Arakandakı qətliamdan olduğu iddiası ilə paylaşılan yanlış – FOTOLAR

Arakandakı qətliamdan olduğu iddiası ilə paylaşılan yanlış – FOTOLARBir neçə gündür, sosial şəbəkələrdə Arakandakı qətliamın görüntüləri kimi yayılan bəzi fotoların, əslində, fərqli tarix və hadisələrə aid olduğu üzə çıxıb.

BiG.AZ moderator.az-a istinadən həmin fotoları təqdim edir :

1. Çindəki zəlzələdən sonra

Arakandakı qətliamdan olduğu iddiası ilə paylaşılan yanlış – FOTOLAR2010-cu ilin aprel ayında Çinin Qinqhai bölgəsində baş verən 7.1 gücündəki zəlzələdə 1144 nəfər həyatını itirmişdi. Tibet keşişləri yaralılar üçün tibi məntəqələr yaratmış, həyatını itirən 700 nəfər dini mərasimlə yandırılmışdı. Arakandan olduğu iddiası ilə paylaşılan bu fotolar 17 apreldəki yandırılma mərasimi zamanı çəkilib.

2. 2010-cu ildə Demokratik Konqo Respublikasında baş verən qəzadan

Arakandakı qətliamdan olduğu iddiası ilə paylaşılan yanlış – FOTOLARArakandan olduğu iddia edilən digər fotoşəkil 2010-cu ildə Demokratik Konqo Respublikasının şərqində yerləşən Sange qəsəbəsindən keçən bir yanacaqdoldurma tankerinin tərsinə çevrilib partlamasından sonra çəkilib. 210-dan artıq adamın ölümünə səbəb olan qəzanın ardından çəkilən fotoşəkil illərdir müxtəlif münaqişələrə və hadisələrə yanlış istinadla istifadə edilir.

3. 2003-cü ildə İndoneziyada
Arakandakı qətliamdan olduğu iddiası ilə paylaşılan yanlış – FOTOLARBu fotonun da Arakandan olduğu iddiası doğru deyil. Fotoşəkil 2003-cü ildə İndoneziyanın Aceh bölgəsində çəkilib və mükafat alıb. Fotoşəkildə Azad Aceh Hərəkatı ilə dövlət qüvvələri arasında davam edən toqquşmalar zamanı öldürülən bir mülki şəxs və anasını görmək mümkündür.

4. 2010-cu ildə Haitidə

Arakandakı qətliamdan olduğu iddiası ilə paylaşılan yanlış – FOTOLARAFP müxbiri Olivier Laban-Mattei tərəfindən çəkilən və "World Press Photo"ndan 2011-ci ildə birincilik mükafatı alan fotoşəkil 2010-cu ildə Haitidə çəkilib. Fotoda 12 yanvar 2010-cu ildə reallaşan Haiti zəlzələsinin ardından Port-au-prince xəstəxanasının meyitxanası görünür.

5. 1994-cü il Ruanda soyqırımından

Arakandakı qətliamdan olduğu iddiası ilə paylaşılan yanlış – FOTOLARFotoşəkil Albert Facelly adlı Fransız fotoqraf tərəfindən 800 min Tutsi və mülayim Hudun Hutular tərəfindən öldürüldüyü 1994-cü ildə çəkilib. "World Press Photo" tərəfindən ikinci yer mükafatına layiq görülüb.

6. Hindistandan bir karate nümayişindən

Arakandakı qətliamdan olduğu iddiası ilə paylaşılan yanlış – FOTOLARFotonun Myanmanın Arakan bölgəsindəki müsəlmanlara işgəncə edildiyini göstərdiyi iddiası doğru deyil. Sözügedən fotoşəkil 2009-cu ildə Hindistanda bir dövlət məktəbindəki karate nümayişi zamanı çəkilib.

