Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHIAzərbaycanın ali məktəblərinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı artıq başa çatıb. Adətən, tələbə adını qazanmalarına baxmayaraq, bəzi abituriyentlərin qəbul olunduqları ali məktəblərdə qeydiyyatdan keçmədiyini müşahidə edirik.

Maraqlıdır, bu il universitetlərdə vəziyyət necədir? Ali təhsil müəssisələrinin ayırdığı plan yerləri dolubmu? Qəbul olunduğu ali məktəbdə oxumaqdan imtina edən tələbələr varmı?

Modern.az saytı bu suallarla bir neçə özəl və dövlət universitetinə müraciət edib.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli: "Bu il universitet qəbul imtahanları ilə bağlı 1420 plan yeri ayırıb. Birinci mərhələdə 1333 abituriyent ali məktəbimizə qəbul olunub. Onlardan 1317 nəfər qeydiyyatdan keçib, 16 nəfəri isə qeydiyyatdan keçməyib. Əlavə yerləşdirmədə 8 abituriyent qəbul olunub və 1 nəfər qeydiyyatdan keçməyib".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimov: "2017-2018-ci tədris ili üçün ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas üzrə 2200 plan yeri ayrılıb. Universitetə 2113 nəfər qəbul olunub. Onlardan 2063 nəfər qeydiyyatdan keçib. Nəticədə ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində qəbul planı 97,6% yerinə yetirilib. Bu il 259 nəfər abituriyent 500 və 500-dən çox bal toplayaraq, ADPU-ya qəbul olunub. Bu, qəbulun 12,6%-ni təşkil edir. Müqayisə üçün bildirim ki, 2016-2017-ci tədris ilində bu göstərici 115 nəfər (5,3%) olub.

Ötən ildən fərqli olaraq, bu il 2 nəfər 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub.
2017-2018-ci tədris ili üçün "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisasına qəbul olunanların 50,2%-i, "Riyaziyyat və informatika müəllimliyi" ixtisasına qəbul olunanların 48%-i 500 və 500-dən çox bal toplayıb.

Eyni zamanda yeni tədris ilində ADPU-nun Şəki filialına 8 ixtisas üzrə 195 nəfər, Quba filialına 6 ixtisas üzrə 148 nəfər, Ağcabədi filialına 5 ixtisas üzrə 119 nəfər, Şamaxı filialına 5 ixtisas üzrə 108 nəfər, Cəlilabad filialına 4 ixtisas üzrə 99 nəfər qəbul olunub. Ümumilikdə ADPU-ya filiallarla birlikdə 2732 nəfər qəbul olunub. Universitetin 5 filialı üzrə 18 nəfər 500 və 500-dən çox, 1 nəfər isə 600-dən çox bal toplayıb".

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidməti: "Bu il tələbə qəbulu üçün plan yerimiz 1725 idi. Azərbaycan Memarlıq və İnşaat Universitetinə 1607 abituriyent qəbul olunub. Bu da təxminən 93,1 faiz göstəricidir. Qəbul olunan, ancaq qeydiyyatdan keçməyənlərin sayı birinci turda 20 nəfər, ikinci turda isə 4 nəfər oldu".

Qərb Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vüsal Məmmədov: "Builki qəbul imtahanları ilə bağlı Qərb Universiteti olduqca yüksək nəticələr göstərib. Təkcə bakalavr pilləsinə 650-yə yaxın tələbə qəbul olunub. Bu, təxminən 70 faiz göstərici deməkdir. Eyni zamanda, qeydiyyatdan keçməyənlər də oldu, onların sayı cəmi 45 nəfər idi".

Bakı Avrasiya Universitetinin mətbuat şöbəsinin rəhbəri Şəfayət Əliyev: "2017/2018-ci tədris ilində Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planına əsasən, Bakı Avrasiya Universitetində bakalavr səviyyəsinə plan yeri 93 faiz dolub. Bu il müxtəlif ixtisaslar üzrə universitetə 480 yer ayrılıb. Həmçinin, qeyd etməliyəm ki, 474 abituriyent universitetə qəbul olunsa da, onlardan 432 nəfər qeydiyyatdan keçib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1838   Tarix: 06 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179