Ölən modelin anası: "Qızımı əməliyyata gözündə linza, saçında qaynaqla salmışdılar" - FOTOLAR

Ölən modelin anası: "Qızımı əməliyyata gözündə linza, saçında qaynaqla salmışdılar" - FOTOLARBu ilin iyulun 26-da "Zəfəran Hospital"da əməliyyat olunduqdan sonra dünyasını dəyişən 22 yaşlı modelin anası femida.az -a müraciət edib.

BiG.AZ sözügedən sayta istinadən xəbər verir ki, dünyasını dəyişən model Leyla Oruclunun anası Sevinc Oruclunun sözlərinə görə, qızının ölümünə səbəb həkim səhlənkarlığı olub. O, qızını əməliyyata götürən iranlı cərrah Sirus Qoçxaninin köhnə analizlər əsasında onu əməliyyat etdiyini iddia edib:

"Qızım model kimi çalışırdı. Rəfiqələri ona deyiblər ki, səndə artıq piylər var. Bu da onda kompleks yaratmışdı. Qızım bizdən xəbərsiz piylərini götüzdürmək üçün əməliyyata gedib. Sosial şəbəkələrdə özünü anestezoloq kimi təqdim edən Pərvin Əhmədov qızımı Sirus Qoçxaninin yanına aparıb. Bu barədə bizə məlumat da verilməyib. Həkim onu əməliyyata götürən zaman heç bir analiz belə etməyib. Hətta bir aydan çox müddətdə verilmiş qan analizlərinin nəticələrinə uyğun onu əməliyyata götürüb. Halbuki, qan analizlərinin etibarlılıq müddəti 10 -15 gün aralığıdır. Həmin analizlərdə isə qızımın əməliyyata hazır olmadığı və səhhətində problemlərinin olduğu qeyd olunub. Belə olan halda onu necə əməliyyata götürmək olardı ki?"
Ölən modelin anası: "Qızımı əməliyyata gözündə linza, saçında qaynaqla salmışdılar" - FOTOLARSevinc Oruclunun sözlərinə görə, həmin gün qızının evə gec gəldiyini gördükdə ona zəng etməyə başlayıb. Amma telefona cavab verən olmayıb.

" Həmin gün balıq qızartmışdım. Gözləyirdim ki, Leyla gəlib o balıqdan yesin. Dəfələrlə zəng etsəm də, telefonu açmadı. Xeyli müddətdən sonra onu həkimlə tanış edən anestezoloq Pərvin bizə zəng etdi. Telefonda dedi ki, Leyla əməliyyat olunub, vəziyyəti pisdir. Özüm də şoka düşdüm ki, bu qız nədən əməliyyat olunub? Xəstəxanaya çatanda gördüm ki, bədəni göm-göy olub. Onu süni aparata qoşmuşdular. Artıq ölmüşdü. Amma özləri bunu gizlədirdilər."

Sevinc Oruclu daha sonra iddia edib ki, qızını əməliyyat edən həkim Sirus Qoçxani ixtisasca plastik cərrah deyil. O, bir neçə klinikadan yol verdiyi səhvlərə görə uzaqlaşdırılıb.

" Həmin həkim saç əkimi ilə məşğul olub. Daha sonra başqa bir klinikadan yol verdiyi səhvlərə görə qovulub. Saç əkən həkim necə olub ki, plastik cərrah kimi klinikaya götürülüb? Bütün bunlar araşdırılmalıdır."

22 yaşlı modelin anasının sözlərinə görə, qızının əməliyyat zamanı qanı qurtarıb. Hətta klinikanın baş həkimi və bir neçə işçisi də ona qan verib. Buna baxmayaraq Leylanın həyatını xilas etmək mümkün olmayıb.

Ölən modelin anası: "Qızımı əməliyyata gözündə linza, saçında qaynaqla salmışdılar" - FOTOLAR"Qızımın ölümünə görə cinayət işi açılıb. Hazırda istintaq davam edir. Amma mən aparılan istintaqdan narazıyam. Bunu Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi Təbriz Atakişiyevə də bildirmişəm. Onlar araşdırmalıdırlar ki, bu həkim xəstəni əməliyyata hansı əsaslarla götürüb. Əgər, bu qızda əməliyyat üçün təhlükəli hallar vardısa, niyə əməliyyat olunub? Ən əsası o həkimin plastik cərrah kimi diplomu varmı?"

