Geomaqnit qasırğası artıq başladı - XƏBƏRDARLIQ

Geomaqnit qasırğası artıq başladı - XƏBƏRDARLIQ"Bir neçə gün əvvəl proqnozlaşdırılan geomaqnit qasırğası artıq başlayıb".

BiG.AZ xəbər verir ki, bunu publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, Günəşdə qasırğanın sinfi G-1-ə bərabərdir. Adətən, bu şkalanın maksimum qiyməti 5-ə bərabər olur.

"Qatı indeksinin qiyməti 5-ə bərabərdir ki, bu da məhz qasırğanın olduğuna dəlalət edir. Gün ərzində qasırğa davam edəcək, sabah da gün ərzində bu effektdə olacaq. Orta en dairələrində həmin qasırğanın təsiri kifayət qədər hiss olunur. Günəş küləyinin sürəti orta səviyyəsindən çoxdur. Sadəcə vəziyyəti "yumşaldan" planetlərarası maqnit sahəsinin Z komponentinin cənub yox, şimal sahəsini göstərməsidir. Cənub istiqamətində olsaydı, qasırğa daha güclü olardı".

E.Babayevin sözlərinə görə, hazırda Günəş səthində 42 günəş ləkəsi var, onlar 3 fəallıq qrupunda birləşiblər. 2674 nömrəli ləkə qrupu daha böyük və aktivdir. Bu o deməkdir ki, Günəş fırlandıqca, həmin ləkələr qrupu Günəşin diskinin mərkəzinə doğru yerini dəyişəcək, geoeffektiv vəziyyət alacaqlar. Bu isə o deməkdir ki, alışmadan sonra plazma atılmaları baş verərsə, onlar böyük ehtimalla yönələcək. Bu barədə danışmaq hələ tezdir. Həmin plazma küləyi Yer maqnetosferində həyəcanlaşma yaradacaq və nəticədə hətta zəif səviyyəli geomaqnit qasırğası da gözlənilir".

Geomaqnit qasırğası zamanı xroniki xəstəliklər kəskinləşir, hava dəyişikliklərinə qarşı həssas olan insanlarda baş ağrıları, ürək ritminin pozulması, yüksək stress qeydə alınır.
Bu cür xəstələr həmin dövrdə açıq havada olmamalı, vaxtlarını daha çox evdə keçirməlidirlər. Belə havaya həssas insanlar özlərində baş ağrıları, ümümi süslük, halsızlıq, eləcə də ürək ritminin pozulmasını hiss edə bilərlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2135   Tarix: 31 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Astarada 22 yaşlı velosipedçi körpüdən çaya düşərək ölüb

Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb. "Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayın

21:20 0
.

Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımınd

16:48 99
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

12:52 218
.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

03.05.2024 779
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 272
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

12:00 181
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

14:42 227
.

Ermənistan və Malta xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borqla telefon danışığı aparıb. xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, həmsöhbətlər ATƏT-in fəaliyyəti və Maltanın təşkilat çərçivəsində sədrliyi ilə bağl

12:39 136
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

19:00 0