ÜRƏKDAĞLAYAN AİLƏ DRAMI: 11 dəfə əməliyyat keçirən gənc qadın 2 qızı ilə KÜÇƏDƏ QALDI

ÜRƏKDAĞLAYAN AİLƏ DRAMI: 11 dəfə əməliyyat keçirən gənc qadın 2 qızı ilə KÜÇƏDƏ QALDI11 cərrahiyyə əməliyyatı keçirmiş gənc qadın iki qızı ilə çöldə qalıb – Həyat Dramı

Çıxılmaz vəziyyətdə olan 4 qadından söhbət açırıq. Həyatı gəncliyindən puç olmuş Gülnaz nənə, onun qızı Gülnar və iki yetkinlik yaşına çatmaqda olan qız nəvəsi.

Gülnar anasının yeganə övladıdır. 1982-ci ilin 31 dekabrında doğulub. 7 yaşından atasız böyüyüb. Anası Gülnaz min-bir əziyyətlə, valideynlərinin və qohumlarının köməyi ilə böyüdüb onu. Amma həyat Gülnarı zaman-zaman daha böyük sınaqlara çəkib.

2000-ci ildə Lənkəranın Göyşəbən kəndində Rəşad adlı bir oğlanla ailə qurub, izdivacdan 2 övladları olub. İşsizlikdən Bakıya köçməli olublar, 9 il kirayədə qalıblar. 2010-cu ildə Binə qəsəbəsində torpaq sahəsi alıb, balaca bir ev tikib ora köçüblər. 2011-ci ilin oktyabrında Gülnar qəflətən xəstələnib. Həkimlər kor bağırsağında problem olduğunu bildiriblər. Mərdəkanda cərrahiyyə əməliyyatı keçirib. Ümumilikdə 11 dəfə cərrahiyyə əməliyyatı keçirib Gülnar. Bütün bu əməliyyatlara o, Onkologiyaya institutuna getməmək üçün razı olub. Amma son nəticədə gedəcəyi ünvan yenə də ora olub. 26 yaşınadək canında 11 cərrahiyyə əməliyyatı keçirən iki qız anası Gülnar, nəhayət ki, səhhətində irəliləyiş olmadığını anlayıb Onkologiyaya üz tutub.

Səhhətindəki problemə baxmayaraq Gülnar balalarını saxlamaq üçün işləyib. Səngiməyən ağrılar içində yaşayarkən, ard-arda cərrahi əməliyyatlar keçirdiyi bir vaxtda həyat yoldaşı onu iki uşaqla qoyub gedir. Gülnar bu sarsıntını tam keçirməmiş başına daha böyük faciə gəlir. Anası ilə birgə yaşadıqları evdə yanğın baş verir və bir anın içində hər şeyləri kül olur. Artıq yetkinlik yaşına çatmış qızları və anası ilə qonşunun evində yaşamağa məcbur olur Gülnar. Qızına və nəvələrinə az da olsa kömək etmək üçün 60 yaşlı Gülnaz nənə kafelərdə gecə-gündüz qab yuyur.

Gülnar danışır ki, səhhətindəki problemlər zatən onların ər-arvad münasibətlərini bitiribmiş. Əri Rəşadın həyatında kiminsə olmasını da hiss edirmiş. Onun kiminləsə telefonla danışdığının şahidi də olub. Elə nəticə də gözlədiyi kimi olub. Rəşad bir gün ailəsini - qadını və iki qız balasını qoyub çıxıb gedib. Gülnar hesab edir ki, Ailədə - qadın və kişi arasında nələrin baş verməsindən asılı olmayaraq atanın öz doğma övladlarını atması və kimlərinsə ümidinə qoyub getməsi vicdansızlıqdır. Deyir 11 dəfə əməliyyat olunmuş, ailəsinə bağlı bir xanımı və hələ müstəqil həyata atılmamış gül balaları görməzlikdən gəlmək insanlığa sığan iş deyil.
Rəşad bir zamanlar mədə qanaxmasından əziyyət çəkirmiş, Gülnar onun sağalması üçün əlindən gələni edib. Gülnarın anası Rəşadın müalicəsi üçün boynundan qızıllarını açıb verib: "Ayrılan qadın tək mən deyiləm. Məni heçə saydı eybi yox. Uşaqları da heçə saydı, yenə də eybi yox. Düşünürdüm ki, hər nə olur olsun, başımızı salmağa yerimiz var. Hər gün qonşu üç gəlinlə ev təmizliyinə, qab yumağa gedirdik. İndi də gedirəm, nə iş oldu gedib işləyirəm. Hər gün işə gedəndə də deyirdim ki, çox şükür bir parça çörək pulumuzu qazanırıq. Binədən Günəşliyə gedirdim ev təmizliyinə. Bir gün səhər işlədiyim evə yenicə nərdivana çıxıb pəncərələri silməyə başlamışdım, telefonuma zəng gəldi. Uşaqların sinif yoldaşı idi, dedi eviniz yanır".

