73 il gölün dibində qalan Bugatti inanılmaz QİYMƏTƏ SATILDI - FOTO

73 il gölün dibində qalan Bugatti inanılmaz QİYMƏTƏ SATILDI - FOTOMəşhur bir deyim var ki, avtomobillər çoxdan cah-calal sayılmır, onlar sadəcə nəqliyyat vasitəsidir. Buna baxmayaraq, yenə də eksklüziv maşınlar var ki, öz sahibləri üçün qürur predmetidir. Bugatti məhz belələrinə aiddir.

Milli.Az yarım əsrdən çox gölün dibində qalan, çıxarılaraq bərpa edilən möhtəşəm klassik Bugatti haqda məlumatı oxucuları ilə bölüşür.

Suda batmış Bugattinin "doğma qardaşı" - Bugatti Type 40 Boattail Speedster modeli.

İtaliya-İsveçrə sərhədində yerləşən Major gölündə batmış Bugatti haqqında mifik tarix yerli sakinlərə yaxşı məlumdur.

Bu hekayələrə əsasən, 1925-ci ilin Bugatti Type 22 Brescia Roadster idman avtomobili yarışçı Rene Dreyfusa aid idi. O, 1934-cü ildə Parisdə onu poker oyununda uduzmuşdu. Yeni sahibi, isveçrəli pleyboy Adalbert Bode öz qəniməti ilə vətənə qayıtmaq istəyir. Amma cibində nağd pul olmadığı üçün sərhəddə rüsumu ödəyə bilmir. Bu səbəbdən avtomobili İsveçrə sərhədindən buraxmırlar. Çarəsiz Bode qəniməti İsveçrə məmurlarının yanında tərgidərək, yoluna davam edir.

Xromlanmış faralar və radiator barmaqlığının arı şanları, batmış Bugatti Type 22 Brescia.

O günlərdə doqquzyaşlı Bugatti böyük marağa səbəb olmurdu, bundan əlavə, tələb edilən verginin məbləği maşının bazar qiymətindən yüksək idi. Gömrük məmurları üçün də bu maşın maraqsız olur və beləliklə onu, o zaman 50 metr dətinliyi olan gölə atırlar.

Suda batmış Bugattinin "yaxın qohumu" - Bugatti Type 13.

Bugatti Type 22 idman rodsterləri İtaliyanın Breşiya şəhərində yığılırdı. Avtomobil 1.5 litrlik 4 silindrli mühərrikə malik idi və demək olar ki, saatda 160 kilometr sürətlə hərəkət edə bilirdi. 1920-ci illər üçün bu çox sürətli maşın sayılırdı, lakin 9 il istismar ediləndən sonra o artıq "uçmurdu".

İnanılmazdır, aşkar edilərkən şinlərdə hava qalmişdı və kuzov da orijinal göy rəngini qoruyub saxlamışdı.

Batmış xəzinənin çıxardılması

Beləliklə, 73 il gölün dibində qalan avtomobil çıxarılır və hərracda 360 min dollara satılır. Bu məbləğ, ilkin gözləntilərdən çox yüksək idi. Alıcı, ABŞ-ın Kaliforniya ştatının Oksnarda şəhərindən olan sahibkar Mullin Museum idi. (publika.az)

73 il gölün dibində qalan Bugatti inanılmaz QİYMƏTƏ SATILDI - FOTO73 il gölün dibində qalan Bugatti inanılmaz QİYMƏTƏ SATILDI - FOTO73 il gölün dibində qalan Bugatti inanılmaz QİYMƏTƏ SATILDI - FOTO73 il gölün dibində qalan Bugatti inanılmaz QİYMƏTƏ SATILDI - FOTO73 il gölün dibində qalan Bugatti inanılmaz QİYMƏTƏ SATILDI - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2607   Tarix: 20 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Eynəyi cızıqlardan xilas edən təbii üsul

Eynək istifadə edən insanların ən böyük problemi şübhəsiz ki, şüşələrin cızılmasıdır. Bu səbəbdən sahibləri linzaları tez-tez dəyişdirmək məcburiyyətində qalırlar. Lakin türkiyəli mütəxəssislər bunun ev şəraitində təbii üsulla həllini göstəriblər. Onların sözlərinə görə, soda və duz eynəklərdəki cızıqlar

27.04.2024 485
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. BİG.AZ -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinc

21.04.2024 501
.

"Titanik" sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb

Okeanda 112 il əvvəl batan məşhur "Titanik" gəmisinin sərnişinlərindən birinin qızıl cib saatı Böyük Britaniyada hərracda rekord qiymətə satılıb. -ın xəbərinə görə, bu barədə "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb. Həmin aksessuar amerikalı milyoner Con Ceykob Astor

16:20 173
.

Nəhəng insanlar yer üzündən necə yox oldular? - ARAŞDIRMA + VİDEO

Baku TV-nin əməkdaşı Gülnar Muradovanın təqdimatında "Yer kürəsinin nəhəngləri" adlı araşdırma efirə gedib. Araşdırmada qədim yazılarda adı keçən nəhəng insanlar, div cüssəli varlıqlardan bəhs olunub. Qeyd olunub ki, İncildə Nuhun gəmisinə rişxənd edən qövm haqqında pritça var. Onlar elə zən

21.04.2024 438
.

14 yaşlı qızını 100 minə satan ailə canlı yayımda SAXLANILDI - FOTO

Türkiyənin ATV- kanalında yayımlanan "Esra Erol" verilişində azyaşlı gəlin qalmaqalı üzə çıxıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqrama 14 yaşlı qızlarını axtarmağa çıxan ailə qızın əmisi oğlu Cuma tərəfindən qaçırıldığını iddia ediblər. Lakin itkin düşdüyü üçün axtarışda ola

27.04.2024 361
.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21.04.2024 901
.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21.04.2024 419
.

"WhatsApp" yeni funksiya ilə HƏR KƏSİ HEYRƏTLƏNDİRƏCƏK

Populyar "WhatsApp" mesencerində xüsusi nişandan istifadə edərək vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq. Bildirilir ki, proqramda söhbətlər üçün "Sevimlilər" bölməsi yaradılacaq. Bu kateqoriya üçün lazımi dialoqları mesencer parametrlərində və ya pəncərənin özünd

16:50 235
.

II Albert ailəsi ilə bağlı şayiələrə son qoydu

Monako şahzadəsi II Albert və şahzadə Şarlin doqquz yaşlı əkizlər Jak və Qabriella ilə birlikdə Hamburqda "Monako dünyası" sərgisinin açılışında iştirak ediblər. Axşam.az xəbər verir ki, monarxların gəlişi Almaniyanın ən məşhur turistik yerlərindən biri olan Miniatür Möcüzələr ölkəsi muzeyind

27.04.2024 212