7. 2004-cü ildə Taylandda

Arakandakı qətliamdan olduğu iddiası ilə paylaşılan yanlış – FOTOLARTaylandda müsəlmanların yaşadığı Tax Bay regionunda 2004-ci ilin yanvar ayında başlayan nümayişlər 500 nəfərin ölümünə səbəb olub. Bu foto da 2004-cü ilin oktyabrında eyni bölgədə çəkilib. Fotoşəkildə Tax Bay etirazçılarının polis tərəfindən həbs olunduğu an əksini tapıb.

8. 2008-ci il Nargis qasırğasından

Arakandakı qətliamdan olduğu iddiası ilə paylaşılan yanlış – FOTOLARSuda boğulmuş uşaqların görüldüyü bu fotoşəkil isə Myanmarda, 2008-ci ildə ölkəni vuran Nargis qasırğasından sonra çəkilib. Vətəndaşlar tərəfindən çəkilən və CNN-ə göndərilən fotoşəkilə bənzəyən başqa görüntülərə "Youtube"da yer alan videolarda da rast gəlmək mümkündür.

9. 2004-cü ildə çəkilmiş bir filmdən

Arakandakı qətliamdan olduğu iddiası ilə paylaşılan yanlış – FOTOLARBu fotonun da Arakandan olduğu iddiası doğru deyil. Fotoşəkil 2004-cü ildə çəkilmiş Luis Mandokinin "Voces inocentes" adlı filmindən bir səhnədir.

10. Çinli uşaqların Olimpiya təlimlərindən

Arakandakı qətliamdan olduğu iddiası ilə paylaşılan yanlış – FOTOLARBu fotolar da Çində olimpiadalara hazırlaşan uşaqların təlimlərindən çəkilən görüntülərə aiddir. "Barcoft Media" tərəfindən çəkilən fotolar 2012-ci ildə çinli uşaqların olimpiadalara necə hazırlaşdığını nümayiş etdirmiş və mübahisələrə səbəb olmuşdu. Mövzu ilə bağlı hazırlanan "Little Big Dreams" adlı bir sənədli filmə "Youtube"dan baxmaq mümkündür.

11. 2012-ci il, Tibet

Arakandakı qətliamdan olduğu iddiası ilə paylaşılan yanlış – FOTOLARArakandan olduğu iddiası ilə bölüşülən digər bir fotoşəkil isə 2012-ci ildə Tibetdə özünü yandıraraq, Çin rəhbərliyinə etiraz edən bir nəfəri göstərir. Jampa Yeşi adlı tibetli gənc Çin rəhbərliyinin siyasətinə etiraz etmək üçün özünü oda verib və əlli metr qaçandan sonra ətrafdakıların köməyi ilə söndürülüb. Fotolar AFP müxbiri Manish Svarupa aiddir.

12. Başsız qalan uşaq görüntüsü Kambocada 2015-ci ildə baş verən qəzadan sonra çəkilib

Arakandakı qətliamdan olduğu iddiası ilə paylaşılan yanlış – FOTOLARArakandan olduğu iddiası ilə bölüşülən digər bir fotoşəkil isə 2015-ci ildə Kambocanın Oddar Meanchey bölgəsində reallaşan bir yol qəzasının ardından çəkilib. Həmçinin foto daha əvvəl IŞİD-in həyata keçirdiyi bir təcavüzdən olduğu iddiası ilə sosial mediada paylaşılıb.

Arakandakı qətliamdan olduğu iddiası ilə paylaşılan yanlış – FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2130   Tarix: 06 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

26.04.2024 325
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

26.04.2024 351
.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

26.04.2024 164
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

26.04.2024 169
.

Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Dörd aylıq körpənin balkondan düşərək vəfat etdiyi yerin görüntüləri yayılıb. -ın məlumatına görə, bədbəxt hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib. Eyvandan düşərək dünyasını dəyişən dörd aylıq Ayla Eyvazlının babasının sözlərinə görə, hadisəyə səbəb ehtiyatsızlıq olub

26.04.2024 614
.

Ermənistan və İtaliya hərbi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib. Görüşlərdə Ermənistan-İtaliya hərbi, hərbi-texniki və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələ

26.04.2024 146
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

26.04.2024 124
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

26.04.2024 261
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

26.04.2024 490