ABŞ-dan İrəvana ŞOK: "Ərazilər qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır"

ABŞ-dan İrəvana ŞOK: "Ərazilər qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, eyni zamanda ABŞ-ın Ermənistandakı səfiri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini "Amerikanın səsi"nin erməni xidmətində dərc edib.
BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, sənəddə işğal edilmiş ərazilər üzərində Azərbaycanın suverenliyinin qeyd-şərtsiz bərpasından danışılır.
Sənəddə bildirilir ki, Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər onun statusunu qarşılıqlı anlaşma və nəticələri hər iki tərəf üçün hüquqi qüvvə daşıyan referendum yolu ilə müəyyən etməlidir. Təklif edilir ki, rəsmi Bakının nəzərət etmədiyi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə müvəqqəti status verilməlidir.
Ancaq sənədə əsasən, Dağlıq Qarabağın ətrafındakı ərazilər (həmsədr məhz "işğal edilmiş" ifadəsindən istifadə edib - red.) Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Qeyd olunur ki, bu ərazilərdə Azərbaycanın müstəqilliyi nəzərə alınmadan məskunlaşdırıla bilməz.
"Bu ərazilər üzərində Azərbaycanın müstəqilliyi bərpa edilməlidir", - amerikalı diplomat qeyd edib.
Sənədə əsasən, Dağlıq Qarabağı Ermənistanı bağlayan dəhliz olmalıdır. Dəhliz təhlükəsiz hərəkət üçün kifayət qədər geniş olmalıdır. Amma dəhliz tamamilə bütün Laçın rayonunu tuta bilməz. Riçard Hoqland bildirir ki, uzunmüddətli nizamla bütün məcburi köçkün və qaçqınların öz yaşayış yerlərinə geri qayıtması hüququ tanınmalıdır.
Amerikalı diplomata görə, nizamlanma prosesi özündə beynəlxalq təhlükəsizlik təminatını da əks etdirməlidir. Buraya sülhməramlı missiyanın yeridilməsi də daxildir.
"Çünki sülhün yaxşı hazırlaşdırılmış və hər iki tərəfin etimadını qazanmış sülhməramlı missiyasız təmin edilməsinin ssenarisi mövcud deyil", - sənəddə deyilir.
Sənəd "Amerikanın səsi"ndə "Təcili" qrifonu altında dərc edilib. Maraqlıdır ki, sənədin nəşri Soçidə Rusiya və Ermənistan prezidentləri – Vladimir Putin və Serj Sarkisyan arasında keçirilən görüşlə üst-üstə düşüb. Görüşdə Dağlıq Qarabağ problemi də müzakirə edilib.
Digər tərəfdən, dərc edilmiş sənəd yeni xəbər deyil. Sənəd demək olar ki, Madrid prinsiplərinin eynisidir. Bu prinsiplər Azərbaycanın işğal edilmiş ətraf rayonların hamısının üzərində suverenliyinin tam bərpasını və Dağlıq Qarabağa isə müvəqqəti aralıq statusun verilməsini nəzərdə tutur. Ermənistan Xarici İşlər Nazirliyi sənədi şərh etməkdən imtina edib. Lakin o erməni mediası tərəfindən təlaşla qarşılanıb. Sənədin İrəvana ciddi zərbə olduğu bildirilir.
Riçard Hoqland sənədi açıqladıqdan sonra bildirib ki, həmin prinsiplər Madrid prinsiplərinə əsaslanmaqla beynəlxalq vasitəçilərin ümumi mövqeyini əks etdirir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4317   Tarix: 24 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü

Bakıda qadın intihar edib. xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. 35 yaşlı Y.B. yaşadığı evin həyətindəki ağacdan özünü asaraq, həyatına son qoyub. Qadının ailədaxili mübahisələrdən bezərək özünü öldürməsi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırm

18:10 0
.

Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliklə geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri özəlləşdirilməsi qadağan edilən dövlət əmlakını

15:20 0
.

189819 hərfdən ibarət sözün mənası nədir?

İngilis dilində 189819 hərfdən ibarət söz olduğunu bilirdinizmi?. -ın xarici mediaya istinadən xəbərinə görə, bu söz "metionil." ilə başlayıb, ".izolösin" ilə bitir. Bu sözün tələffüzü 3 saata qədər vaxt aparır. Bu nəhəng söz 34 mindən çox amin turşusundan ibarət olan və onların siyahısın

12:57 189
.

Bu mövsümün ən dəbli cins şalvarları

Rusiyalı stilist Natalya Temiralieva bu ilin cins dəblərindən danışıb. "Enli ayaqlı, yüksək belli cins şalvarlar ən dəbli modellərdən birinə çevrilib", - deyə stilist bildirib. Stilistin sözlərinə görə, bu model ayaqlarını vizual olaraq uzatmaq və daha incə göstərmək istəyənlər üçün idealdır

10:40 269
.

"Filosof Atakan" 5 ildən sonra... - Foto

Türkiyədə 5 il öncə "Filosof Atakan" adı ilə tanınan Atakan Kayalar illər sonra yenidən gündəmə gəlib. "Qafqazinfo" xəbər verir ki, onun barəsində Türkiyə mətbuatı məlumat yayıb. Hazırda 15 yaşı olan Kayalar məşhurlaşdığı vaxtdan danışıb:. "Birdən-birə məşhurlaşanda özümü yorğu

10:59 287
.

Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Dörd aylıq körpənin balkondan düşərək vəfat etdiyi yerin görüntüləri yayılıb. -ın məlumatına görə, bədbəxt hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib. Eyvandan düşərək dünyasını dəyişən dörd aylıq Ayla Eyvazlının babasının sözlərinə görə, hadisəyə səbəb ehtiyatsızlıq olub

26.04.2024 1289
.

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb

İşğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində 2024-cü il 27 aprel tarixində mina hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumata görə, Agentliyi

13:26 155
.

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Bu ilin I rübündə Türkiyə Azərbaycana 6 milyon 65 min ABŞ dolları dəyərində dekorativ bitkilər ixrac edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 20,5 % çoxdur. Təkcə martda isə Azərbaycan Türkiyədən 1 milyon 486 min ABŞ dollar

17:20 0
.

Braziliyada fəlakət: Evsizlərin qaldığı oteldə baş verən yanğında 10 nəfər ölüb

Braziliyanın cənubundakı Porto Aleqri şəhərində evsizlərin qaldığı oteldə yanğın olub. BİG.AZ xəbər verir ki hadisə nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölənlərin sayının artacağı gözlənilir. Porto Aleqre Bələdiyyə Başçısı Sabastiao Melo sosial media hesabından verdiyi açıqlamada, ilkin məlumatlar

10:00 72