Rahat və ucuz şəkildə Bitcoin almaq qaydası

Rahat və ucuz şəkildə Bitcoin almaq qaydasıAzərbaycan vətəndaşları üçün bitcoin almaq prosesi biraz mürəkkəb və çətindir. Əsas səbəblərdən bəziləri aşağıdakılardır.
1. Sənədlərin təsdiqi
2. Bank kartları ilə alış və satışın mümkünlüyü
3. Azərbaycan bank kartlarının birja tərəfindən qəbul edilməsi
4. Bitcoin qiymətinin real bazar qiymətindən yüksək olması və əlavə vergilər
5. və s.

1. Sənədlərin təsdiqi
Adətən 2 tip sənəd tələb olunur. Şəxsiyyəti təsdiq edən sənəd və şəxsin hal-hazırda yaşadığını göstərərn sənəd. Şəxsiyyəti təsdiq edən sənəd kimi xarici passport və ya şəxsiyyət vəsiqəsini təqdim etmək mümkündür. Şəxsin hal-hazırda yaşadığını təsdiq edən sənəd kimi isə son bir neçə ayda hər hansı bank əməliyyatı və ya kommunal xidmət haqqının ödəniş qəbzi təqdim etmək olar. (1 ay olsa daha yaxşı olar).
Qeyd 1: Sənədlərin şəkilləri yüksək keyfiyyətdə olmalıdır və tam görünməlidir (hər bir 4 kənarı da)
Qeyd 2: Sənədlərin etibarlılıq müddəti bitməmiş olmalıdır

2. Bank kartları ilə alış və satışın mümkünlüyü
Adətən Bitcoin satan birjalar (saytlar) alış-satışı visa, master-card ilə deyil bank hesabları ilə həyata keçirillər. Azərbaycan vətəndaşlarının əksəriyyətinin xarici banklarda hesablarının olmadığından bitcoin alış-satış mümkün olmur.

3. Bitcoin qiymətinin real bazar qiymətindən yüksək olması və əlavə vergilər
Bitcoin satan birjalar (saytlar) Bitcoin-nin qiymətini real qiymətdən yüksək satdığından və əlavə komisyalar tətbiq etdiyindən yekun qiymət real bazar qiymətindən 20-30% baha olur.

4. Azərbaycan bank kartlarının birja tərəfindən qəbul edilməsi
Bəzi hallarda Azərbaycan bank kartları xarici ödəniş sistemləri tərəfindən qəbul edilmir.


Bitcoin almaq qaydası

Sizə göstərəcəyim nümunədə bu 4 problem aradan qalxır və ya minimallaşır. Əməliyyatlar ardıcıllığını mərhələli şəkildə sizə təsvir edirəm.
1. İlk öncə siz hər hansı bitcoin cüzdana (wallet) sahib olmalısınız. Bizim nümunədə botcoin cüzdan burada (https://www.blockchain.com/) yerləşir. Bu sizə alınmış bitcoinləri saxlamnız üçün lazımdır.
Rahat və ucuz şəkildə Bitcoin almaq qaydası2. Daha sonra siz bu (saytda) qeydiyyatdan keçməlisiniz.
Rahat və ucuz şəkildə Bitcoin almaq qaydası3. Qeydiyyatdan keçdikdən sonra sizin bitcoin almağınız üçün hesabınızda vəsait (deposit) olmalıdır. Deposit yerləşdirmək üçün siz visa, master-card bank kartlarından və ya paypal hesabından istifadə edə bilərsiniz. Paypal hesabından istifadə etmək daha məqsədəuyğundur. Çünki visa, master-card bank kartları ilə müqayisədə paypal hesabı ilə ödəniş üçün daha az komisiya tutlur və aylıq ödəniş limiti də daha yüksəkdir.
Rahat və ucuz şəkildə Bitcoin almaq qaydasıRahat və ucuz şəkildə Bitcoin almaq qaydası4. Hesabınıza depozit yerləşdirdikədn sonra siz aralıq pul vahidi olan SLL almalısınız. Çünki bir başa dollar və ya avro ilə bitcoin ala bilmirisiz. Siz təklif olunan USD/SLL kursunə əsasən USD depozitinizi SLL-ə çevirə bilərsiniz. Və ya bir az daha sərfəli təklif verib, həmin təklifin qəbul olunmağını gözləyə bilərsiniz.
Rahat və ucuz şəkildə Bitcoin almaq qaydası5. Təklifiniz qəbul olunduqdan sonra sizin hesabınızda SLL vəsaiti olacaq. Daha sonra isə siz BTC/SLL kurusuna uyğun BTC (bitcoin) ala bilərsiniz və ya öz təklifinizi verə bilərsiniz.
Rahat və ucuz şəkildə Bitcoin almaq qaydası6. Bitocoin aldıqdan sonra bitcoini 1-ci bölmədə göstərilən cüzdana köcürmək lazımdır. Bunun üçün Withdrawl menyusu vasitəsilə bitcoin adresininizi daxil edib bitcoin məbləğini cüzdana köçürə bilərsiniz.
Rahat və ucuz şəkildə Bitcoin almaq qaydasıQeyd 1: Sistem deposit yerləşdirməkdə limit tətbiq edir. Birinci dəfə paypal hesabı ilə deposit yerləşdikdən sonrakı 10 gündə bir dəfədə maksimum 99 USD olmaq şərtilə cəmi 297 USD yerləşdirmək mümkündür. Daha sonra bir dəfədə yerləşdirilən maksimum deposit və ümumi məbləğ limiti arıtırılr. Deposit yerləşdirmək limitinin ən yüksək səviyyəsində sizdən bəzi sənədlər istəniləcək.
Rahat və ucuz şəkildə Bitcoin almaq qaydasıQeyd 2: Bütün əməliyyatlarda (deposit yerləşdirmək, SLL almaq, BTC almaq və BTC-ni cüzdana köcçürmək, və s.) cüzi komisiyalar tutulur. Amma bütün bu komisiyların cəmi birbaşa bitcoin satan saytların təklif etdiyi qiymətdən daha ucuz olur.