Xatırladaq ki, Leyla Oruclunun ölümünə səbəb kimi pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozu göstərilir.

Sevinc Oruclu bildirib ki, qızını əməliyyata salan zaman adi qaydalara da əməl olunmayıb.

Ölən modelin anası: "Qızımı əməliyyata gözündə linza, saçında qaynaqla salmışdılar" - FOTOLAR"Leyla əməliyyata girərkən saçlarında və dırnaqlarında qaynaq, gözündə isə linza olub. Xüsusən də gözündə linza olması məni şoka saldı. Bütün bunları özüm Leylanı yumağa aparanda çıxardım. Həkim bütün bunlara diqqət etməli idi. Lakin heç nəyi nəzərə almadan əməliyyata salıb. Hətta ölümündən sonra otaqlarda olan kamera görüntüləri də bizdən gizlədilir. Halbu ki, Leylanı əməliyyat etdikdən sonra qalıq qanları sovurmaq üçün istifadə olunan aparatdan da düzgün istifadə olunmayıb. Bütün faktlara baxmayaraq səhlənkar həkim hələ də azadlıqdadır. Bu isə məni övlad itirmiş ana kimi narahat edir. Onun yanında əməliyyat olunan qız mənə dəhşətli faktları danışdı. Dedi ki, Leyla əzabla ölüb. İstintaq getdiyi üçün çox faktları açıqlamıram."

Femida.az həkimin ixtisaslı olmaması ilə bağlı irəli sürülən iddia ilə bağlı araşdırma aparıb. Zəfəran hospital məlumat bölümündə onu plastik-rekonstruktiv cərrah kimi təqdim etsə də, təhsili, iş təcrübəsi, ixtisası barədə heç bir məlumat verilməyib. Həmin klininikada çalışan digər həkimlərin təhsili,iş təcrübəsi haqqında geniş məlumatlar yer alıb. Təkcə, Siruz Qoçxani haqqında məlumatlar gizlədilib.

Həkimin ünvanına səsləndirilən ittihamlarla bağlı Femida.az Dr Siruz Qoçxaninin də mövqeyini öyrənməyə çalışıb. Cərrahın köməkçisinin sözlərinə görə, əməliyyatdan sonra ölən modelin qohumlarının onlar haqqında səsləndirdikləri fikirlərin heç bir əsası yoxdur.

Ölən modelin anası: "Qızımı əməliyyata gözündə linza, saçında qaynaqla salmışdılar" - FOTOLAR( Cərrah Sirus Qoçxani)

" Biz ekspertizanın cavablarını gözləyirik. Həmin ailə hər yerdə bir açıqlama verir. Bunların heç biri bizə maraqlı deyil. Artıq bezmişik bu sözlərdən ", deyə köməkçi bildirib.

Bir xəstəni analiz etmədən əməliyyata götürmək nə dərəcədə düzgündür?

Qeyd olunan ittihamlara cavab almaq məqsədi ilə "Zəfəran" Hospitalla əlaqə saxladıq. Ancaq onlar bu haqda açıqlama verməkdən imtina etdilər.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova məlum hadisə ilə bağlı Prokurorluq tərəfindən araşdırma aparıldığı üçün onlar tərəfindən açıqlama verilməsinə icazə olmadığını bildirdi.

Ölən modelin anası: "Qızımı əməliyyata gözündə linza, saçında qaynaqla salmışdılar" - FOTOLARÖlən modelin anası: "Qızımı əməliyyata gözündə linza, saçında qaynaqla salmışdılar" - FOTOLARÖlən modelin anası: "Qızımı əməliyyata gözündə linza, saçında qaynaqla salmışdılar" - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5434   Tarix: 24 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aybəniz Haşımova: "Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi" (VİDEO)

Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlaması ilə diqqət çəkib. Qaynarinfo xəbər verir ki, sənətçi dünyanın məşhur turizm və kurort zonası olan Maldivə bir daha getmək istəmədiyini bildirib. Buna səbəb adadakı böyük kərtənkələlərin ifaçını qorxutması olub. Haşımova bu barədə qonaq olduğu verilişlərdə

04.05.2024 659
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 84
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

04.05.2024 160
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 320
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

04.05.2024 154
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 0
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

04.05.2024 175
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

04.05.2024 428
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

04.05.2024 1003