Putin Sarkisyanı söydü və bunu soruşdu: İrəvanda NATO-ya görə DÖYÜŞ BAŞLANIR

Putin Sarkisyanı söydü və bunu soruşdu: İrəvanda NATO-ya görə DÖYÜŞ BAŞLANIRNATO-nun Gürcüstanda növbəti təlimləri başlayıb. "Agile Spirit 2017" adlanan təlimlər 3-11 sentyabr tarixlərini əhatə edəcək. Təlimlə bağlı diqqət çəkən məqam isə Şimal Alyansının Rusiya sərhədlərinin dibində "at oynatmasından" daha çox, Ermənistanın təlimdə iştirakdan imtinasının müzakirə edilməsidir.

Bundan öncə, NATO-nun Gürcüstanda iyulun 20-dən başlayaraq, avqustun 13-nə qədər davam edən "Noble Partner 2017" adlı təlimlərində erməni hərbiçilər iştirak edirdi və bu həm Qərbdə, həm də Ermənistanın özündə "İrəvan Rusiya boyunduruğundan xilas olur" ajiotajını yaratmışdı. Hətta qərbyönümlü erməni siyasətçilər az qala qol götürüb oynamaq həddinə çatmışdılar. Amma hər zaman "Ermənistan Rusiyanın icazəsi olmadan NATO təliminə necə əsgər göndərib" sualı havadan asılı olaraq qalırdı.

Azərbaycan faktoru

Ehtimal etmək olardı ki, Ermənistanın NATO təliminə qatılması Rusiya-Azərbaycan münasibətlərinə "adekvat cavab" gedişi idi. Xüsusilə Rusiyanın Azərbaycana irimiqyaslı silah satışını həyata keçirməsi, həmçinin, iyulun 21-də (NATO təlimlərinin başlanmasından bir gün sonra) Rusiya prezidenti Vladimir Putinin Azərbaycan lideri İlham Əliyevi Soçidə yüksək səviyyədə qəbul etməsi və ikitərəfli münasibətlərin müzakirəsi İrəvanda ciddi narazılıq yaratmışdı. Bu baxımdan, NATO gedişi ermənilərin ruslara mesajı idi. Əslində, məsələ bu qədər sadə olmasa da, Bakı-Moskva xəttində sıx təmasların İrəvanın siyasi oriyentasiyasına təsir etdiyi faktı mövcuddur. Lakin bütün hallarda Sarkisyan rejiminin NATO gedişi, daha doğrusu, rusların buna göz yumması düşündürücü məqam idi. Axı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqının üzvü kimi Ermənistanın bu qurumları məhv etməyi hədəfləyən NATO-nun qucağına oturması açıq-aşkar Moskvanı satması deməkdir.

Putindən "STOP"əmri

Lakin Sarkisyanın "Agile Spirit 2017" təlimlərində iştirakdan son anda imtina etməsi deməyə əsas verir ki, Moskvadan İrəvana "STOP" əmri gəlib. NATO rəhbərliyi və Gürcüstanın Müdafiə Nazirliyinin birgə yaydığı bəyanatda göstərilirdi ki, təlimlərdə iştirak edəcək ölkələrin arasında Ermənistanın da adı var. Ermənistan isə son anda imtina edərək, "biz əvvəldən iştirak edəcəyimizi dəqiq bildirməmişdik" açıqlamasını yaydı.

"Mazaqlaşmağı" dayandır əmri harada verildi?

Avqustun 23-də Putin Soçidə Sarkisyanı qəbul etdi. Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilirdi ki, görüşdə ikitərəfli münasibətlər müzakirə olunub. Bu məlumatda Dağlıq Qarabağ münaqişəsindən daha çox ikitərəfli münasibətlərin qabardılması diqqət çəkirdi. Görünür, Putin Sarkisyana Qərblə "mazaqlaşmağı" bitirmək əmrini məhz Soçidə verib.

"Kavkazplus" saytının "Putin Sarkisyanı söydü, İrəvan NATO təlimlərindən son anda imtina etdi" məlumatı bu kontekstdə diqqətdən yayınmır.