Müəllif: Ramin Dərvişov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1995   Tarix: 24 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ

Bu gün Zaqatalada baş verən dəhşətli qəzada ölənlərdən biri qazi olub. -ın məlumatına görə, qəzada həlak olan Samir Həsənov həm də Zaqatala rayonu, Bəhmətli kənd orta məktəbində hərbi hazırlıq müəllimi vəzifəsində çalışırmış. Qeyd edək ki, VAZ-21013 markalı avtomobilin "Chevrolet" markalı avtomobil

13.05.2024 1085
.

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ

Anar Abel oğlu Məhərrəmovun keçmiş həyat yoldaşı Mehriban Eyyubova ailə münasibətləri ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. "Unikal"ın əldə etdiyi məlumata görə, hakim Gülnar Babazadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində iddiaçının iddiası rədd edilib. Sonuncu dəfə Azərbaycanı

17:46 318
.

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Yemək bizi xoşbəxt edən əsas vasitələrdəndir. Bu, elmi cəhətdən də sübut olunub. Yaxşı bəs düzgün və qədərində yeməyi bacarırıq? Yoxsa israfa yol veririk? Xüsusən də restoranlarda yeyə biləcəyimizdən daha çox sifariş edəndə bu hal baş verə bilir. Bəzi restoranlarda müştəri qabağından qalan, əl toxunulmamı

20:59 0
.

Deputat qadınları qınaq atəşinə tutdu: "Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!" - VİDEO

"Mənim anam 14 uşaq dünyaya gətirmişdi. O qədər cavan qalmışdı ki, Bakıya gələndə elə bilirdilər, bacımdır". Bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində Milli məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib. O, müasir cəmiyyətdə bəzi qadınların övladlarını düzgün böyütmə

13.05.2024 885
.

"Trendyol Azərbaycan" daşıma qiymətlərini qaldırdı - Açıqlama

Türkiyənin onlayn alış-veriş platforması olan "Trendyol"un Azərbaycana məhsul çatdırılma xidmətində qiymət dəyişikliyi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə istifadəçilər daşıma qiymətlərinin təxminən 2 dəfəyə qədər artdığını qeyd edirlər. İddi

10:56 631
.

Paşinyan Ermənistanın 2024-cü ildə Aİ-yə üzv olmasını arzuladığını bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın 2024-cü ildə Avropa İttifaqına üzv olmasını arzuladığını bildirib. xəbər verir ki, müzakirənin moderatoru Baş nazirdən Ermənistanın Aİ-yə hansı ildə qoşulmasını arzuladığını soruşub. "Hansı il? sualına Paşinyan "bu il " deyə cavab veri

20:45 47
.

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Bu gün Bakının Xətai və Xəzər rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bu barədə -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması

10:43 288
.

Dövlət Baxçalıdan "Avroviziya"ya tənqid: "Utancvericidir"

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı "Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin qalibi İsveçrə təmsilçisi Nemonu tənqid edib. Axşam.az xəbər verir ki, MHP başqanı kişi sənətçinin üzündə makiyaj, əynində ətəklə səhnəyə çıxmasını utancverici adlandırıb. "İsveçi

15:38 387
.

Türkiyəli aktrisa vəfat etdi

Türkiyənin məşhur teatr aktrisası Ayten Gökçer dünyasını dəyişib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sabah 2009-cu ildə vəfat etmiş əri, teatr aktyoru Cüneyt Gökçerin yanında dəfn olunacaq. Qeyd edək ki, 84 yaşlı aktrisa bir çox məşhur film və seriallarda da rol alıb

11:05 542