"Nurgün-Motors"dan avtomobil alanları belə aldadırlar - FAKTLAR

"Nurgün-Motors"dan avtomobil alanları belə aldadırlar - FAKTLARAzərbaycanda "Nissan", "Ford", "Renault", "İnfiniti" markalı avtomobillərin satışı ilə məşğul olan "Nurgun Motors" şirkətindən narazılıqlar günü-gündən artır. Bir çox hallarda köhnə avtomobillərin yeni adıyla satılması, kredit və lizinq faizlərinin hədsiz yüksək olması, alıcıya məcburi "Rəvan sığorta"nın sırınması, servis qiymətlərinin dəfələrlə baha olması və sair amillər nəticəsində bu şirkətin bazardakı imicini tamamilə məhv edib.

Bildiyimiz kimi, "Nurgun" şirkətlər qrupu və onun sirli rəhbəri Nuru Əliyev Azərbaycanın ən köklü monopolistlərindən biridir. Onun monopoliya həvəsi "Nurgun Motors"un da fəaliyyətinin əsas prinsipidir. Buradan nağd, kredit və ya lizinqlə avtomobil alan şəxs fərqinə varmadan monopoliya toruna düşür və sonradan baş verən hadisələrdən, təəssüf ki, onu nə qanunlar, nə dövlət qurumları qorumur. Yaxud hansısa səbəblərdən qorumaq istəmir. Məsələn, "Nurgun Motors"dan lizinqlə avtomobil almaq istəsəniz, görün sizi hansı tora salacaqlar:

1. Avtomobili mütləq "Aypara lizinq" şirkətindən alacaqsınız.
2. Lizinq və ya kredit faizlərini mütləq "NBC bank" təyin edəcək. Məsələn, 5 illik lizinq və ya kredit şərtləri ilə avtomobil alsanız, avtomobilin dəyərindən daha çox faiz ödəyəcəksiniz.
3. Mütləq "Rəvan Sığorta"da kasko sığorta etdirməlisiniz və öncədən pulunu ödəməlisiniz.
4. Sığorta üçün müraciət ərizənizə mütləq sizin mənafeyinizə və Azərbaycan qanunvericiliyinə zidd müddəlar daxil ediləcək və sizə "bu adi müraciət ərizəsidir, zəhmət olmasa bura qol çəkin" deyib, sizi aldadacaqlar.

5. Avtomobili yalnız "Nissan Servis" mərkəzlərində od qiymətinə təmir etdirə bilərsiniz. Adi yağ dəyişməni belə, başqa servisdə etsəniz, sizin qarantiyanızı ləğv edəcəklər.
6. Aldığınız avtomobilin doğrudan da yeni və orijinal olduğuna heç bir təminat yoxdur.
7. Hər hansı qəza törədildikdə kasko sığortanızı ala biləcəyinizə dair heç bir təminat yoxdur.
Gördüyünüz kimi, yuxarıda adıçəkilən bütün qurumlar "Nurgün" şirkətlər qrupuna daxildir və bu, açıq-aşkar istehlakçı hüquqularının kobud sürətdə pozulmasıdır. Bəs görəsən, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, habelə digər aidiyyatı qürumlar buna niyə göz yumur?
"Rəvan Sığorta"nın lisenziyası ləğv olunmalıdır
Bu ilin əvvəlində "Rəvan Sığorta" ASC tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) təhrif edilmiş hesabatların təqdim edilməsi faktı müəyyən olunub.

"Sığorta fəaliyyəti haqqında" qanunun 102-ci maddəsinə əsasən, MBNP tərəfindən ASC-nin İdarə Heyətinin sədri, baş mühasibi və məsul aktuarisinin tutduğu vəzifədən kənarlaşdırılması, sığorta ehtiyatlarını təmin edən vəsaitlərin çatışmayan hissəsinin bərpa edilməsi və məcmu kapitalının artırılması barədə "Rəvan Sığorta"ya icrası məcburi olan yazılı göstəriş - təqdimat verilib.