Gülnar evinə yollanıb. Çatanda dəhşət onu bürüyüb. Səhər çay içdiyi stəkandan belə hər şeyin yanıb külə döndüyünü görüb. Deyir onsuz da az olan qızılları da əriyibmiş. Elə ərimiş halda da külün içindən tapıb cüzi qiymətə satıblar. İndi Gülnar övladları üçün ev istəyir. Yeni bir yuva arzusundadır. İki uşaq, ana və nənə evsizdilər. İllərlə yığdıqlarının hesabına torpaq alıb tikdikləri ev daha yoxdur.

Yaşlı anası, yeniyetmə qızları ilə birgə iki aya yaxındır orda-burda qalır Gülnar. Getməyə nə yerləri var, nə də yanmış evi bərpa etməyə köməkləri. Sağaldığını desə də Gülnar tam sağalmayıb... İşlədiyi üçün hərarəti hər gecə qalxır, ağrıları, ürəkbulanmaları olur. Amma o yenə də səhər qalxıb işə gedir, ağır işlərin öhdəsindən gəlir. İki balası üçün edir bunları... Onların gələcəyinin yaxşı olmasını və təhsil almalarını istəyir. Balaları üçün arzuları böyükdür Gülnarın. Özünü və həyatını, özü ilə bağlı bütün arzuları unudub, yalnız balaları ilə bağlıdır arzuları.

Gülnaz nənə kafelərdə qab yumaqla qızına, nəvələrinə kömək etmək istəyir. Amma onun qazandığı da ailənin ayı bir təhər başa çıxarda bilməsində Gülnara kömək olur. Gülnaz nənə özü də bilir ki, qab yumaqla, təmizliklə ev qurmaq mümkün deyil. Amma baqa çarəsi də yoxdur.

Hazırda qonşu evində yaşayan Gülnaz nənə, Gülnar ana və onların iki qız balası köməksiz, çarəsizdilər. Belə vəziyyətdə uzun müddət yaşamağın mümkün olmadığını anlasalar da, içlərində xeyirxah insanların onlara əl uzadacaqlarına ümidləri də tamam sönməyib. Əslində bu ailə elə də çox şey istəmir həyatdan, imkanı olan insanlardan. İstəyi evin düzəlməsinə kömək olunması, uşaqların təhsil almalarına şərait yaradılmasıdır.

Gülnaz nənə deyir ki, hələ yay tam bitməyib. Qarşıda payız da var. Kömək edən olsa, evi ayağa qaldırmağa vaxt var. Amma bir azdan qız gələcək...

...Bu ailənin köməyə ehtiyacı var. İmkanı olan şəxslərdən köməklərini əsirgəməməyi xahiş edirik.

Qeyd: Gördüyünüz bu ailənin yanmış evi Binə qəsəbəsində sovxoz massivində yerləşir. Ailə hazırda qonşunun evinə sığınıb. Onlara kömək etmək istəyənlər 051–698–15-72 nömrəsinə zəng edib Gülnar Seyfullayeva ilə əlaqə saxlaya bilərlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2094   Tarix: 29 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ

Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib. Layih

12:52 245
.

Sumqayıt sakini itkin düşüb

Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır

06.05.2024 458
.

78 yaşlı Türkan Şoraydan ÜZÜCÜ XƏBƏR

Məşhur aktrisa Türkan Şorayın səhhətində problem yaranıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa "Kipr şəhidlərinin anım mərasimi və veteranlarla görüş" adlı mərasimə qatılacaqdı. Lakin o səhhətində yaranan problem səbəbi ilə bu səfərini ləğv edib. Aprelin 30-da aktrisaya pnevmaniy

15:27 116
.

Bakıda 17 min manata pişik satılır - VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir. -ın məlumatına görə, it 10 min manata, pişik 17 min manata satılır. Satışda olan "Kanqal", "Malino", "Alman iti" kimi cins heyvanlar ən bahalılar hesab edilir. Ev heyvanlarının satışı ilə məşğu

06.05.2024 571
.

Putin Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. "İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasını

06.05.2024 274
.

Bakıda hoteldə zəhərlənmə: İki nəfər öldü - FOTO

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib. xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirili

14:00 387
.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

06.05.2024 294
.

Elçin Quliyev III Çarlzla bir arada - Fotolar

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Böyük Britaniya kralı II Çarlzla görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüş Böyük Britaniyada keçirilən Vindzor Kral Atçılıq Şousu çərçivəsində baş tutub. E.Quliyev II Çarlzla birlikdə atların yarışını izləyib. Qeyd edək ki, Vindzo

06.05.2024 830
.

"Toydan qazandığımız heç üç gün bizə çatmır"

"Şou-biznes sözündən xoşum gəlmir. Şou ayrı, biznes ayrıdır. Bizim müğənnilərdə şou-biznesi görmürəm. Beyonsa, Cennifer Lopezə, Şakiraya baxıram, şou-biznes onlardadır. Çünki konsertdən milyonlarlar qazanırlar. Amma bizdə şou-biznes deyəndə mənə qəribə gəlir". Axşam.az xəbər verir ki, bu sözlər

06.05.2024 804