçı baş müstəntiqi Allahverdi Həsənovu qoçuları himayə etməkdə günahlandırdı.

"Göytəpə şəhərində gəlib məskunlaşmış Şükürov Algül İldır oğlunun və onun ailə üzvüləri ilə birlikdə digər yaxın qohumlarının Göytəpə şəhərində günahsız ərazi vətəndaşlarına qarşı əsaslı səbəb olmadan qəsdən törətdikləri çoxsaylı cinayətlərinin bütün hamısının iş üzrə cinayət işinin istintaqını Cəlilabad RPŞ-si İB-in istintaqçı baş müstəntiqi Allahverdi Həsənov aparır.

Hüquqlarının müdafiəçisi olduğum Cəlilabad rayonu Göytəpə şəhər sakinləri Rzayev Əlikram Nurəddin oğlu və Rzayev Namiq Ataxan oğlu digər iki qardaşı ilə birlikdə idarə etdikləri şəxsa avtomobilləri ilə nahar yemək üçün 15.08.2017-ci il tarixdə gündüz saat təxminən 12-13 radələrində özlərinin çiyələk sahələrindən evlərinə gələrkən Bakı- Astara şossesinin Göytəpə şəhəri hissısində hər iki tərəfə sıx avtomobil hərəkətinin olduğundan hüquqlarının müdafiəçisi olduğum zərərçəkmişlər mərkəzi yola hərəkət edib çıxa bilmədiklərindən narahat vəziyyətdə saxladıqları avtomobilini köməkçi olan yola sürüb saxladıqları an orada yolun üstündə qanunsuz çiyələk alveri ticarəti ilə məşğul olan Şükürov Algül İldır oğlunun ailə üzvülərindən biri zərərçəkmiş şəxslərin idarə etdikləri "MERSEDES" avtomobilin arxa yük yerini əsaslı səbəb olmadan qəsdən vurub əzmişdir. Zərərçəkmişlər avtomobildən yerə düşüb arxa yük yerinin əzildiyini görüb avtomobili niyə əzməsini səbəbini soruşduqda "Biz burada qalan deyilik. Görürsən maşınlardan imkan yoxdur yola çıxmağa" dedikdə, "Qarşı tərəf burada niyə saxlayırsan"- deyib və bu an orada olan 7-8 nəfər əllərində olan dəmir armaturlarla zərərçəkmişlərin üzərinə hücum etmiş və ora yaxın olan evlərindən də 6-7 nəfər əllərində dəmir armaturlarla hadisə yerinə gələrək bu 14-15 nəfər Şükürov Algül və onun ailə üzvüləri 25-30 dəqiqə davam edən dava zamanı əllərində heç bir əşya olmayan köməksiz vəziyyətdə olan zərərçəkmişləri qəsdləri öldürmək olduğundan öldürməyə cəhd etmə cinayət hadisəsini törədərək ağır dərəcəli və müxtəlif orta ağır dərəcəli xəsarətlər yetirmişlər".

Zərərçəkmişlərin hüquqlarını müdafiə edən R.Yarıyev Şükürov Algül İldır oğlunun işini aparan müstəntiq Allahverdi Həsənovu süründürməçilikdə və qoçuları himayə etməkdə günahlandırır.

Cəlilabad RPŞ-si İB-nin istintaqçı baş müstəntiqi Allahverdi Həsənov A24.Az-a açıqlamasında ittihamların doğru olmadığını bildirdi. "Mən Cəlilabadlı deyiləm və yeddi arxa dönəmizin Cəlilabadla heç bir əlaqəsi yoxdur, nəinki Adil Şükürovla. Mən müstəntiq kimi işin istintaqın aparıram. Hər iki tərəf xəsarət alıb. Sadəcə olaraq bir tərəf daha üstün görünməyə çalışır. Bu da yolverilməzdir. Qanun çərçivəsində kimin nə günahı var, cəzasını alacaq. Deyilənlərin hamısı yalandır. Mən cavan uşaq deyiləm ki, kiməsə qoçuluq edəm".

Zərərçəkənlər Rzayev Əlikram Nurəddin oğlu və Rzayev Namiq Ataxan oğlunun şəkillərini təqdim edirik:

Cəlilabadda çiyələk bazarında KÜTLƏVİ DAVA: İki nəfəri armaturla qanına qəltan etdilər? - TƏFƏRRÜATCəlilabadda çiyələk bazarında KÜTLƏVİ DAVA: İki nəfəri armaturla qanına qəltan etdilər? - TƏFƏRRÜAT


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 963   Tarix: 20 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 247
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

12:00 143
.

May ayında toy və nişan məclisləri nə üçün keçirilmir? - VİDEO

May ayında insanlar toy və nişan məclislərini keçirməyi təxirə salırlar. Halbuki aprel ayında şadlıq saraylarında yer tapmaq qəliz məsələ olur. Bir çox insan xeyir işlərinin may ayında düşməsini istəmirlər. Uzun illərə dayanan, heç bir dini və qanunvericliklə əsası olmayan bu ənənəyə insanlarımız əmə

03.05.2024 357
.

Özcan Dəniz Bakıya gələcək

Türkiyəli məşhur müğənni Özcan Dəniz Bakıya gələcək. Axşam.az xəbər verir ki, ifaçının səfərinin məqsədi konsert verməkdir. Özcan iyunun 5-də şəhər məkanlarının birindı çıxış edəcək. Qeyd edək ki, Özcan sonuncu dəfə Bakıya 2022-ci ildə gəlib

11:57 167
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

14:57 0
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

03.05.2024 705
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

03.05.2024 218
.

"İsrailin Rafah şəhərində evə hücumu nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli öldü"

İsrailin Rafah şəhərində evə hücumu edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli ölüb. İsrail döyüş təyyarələri Rəfahın Əl-Zuhur məhəlləsində fələstinli Şahin ailəsinin evinə hava hücumu həyata keçirilib. İsrailin baş naziri Benyamin Netanyahunun Rafaya hücum edəcəklər

03.05.2024 158
.

Yasamalda azyaşlı azdı, polis hərəkətə keçdi

Bu gün səhər saatlarında azyaşlının valideynlərdən xəbərsiz evlərindən çıxması, azaraq başqa ünvana getməsi ilə bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, uşaq yataq paltarında məhəllə sakinlərinin diqqətini çəkib və onun valideynləri axtarılır. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyin

03.05.2024 963