Lapşin prezidentə məktubunda GÖRÜN NƏ YAZDI - TAM MƏTN

Lapşin prezidentə məktubunda GÖRÜN NƏ YAZDI - TAM MƏTNXəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 11 sentyabr tarixli Sərəncamı ilə əfv edilmiş İsrail vətəndaşı Aleksandr Lapşin dövlətimizin başçısına minnətdarlıq məktubu göndərib.

BiG.AZ Azərbaycan Respublikası Prezidentinin saytına istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə üç il azadlıqdan məhrum edildiyini xatırladan Aleksandr Lapşin məktubunda yazır: "Bu gün xəbər tutdum ki, Siz mənim əfv edilməyim barədə Sərəncam imzalamısınız. Buna görə Sizə hədsiz minnətdaram. Yəqin ki, ömrümdə heç bir hadisəni bu dərəcədə səbirsizliklə gözləməmişdim".

Öz əməlindən səmimi peşmançılıq hissi keçirdiyini bildirən Aleksandr Lapşin qeyd edir ki, Dağlıq Qarabağa gedərkən onda həmin regionda və onun ətrafında baş verən hadisələr barədə mötəbər məlumat olmayıb. İndi isə Qarabağın əzəli Azərbaycan torpağı olduğuna və olacağına dair təkzibedilməz faktlara malikdir. O, ümid etdiyini bildirir ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla tənzimlənəcək.

Məsuliyyətsiz hərəkətlərinə görə bir daha peşmançılıq hiss keçirdiyini vurğulayan və göstərilən humanistliyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirən Aleksandr Lapşin məktubunu bu sözlərlə tamamlayır: "İcazə verin, Sizə, Sizin ailənizə, bütün Azərbaycan xalqına uzun ömür, cansağlığı, daha artıq firavanlıq və işğal edilmiş ərazilərinizin tezliklə azad olunması arzularımı bildirim".


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1862   Tarix: 13 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Olimpiya Stadionunun yaxınlığında yanğın

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafiz

21.09.2020 1812
.

"Keşlə"də vəziyyət GƏRGİNDİR:Baş məşqçi və futbolçu arasında QALMAQAL

"Keşlə"nin futbolçusu Aleksandr Kriştovao ilə komandanın baş məşqçisi Yunis Hüseynov arasında qalmaqal baş verib. xəbər verir ki, hər iki şəxs "Report"a açıqlamasında bir-birini yalan danışmaqda günahlandırıb. Klubun düşərgəsini icazəsiz tərk etməsi ilə bağlı ittihamları rədd edə

21.09.2020 1308
.

Düşmənin daha bir PUA-sı məhv edildi

Oktyabrın 14-ü günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib

14.10.2020 1779
.

Azərbaycan HİMNİ bu dəfə ERMƏNİ KAFESİNDƏ səsləndi-VİDEO

Erməni kafesində Azərbaycan himni səslənib. Video sosial şəbəkələrdə yayılıb. Himnin səsləndiyini görən erməni qadın videonu söndürməyə çalışıb. həmin videonu təqdim edir:. AYTƏN

09.10.2020 2864
.

Daha bir məhşur cütlük BOŞANIR

Məşhur dicey Doğuş Çabakçor və Begüm Yücel cütlüyü boşanıb. axşam.az-a istinadən xəbər verir ki, ayrılığa səbəb xəyanət olub. Çabakçor sosial şəbəkədə eyni anda 20 qızla birdən yazışıb. Begüm təsadüfən ərinin yazışmalarını tapıb. Aldadıldığı öyrənən kimi Yücel ərini evdən qovub. Daha sonra boşanmaq üçü

21.09.2020 565
.

Nadir Qafarzadə "AYTƏNLƏ ÜZ-ÜZƏ" - VİDEO

ın "AYTƏNLƏ ÜZ-ÜZƏ " verilişində qonaq olan müğənni Nadir Qafarzadə maraqlı açıqlamalar verib. Verilişdə bəzi məqamlara toxunan sənətçi göz yaşlarını saxlaya bilməyib. AYTƏN SAKİTQIZI

14.10.2020 2248
.

ŞAD XƏBƏR: Bu şəxslərə MÜAVİNƏT TƏYİN OLUNDU

Bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 23 min şəxsə yaşa görə müavinət təyin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən -a verilən məlumata görə, bununla həmin vətəndaşlar əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərin

11.09.2020 3286
.

Bu universitet avaralıq üçün 1 600 avro qrant verir

Almaniyanın Hamburq şəhərindəki İncəsənət Universiteti özünü heç nə etməməyə həsr edənlərə 1 600 avro miqdarında 3 təqaüd təklif edir. "Report" "The Guardian"a istinadən xəbər verir ki, namizədlər (Almaniya vətəndaşları) sentyabrın 15-dək müsabiqədə iştirak etmək üçün müraciət etməl

27.08.2020 1111
.

Golf topu boyda albalı REKORD QIRDI, lakin... - VİDEO

İtaliyada bacı-qardaş öz fermalarında golf topu boyda albalı tapıbdılar. BİG.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, giləmeyvə 0.88 unsiya (25 q) çəki ilə dünya rekordunu yeniləyib. Qeyd olunur ki, 25 yaşlı Sebastiano Zanoni və onun 22 yaşlı bacısı Selena nəhəng albalını Treviso ştatının Pae

23.06.2020 2438