Qurban Qurbanov İlham Əliyevlə görüşündən danışdı: "Prezidentin bizi izləməsi..." – VİDEO

Qurban Qurbanov İlham Əliyevlə görüşündən danışdı: "Prezidentin bizi izləməsi..." – VİDEOAzərbaycan tarixində ilk dəfə futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov müsahibə verib.

BiG.AZ report-a istinadən həmin müsahibəni təqdim edir.

- "Qarabağ" ÇL-nin qrup mərhələsində İngiltərənin "Çelsi", İspaniyanın "Atletiko" və İtaliyanın "Roma" klubları ilə qarşılaşacaq. Rəqiblərinizi necə dəyərləndirərdiniz?

- Burada dəyərləndiriləsi bir şey yoxdur, hamısı tanış rəqiblərdir. 3 ən güclü çempionatın təmsilçilərinə qarşı oynayacağıq. Bu kollektivlərin oyunlarını dəfələrlə izləmişik. Bilmirəm ki, ayrı-ayrılıqda hansını digərindən üstün sayım. Madrid "Atletiko"su son 4 ildə 2 dəfə ÇL-nin finalında oynayıb. "Çelsi" və "Roma" da məlumdur. Hər üçü güclü klubdur. Düşünürəm ki, Azərbaycan futbolunu sevdirmək, marağı artırmaq baxımından əlimizə çox böyük şans düşüb. Bu cür klubların Bakıya gəlməsi və "Qarabağ"ın İngiltərə, İspaniya və İtaliyada səfər oyunlarında iştirakı təbliğat baxımından faydalıdır. Elə indidən xarici mediada klubumuz haqda yazılar dərc olunur. "Qarabağ"ın məcburi köçkün komanda olduğu, torpaqların işğal edildiyi vurğulanır. Ümumən, bizim üçün çox böyük uğur oldu.

- Püşkdən öncə "Qarabağ"la eyni qrupa düşməsini arzuladığınız klub vardı?

- Açığı, məndə heç vaxt belə fikir olmayıb. Püşkü gözləmişəm. Çünki istənilən komanda ilə düşə bilərik. Heç vaxt hansısa komandanın düşüb-düşməməsini istəməmişəm.

- Prezident İlham Əliyev avqustun 24-də "Qarabağ"ın kollektivi ilə görüşündə Sizin oyunlar zamanı təmkinli davrandığınızı xüsusi qeyd etdi. Ümumiyyətlə, bu qəbul barədə təəssüratlarınız necədir?

- Çox xoş oldu. Hamı cənab Prezidentin Azərbaycan futbolunu nə qədər izlədiyini, maraqlandığını bir daha gördü və hiss etdi. Elə məni götürək: Prezidentlə ilk dəfə Avropa Liqasının III təsnifat mərhələsində Finlandiya "Honka"sını 2:1 hesabı ilə məğlub edib, "play-off"a düşəndən sonra telefon danışığımız oldu. Həmçinin, 2004-cü ilin dekabrında Avropa Liqasının qrup mərhələsində İtaliya "İnter"i ilə məlum oyundan sonra o, bizi qəbul etdi. İndi də bizimlə görüşdü. Deməli, daim oyunlarımızı izləyir və bizlərə qayğı göstərir. Belə olan halda, biz daha da məsuliyyətli olmaq, işimizə çox vaxt ayırmaq üçün çalışmalıyıq. Bunu etməliyik ki, pillə-pillə irəliləyə bilək. "Qarabağ" olaraq, üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışmalıyıq. Təkcə azarkeşlərin və medianın deyil, prezidentin də oyunlarımızı izləməsi bizə əlavə motivasiya verir, bizi daha da məsuliyyətli edir.

- "Qarabağ"da nail olduğunuz uğurlar və qarşıya qoyduğunuz məqsədlər bəllidir. Bəs şəxsi hədəfiniz nədir: Milli komandada və ya xaricdə baş məşqçi kimi çalışmaq istəyiniz varmı?

- Heç bir şəxsi hədəfim yoxdur. Məqsədim harada olsam, ölkəmizə layiqincə qulluq etməkdir. Vətənin borcunu verməliyik. "Qarabağ"dayamsa, bura ən məsuliyyətli yerdir. Əvvəllər də qeyd etmişəm ki, əsgərlərimizin gecəsi-gündüzü yoxdur. Əsgərlərimiz çox əziyyət çəkir. Adicə aprel döyüşlərində nə qədər oğullarımız dünyalarını dəyişdilər, azyaşlı uşaqlarımız yetim qaldılar. Bizim isə şəraitimiz çox yaxşıdır. Rahat yaşayır, gəzir, istirahət edirik. Hədəfim işimi layiqincə yetirməkdir.

- ÇL-nin qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın təmsil etdiyi Ağdama səfəri gözlənilirmi?

- Özünüz də görürsünüz, qrafik çox sıxdır. Əvvəllər dəfələrlə şərait və imkan olub, getmişik də. Bu gün heç bir söz deyə bilmərəm. Hər şey göz qabağındadır. Futbolçuların durumunu görürsünüz. Ailələrinin yanına gedib, normal istirahət edə bilmirlər. Ona görə də qarşımıza qoyulan belə bir məsələ yoxdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1645   Tarix: 28 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı

Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli

29.08.2021 912
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu

29.08.2021 1121
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023
.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126
.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769
.

Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"

İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi. Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. -a müsahibəsind

12.09.2021 850