Elzadan ölən pişiyi barədə ŞOK SÖZLƏR: "Namuslu-qeyrətli idi, nə qədər cütləşdirmək istəsək də..."

Elzadan ölən pişiyi barədə ŞOK SÖZLƏR: "Namuslu-qeyrətli idi, nə qədər cütləşdirmək istəsək də..."Əməkdar artist Elza Seyidcahana itki üz verib.

BiG.AZ xəbər verir ki, onun pişiyi "Ceyla" ölüb. Publika.az-a açıqlama verən müğənni gözyaşlarını saxlaya bilməyib:

"Ceyla 11 ildir bizim evdə idi və çölə çıxmırdı. Ölməyinə bir gün qalmış biz onu çölə çıxardıq. Heyvanları görəndə aqressivləşirdi. Neçə dəfə istəmişdik onu cütləşdirək, ancaq o bizə hücum edirdi. Bir dəfə hoppandı oğlumu və məni dişlədi. Məni dişləyəndən sonra pis oldu və geri çəkildi. Ailəmizdə hər kəs onu sevirdi. Təkcə anam xoşlamırdı ki, o masanın üstünə çıxsın. Ceyla mebelləri korlayırdı, ancaq ona heç nə demirdim. Baxmayaraq ki, qızım da onu çox sevirdi, amma Ceylanı tənbeh edirdi. Ona "olmaz" sözünü heç vaxt deməmişəm. 11 ildir rahat yatmamışam, oturmamışam, yemək yeməmişəm, musiqi bəstələməmişəm, şeir yazmamışam. Mən vərəq götürəndə gəlib vərəqin üstündə otururdu. Pianoda ifa edəndə, pianonun üstündə əyləşib, mənə mane olurdu. Mahnılarıma qulaq asırdı. Bütün mahnılarımı əzbər bilirdi. Yatanda ayağımın altında, qolumun yanında yatırdı. O qədər xatirələri var ki, onu unutmaq olmaz. Qızımın toyunda, heyvanlara aid tədbirlərdə onu həmişə xüsusi geyimlərlə bəzəyirdik".

Pişiyinin ölümündən ailəsinin çox təsirləndiyini qeyd edən E.Seyidcahan onun ölüm anını belə izah edib: "Qızım onu çöldə ziyarət etməyə gedib. Neçə gündür yemək yemirdi. Heyvanlar xəstəliklərini biləndə yemək yemirlər. Gülşən onu "şpris"lə yedizdirirdi. Görüb ki, Ceyla uzanıb nəvəm Səmərruxun çarpayısının yanında son nəfəsini verir. Dünən axşam oğlum Ələkbər və kürəkənim Elxan gəldi ki, onu aparıb basdıraq. Oğlum gəlib o qədər ağlayıb ki, hələ onu belə görməmişdim.

Bu gün əslində qızım Gülşənin doğum günüdür. İstəmirəm kövrək notlara toxunam. Səmərrux da ilk dəfə anasının doğum gününü qeyd edir.

Dünən bütün toyları ağlaya-ağlaya oxumuşam. Hamı da elə bildi mən qripəm, gözlərimdən su axır. O xəstəliyini mərdi-mərdanə keçirdi. Yemək yemir, su içmirdi. Ovucumun içində su aparıb, burnuna tuturdum, deyirdim "Ceyla, iç" ancaq o reaksiya vermirdi. Bir canlının gözün qarşısında məhv olmasını görmək çox ağırdır. İnsanlar da belədir. Biri-birimizin qədrini bilməliyik. Ən şirin tikəmizi belə paylaşmalıyıq. Ancaq indi biri-birimizi aşağılayıb, ayıblarını üzə çıxarmaqla gündəmə gəlirik. Ağıllı söz danışmırsınızsa, ağzınızı açmayın. Belə şey olmaz. Heyvanda gördüklərimi, insanlarda görə bilmədim. İnsanlarda isə əksinə..."

Ceylanı bir həftə öncə həkimə apardığını deyən əməkdar artist pişiyin 11 ili onlarla keçirməsinə sevindiyini bildirib: "Gülşən deyir ki, onun qabını çölə qoyaq kimsə götürsün. Ceylanın boynunda zınqırovu var idi. Üstünə adımı yazdırmışdım ki, itəndə mənim pişiyim olduğunu bilsinlər. Bir həftə öncə həkimə apardıq. Oğlum zəng edib "Gəlib pişiyə dəyəcəyik. Mənsiz torpağa basdırmayın" deyirdi. O, özü də pişik ilindəndir. Ələkbərin toyunda Ceyla qışqırmağa başlamışdı. Çünki o hiss edirdi ki, oğlum evdən ayrılıb, başqa yerə köçür. Çox hissiyyatlı pişik idi.

Biz istəyirdik öz cinsi olmasa da, başqa pişiklə evlənsin. Mart ayı gələndə sevindik ki, Ceylanın övladı olacaq. Bir neçə ay sonra gördük ki, hamilə deyilmiş. Bir sözlə, çox qeyrətli, namuslu pişik idi. Qonaqları qarşılayırdı, yola salırdı. Onun dahilərlə şəkilləri var idi. Yaxşı insanları tanıyıb, onların qucağında otururdu. Anamdan qorxurdu, o gələndə gizlənirdi. Şükür edirəm ki, o bizim evdə qayğı dolu həyat keçirdi. Yaxşı ki, onun xətrinə dəyməmişəm".
E.Seyidcahan pişiyinin adıyla bağlı sosial layihələr də edəcəyini qeyd edib: "Gələcəkdə onunla bağlı sosial layihə edəcəm. Bizim heyvansevər müğənnilərimiz var. Çox gözəl xalqımız, bəzi dırnaqarası insanlar tərbiyəmizə, əxlaqımıza uyğun olmayan şeylərlə gündəmdə qalmaq istəyirlər. İnşallah, onlar da zamanla aramızdan ayrılacaqlar. Nümunəvi insanlarımız çoxdur. Yəqin ki, bu normal qarşılanar. Çünki az müddət deyil, 11 ildir. Ceyla tarixdə qaldı, onun nə qədər verilişləri, kadrları var. Bəzi müğənnilər efirə həsrət qalanda, qapımda kanallar dayanırdı ki, gəlmişik Ceylanı çəkək.

Ceyla namaz vaxtı doğulmuşdu. Onun yiyəsi qulağına adını demişdi. Dünənki tarix də "19.09.17" və Ceylanı xəstəxanada 7 nömrəli qutuya qoymuşdular. Yeddi və doqquz mənim sevimli rəqəmimdir. Səmərrux ağlayan kimi, qaçırdı onun yanına ki, uşaq ağlayır.
Qızım uşaq vaxtı pişiyə aid mahnı oxumuşdu. Hiss edirdi ki, ağrıları var, mənim yanıma yaxınlaşmırdı. O, özünü aciz göstərmədi, mərd həyatdan getdi".

Qeyd edək ki, E.Seyidcahanın pişiyi Ceyla xərçəng xəstəliyindən əziyyət çəkirdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3327   Tarix: 20 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104