Bu il həmçinin Vergilər Nazirliyi saxta defekt aktı tərtib edərək dələduzluğa əl atdıqları üçün "Rəvan Sığorta"ya və "Nurgün Motors"a maliyyə sanksiyası tətbiq edib.
Ələt qəsəbə sakini Müşfiq Haşımov avtomobilinə dəyən külli miqdarda zərəri, ortada məhkəmə qərarı olsa da, "Rəvan Sığorta"dan kasko sığortasını ala bilmir.
Bakı sakini Qasımova Sevinc aylardır qəza nəticəsində zədələnən avtomobilinin təmiri üçün "Rəvan Sığorta"dan kasko sığortasını ala bilmir.

Tanınmış vəkil vəkil Ceyhun Yusifov da hüquqları pozulanlar arasındadır. Vəkilin sözlərinə görə, adıçəkilən sığorta şirkəti müştəriləri aldadır, üzərinə düşən öhdəliyi yerinə yetirmir. "Şirkətlə müştəri arasında bağlanan sığortanı ləğv etmək mümkün deyil. Vətəndaşlardan əsassız olaraq əlavə xərc tələb olunur. Heç bir vətəndaş öz hüququndan istifadə edə bilmir. Sığorta öhdəlikləri yerinə yetirilmir. Avtomobilin keyfiyyətsizliyi ilə bağlı müraciətlər cavabsız qalır, verilmiş zəmanət yerinə yetirilmir", - C.Yusifov bildirir.

Vəkil bildirir ki, müqavilə şərtlərinin ziddinə olaraq, "Rəvan Sığorta"nın əməkdaşları qəza baş verən zaman hadisə yerinə gəlmirlər. "7-8 ay əvvəl avtomobilimdə qəza baş verdi, 1 manat da sığorta ödəmədilər. Şirkətdə çalışan Mayıl Nuriyev adlı şəxsə iradımı bildirdikdə isə "gedin, kimə istəyirsiniz deyin" cavabı verir", - deyə vəkil əlavə edib. Vəkil mətbuat vasitəsilə vətəndaşlara müraciət edərək, "Rəvan Sığorta"da müştərilən aldadıldığını və mütləq ehtiyatlı olmağı tövsiyə edib.

Faktların sayını artırmaq da olar. Onlar saysız-hesabsızdır.

Fikrimizcə, Maliyyə Bazarlarına Nəzarət Palatası bu qurumu növbəti dəfə ciddi təftiş etməli və maliyyə bazarının sağlamlaşdırılması məqsədi ilə bu kimi qurumların ləğvi istiqamətində ciddi addımlar atmalıdır. (Qaynarinfo.Az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1713   Tarix: 29 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

15:55 122
.

Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatları məlum olub. Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev Qaynarinfo-ya aşıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:

16:58 134
.

Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq

Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər

12:51 158
.

"Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu

Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə

11:56 305
.

Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiqin Sumqayıtda parkda olarkən vəfat etməs

10:59 268
.

Malayziyada təhlükəli timsahlar: əhali üçün risk artır

Malayziyanın Saravak əyalətinin hökuməti timsah populyasiyasının azaldılması məqsədilə xüsusi proqram hazırlamağa başlayıb. Buna səbəb son aylarda sürünənlərin insanlara qarşı hücumlarının artmasıdır. Belə ki, təkcə 2025-ci ilin sentyabr-oktyabr aylarında timsah hücumları nəticəsində dörd nəfər həyatın

10:27 155
.

Süni intellektli çatbot qətldə ittiham olunur

ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta

10:53 163
.

Yusif az qala, Şəkinin yarısını alıbmış... - Evlər, obyektlər, maşınlar...

"Qumar kralı" kimi tanınan Yusif Baqiyevin böyük sərvətə yiyələndiyi üzə çıxıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilən Baqiyevin təxminən 10 milyon manat dəyərində əmlakı istintaq nəzarətinə götürülüb. "Qafqazinfo" Şəkili Yusifin üzərin

11:25 303
.

Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib

13:58 169
.

TOP MP3