Bakıdakı evini 3 manata, doğma qızını 30 manata satmış qadın - FOTO

Bakıdakı evini 3 manata, doğma qızını 30 manata satmış qadın - FOTO1957-ci il təvəllüdlü Suriya Səlimova qızına qarşı aliment iddiası qaldırıb. Tək istəyi dolanmasına köməklik göstərilməsidir.

Suriya Səlimova "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağında qalır. Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin əməkdaşları tərəfindən sığınacağa gətirilənə qədər küçələrdə gecələyib, zibillikdə tullantılarla qidalanıb.

BiG.AZ virtualaz.org-a istinadən 60 yaşlı qadının həyat hekayəsini təqdim edir.

S.Səlimova 1957-ci ildə Bakının Pirallahı qəsəbəsində anadan olub. 1 yaşımda valideynləri yol qəzasında ölüb. Dayısı bacısının ölümünə dözməyərək, özünü güllələyib. İnternatdan çıxandan sonra ata evinin qohumları tərəfindən mənimsənildiyini görüb. Ailəli olarkən isə Binə qəsəbəsində yaşadığı evini aldadaraq əlindən alıblar.

- Evimi əlimdən aldılar, əvəzində 3 manat verdilər. Pulu alıb bazara getdim, doyunca yemək yedim. Sonradan bildim ki, pul vermək üçün imzaladığım sənəd evi satmaqla bağlı imiş, məni aldadıblar. O gündən küçələrdə gecələyirəm.

- Kim aldı? İkinci ailəniz də dağıldı?

- İkinci dəfə rəsmi ailə qurmadıq, bir yerdə yaşamağa başladıq. Hamilə qalandan sonra uşaqdan imtina etməyimi istədi. Dedi ki, uşaq onun üçün əngəldir. Mən isə uşaqdan imtina etmədim, beləcə onunla ayrıldıq. İkinci qızım doğuldu. Amma tək və çarəsiz qalmışdım. Sonsuz olan müəllimə tanışım vardı, dedi ki, uşağı mənə övladlığa ver, onunla hər gün görüşməyinə imkan verəcəm. Pul da verdi, dedi özünə paltar al, doyunca yemək ye. Beləcə uşağı ona verdim. Amma uşağı alandan bir neçə gün sonra körpənin öldüyünü dedi. Sonradan Bakıdan köçüb getdi və məni ömürlük müəmma, vicdan əzabı ilə qoydu. Bəlkə də bir az dözümüm olsaydı, uşaqlarımı heç kim əlimdən ala bilməzdi. Kimsəsiz böyüməyim, aclıq məni çarəsiz qoydu. 34 yaşım olanda 66 yaşlı bir kişi ilə ailə qurdum, amma bu dəfə də alınmadı. Kişi qonşunu bıçaqlayaraq həbs olundu. Binə qəsəbəsindəki evimizi də aldadıb əlimdən aldılar.

- Bəs sığınacağa necə gəldin?

- Küçədə qalanda kənardan baxanlar məni bomj, sərxoş sanırdılar. İnsanların arasında səfil, dəli kimi yaşamaq daha rahatdır, heç kimin səninlə işi olmur. İstidə, bir də çox soyuqda çətin olurdu. İndi qızım mənə pul ödəsə, çörəkpuluna xərcləyəcəm.

Bakıdakı evini 3 manata, doğma qızını 30 manata satmış qadın - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5027   Tarix: 24 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda müəllim vəfat edib - FOTO

Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbin müəllimi vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, məktəbin fizika müəllimi Vəkil İsmixan oğlu Abbasov 60 yaşında dünyasını dəyişib

27.04.2024 335
.

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus VAZ-2106

27.04.2024 151
.

Ukrayna kəşfiyyatı Rusiyanın RLS-ni vurub

Ukrayna Baş Kəşfiyyat İdarəsi və hərbçilər Rusiyanın "Podlyot" radiolokasiya stansiyasını (RLS) aşkarlayaraq vurublar. "Report" xəbər verir ki, məlumatı "Nexta" yayıb. Bildirilib ki, belə RLS-in qiyməti beş milyon dollardır

27.04.2024 117
.

"Kristal Abşeron"un binasında dəhşətli görüntülər - VİDEO

Adı müxtəlif qalmaqallarda hallanan "Kristal Abşeron" şirkətinin tikdiyi binalardakı ciddi nöqsanlarla bağlı sosial şəbəkələrdə növbəti video şikayət yayılıb. xəbər verir ki, şirkətin Sumqayıt şəhəri 10-cu mikrorayonda inşa etdiyi binanın mənzillərindən birinin sahibi tam təmirli formada aldığ

27.04.2024 1034
.

Gözəl təbəssüm, diş sağlamlığınız üçün həkim-stomatoloq Dr.Şövkət-i SEÇİN

Hər yaşdan olan insanlar üçün gözəl təbəssüm, diş sağlamlığı və daha yaxşı ağız keyfiyyəti önəmlidir. Breket müalicəsi, diş və ya çənə birləşməsindəki pozğunluqları və dişlərin sıxlığını aradan qaldırmaq üçün tətbiq olunan müalicə üsuludur. Dünya əhalisinin 90%-ə qədəri dişlərinin düz olmamasından şikayətlənir

27.04.2024 215
.

Xankəndidə silah və sursatlar aşkarlanıb

Ötən gün Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 10 qumbara, 3 trotil, 70 patron darağı, 2210 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib

27.04.2024 134
.

Dördüncü mərtəbədən düşərək faciəvi şəkildə ölən dördaylıq Aylanın FOTOLARI

Ötən gün Bakıda çoxmərtəbəli binadan düşərək hadisə yerində ölən körpənin sosial şəbəkələrdə görüntüləri yayılıb. bədbəxt hadisənin qurbanı olan Aylanın fotolarını təqdim edir:. Məlumat üçün bildirək ki, hadisə Bakının Sabunçu rayonunda "Ramana sovxozu" adlanan ərazidə qeydə alınıb. Dördaylı

00:32 0
.

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Bu ilin I rübündə Türkiyə Azərbaycana 6 milyon 65 min ABŞ dolları dəyərində dekorativ bitkilər ixrac edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 20,5 % çoxdur. Təkcə martda isə Azərbaycan Türkiyədən 1 milyon 486 min ABŞ dollar

27.04.2024 154
.

Bazar günü 32° isti olacaq

Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 26-31 isti olacaq. Atmosfer təzyiqi normada

27.04.2024 211