"Putin Soçidə Sarkisyandan soruşub ki, o, Kremlin icazəsi olmadan müttəfiqi Rusiyanın düşmənləri ilə birlikdə təlimdə niyə iştirak edir?"- deyə sayt qeyd edib.

Sarkisyana qarşı kulis döyüşü?

İrəvanın bu imtinası Ermənistan daxilində siyasi qarşıdurmalara da yol açıb. Məlumatlara görə, artıq hakimiyyət daxilindəki qərbyönümlü qruplaşmalar Sarkisyana açıq savaş elan etməyə hazırlaşır.

Moskva göz yaşlarına inanmır

Bu qruplaşmaya yaxın olan "Aravot" qəzeti isə təlimlərdə iştirakdan imtinanı biabırçılıq adlandırıb.

"Moskva göz yaşlarına inanmır və Rusiya Ermənistanın imtinasına görə ona təşəkkür etməyəcək. Yaxında Moskva İrəvanı yenı satacaq", - deyə qəzet yazıb.

Düşmən ölkə qlobal məngənədə sıxılır

Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, İrəvanın məhz təlimlər başlayan gün iştirakdan imtinası Qərbdə Ermənistanı pis vəziyyətə salacaq.

Erməni şərhçi əlavə edir ki, Rusiya Ermənistanı qlobal toqquşmanın tərkibinə daxil edir: "Ermənistan Rusiya-ABŞ məngənəsinin arasında sıxılıb əziləcək. Sarkisyan hakimiyyətinin bu siyasəti bir çox məsələdə, o cümlədən, Dağlıq Qarabağ məsələsində bizim ölkəmizi çətin vəziyyətə salacaq. Lakin hər şey onsuz da İrəvanda həll olunmur, qərarı Moskva verir".

Göründüyü kimi, Ermənistanda vəziyyət getdikcə daha da gərginləşir. 2013-cü ildə Avropa İttifaqı ilə Assosiativ Sazişi imzalamaqdan son anda imtina edən Ermənistan indi də NATO-ya son anda "atdı". Lakin bu, İrəvan daxilində ciddi siyasi çaxnaşmaların başlanmasına da gətirib çıxara bilər.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1517   Tarix: 06 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ-da tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb

ABŞ-ın Oklahoma və Ayova ştatlarında tornado olub. BİG.AZ xəbər verir ki, bu barədə Hyuz əyalətinin Təcili Tibbi Yardım Xidmətinin məlumat yayıb. Məlumata əsasən,tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb. Oklahoma ştatındakı xəstəxanalarda 100-ə yaxın yaralı var. 5 minə yaxın əhalisi olan Sulfür şəhərind

17:12 136
.

Humanitar yardım daşıyan 1063 tırdan yalnız 49-u Qəzzanın şimalına çatıb

Qəzza zolağındakı Fələstin hökuməti, ABŞ və İsrailin iddialarının əksinə olaraq, bir həftə ərzində Qəzza zolağına daxil olan 1063 humanitar yardım maşınından yalnız 49-nun Qəzza zolağının şimalına çatdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media İdarəsinin rəhbəri Selam

10:33 105
.

Aytən Səfərova evə buraxılıb

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb. -ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35"

10:58 805
.

Dünyanın ən ucaboylu qadını vəfat etdi

Dünyanın ən uzun boylu qadınlarından biri sətəlcəm nəticəsində yaranan ağırlaşmalardan dünyasını dəyişib. xarici KİV-ə istinadən xəbər verir ki, iyirmi yaşlarının əvvəllərində olan Maria Feliciana 2 metr 25 santimetrlik boyu ilə məşhurlaşıb. Uzun illər o, dünyanın ən uzun qadını sayılırdı, lakin sonrada

22:00 0
.

Hakan Fidan Ər-Riyadda Blinkenlə görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb. BİG.AZ xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Görüşün Ər-Riyadda olduğu bildirilib

17:05 131
.

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO

"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y

11:05 337
.

"Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra daha da möhkəmlənəcək" - DEPUTAT

"Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlə

18:11 129
.

Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video

İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub. Belə ki o, açıqlamasında bildirib: "İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkən

15:56 264
.

Bu universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - FOTO

Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub. Məsələ ilə bağlı sözügedən təhsil ocağı ilə əlaqə saxladıq. Universitetin mətbua

16:37 515