Əməliyyatda ölən Leylanın anası GİZLİNLƏRİ AÇIB TÖKDÜ: "2000 manata görə qızımı..." — FOTO

Əməliyyatda ölən Leylanın anası GİZLİNLƏRİ AÇIB TÖKDÜ: "2000 manata görə qızımı..." — FOTOAzərbaycanlı model Leyla Oruclunun ölümü ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Məlum olduğu kimi gənc qızın estetik əməliyyat etdirməsi onun həyatı bahasına başa gəlib. Modelliklə məşğul olan Leyla 23 iyun tarixində ailəsinə xəbər vermədən "Zəfəran Hospital"da liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyatdan sonra vəziyyəti pisləşən gənc qız iki gün sonra vəfat edib.

Leyla Oruclunun ölümü ilə əlaqədar anası Sevinc Alpman "Ölkə.Az" xəbər portalı ilə əlaqə saxlayaraq redaksiyamıza gəlib. O, xəstəxana və həkimləri ittiham edən müsahibə verib.

"Ölkə.Az" həmin müsahibəni təqdim edir:

- Leylanın analizlərinin nəticələrini haradan əldə etdiniz?

- Leylanın analiz nəticələrini onun telefonundan tapmışam. "Zəfəran Hospital"ın həkimlərinə dedim ki, mənim qızımı analiz etmisiniz? Orada mənə bildirdilər ki, analiz etməyiblər, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasından alınmış analizin nəticələrinə görə əməliyyat ediblər. Biz də saytınızda çıxan xəbərdən sonra bildik ki, analizin nəticələrinə görə Leyla əməliyyat ola bilməzmiş.

- Bir ay əvvəllki analizlə qızınızı əməliyyat ediblər?

- Bəli. Özləri analiz etməyiblər.

- Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Leylanı əməliyyata almayıb. Oradakı həkimlərlə görüşmüsünüz?

- Analizi aparan həkimin adı Könül Sarıyevadır. Könül xanım yerində yox idi. Bundan əlavə Mübariz həkim də əməliyyat etməkdən boyun qaçırdıb.

- Nə vaxt bildiniz ki, qızınız xəstəxanadadır?

- Qızım komada olan zaman mənə məlumat verdilər. İyunun 23-də Leyla işə getmək adı ilə evdən çıxıb. Gün ərzində çox zəng etdim, zənglərimə cavab vermədi. İyunun 24-də gecə anestezoloq Pərviz Əhmədov zəng edərək mənə xəbər verdi.

- Xəstəxanaya nə vaxt getdiniz?

- Pərviz Əhmədov mənə dedi ki, istəyirsiniz sabah gəlin. Mən isə elə həmin dəqiqə evdən çıxıb "Zəfəran Hospital"a getdim. O dəqiqə məni qızımı görməyə qoymadılar. Səhərə yaxın, saat 05 radələrində qalxdım yuxarı, Leylanı koma vəziyyətində gördüm. Süni nəfəs aparatına qoşmuşdular.

- Leyla nə vaxt dünyasını dəyişdi?

- Leylanı 2 gün süni nəfəs aparatında saxladılar. Müddəti uzadırdılar ki, Leyla əməliyyatdan sonra iki gün yaşayıb. Bütün bədən göm-göy olmuşdu. İyunun 25-i səhər saat 11 radələrində dedilər ki, Leyla dünyasını dəyişdi.

- Leylanın ölümündən sonra həkimlərlə görüşdünüz?

- Bir gün sonra "Zəfəran Hospital"ın baş həkimi Firdovsi, direktor Nəriman, əməliyyatı edən həkim Siruz Qoçxani və anestezoloq Pərviz Əhmədovla görüşdüm.
Əməliyyatda ölən Leylanın anası GİZLİNLƏRİ AÇIB TÖKDÜ: "2000 manata görə qızımı..." — FOTO- Nə dedilər?

- Hamısı başın salmışdı aşağıya. Heç bir şey demirdilər. Reanimasiya həkimi orada dedi ki, bu Siruz Qoçxani ilə Pərviz Əhmədovun günahıdır. Prokurorluqdan tələb etdim ki, bu məsələni tam araşdırsınlar. Əməliyyatda disk olur, məni heç nə ilə tanış etməyiblər. Leyla iyunun 25-də saat 11-də öldü, elə həmin dəqiqə də baş həkim Firdovsi məni otağına çağırıb ölüm səbəbi kimi piy embaliyası yazdı. Həkim piy embaliyasını haradan gördü? Ekispertiza aparılmadan bunu necə gördü? Qızımın qanını qurtarmışdılar. Sizə analizin nəticələrini göstərim, orada yazılıb ki, MCV (Ertirositlərin orta həcmi) 66 olub. Bu isə qadınlarda 80-101 arasında olmalıdır. Bundan əlavə qızım əməliyyat zamanı menustrasiya dövrünü yaşayırmış. Bir yandan əməliyyatda qan azlığı, bir yandan qan itkisi, bir yandan da mensutrasiya dövrü… Belə bir vəziyyətdə əməliyyat etmək olmazdı. Pərviz Əhmədov mətbuata açıqlamasında bildirib ki, Mərkəzi Klinika bizi qanla təmin edib. Əgər Mərkəzi Klinika qanla təmin edirdisə niyə görə mənə deyirdilər ki, qan elanına çıx, qan axtar? Leylanın sosial şəbəkədəki adresindən elan yazmışdım, tanıyıb, tanımadığımız adamlar gəlmişdi qan verməyə. Ancaq bu boş şey idi. Artıq qızımı məhv etmişdilər. Ayın 24-ü gecə saat 23-24 radələri arasında Elxan həkimi gətirdilər. O da baxdı, heç nə demədən çıxıb getdi.

Mərkəzi Tibbi Ekspertizada Ədalət və Ceyhun var, onlardan narazıyam. Onlar külli miqdarda pul yedilər. Klinikadan pul alıb onlara sərf edəcək formada rəy yazdılar.

- Qızınızın əməliyyata getməsinə səbəb nə olub?

- Sosial şəbəkələrdə şəkillərinə, "paltar əynində yaxşı durmur", "bəzi hissələrində artıqlar var"- yazılanda mənə deyirdi ki, mənə niyə elə yazırlar? Bu deyilənlər psixoloji cəhətdən qızımı əməliyyata getməyə məcbur edib. Qızım arıq və sağlam idi. Psixoloji cəhətdən qızım zəif olub ki, belə bir addım atıb.

- Əməliyyatla bağlı heç xəbəriniz olmayıb?

- Xeyr! Həkimlərə dedim ki, niyə valideyinlərinə xəbər vermədiniz ki, qızınız əməliyyat olunacaq? Mənə dedilər ki, 18 yaşı tamam olub, öz qərarıdır. Necə olur qızım komaya düşəndə valideyin axtarırlar, əməliyyata girəndə yox? Çünki onlara insan yox, qızımın əlindəki 2000 manat maraqlı olub. Soruşdum ki, qızıma demişdiniz ki, bu əməliyyatda ölə bilərsən? Dedilər, demişdik. Deyirəm sübut edin, yazılı bir şey göstərin, video görüntü göstərin. Heç biri yoxdur. Qızımdan 2000 manat pul alıblar, ancaq qəbz yoxdur. 2000 manata görə qızımı öldürdülər…


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5665   Tarix: 22 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI - VİDEO

Aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşının başına iş gəlib. xəbər verir ki, bu barədə Xatirə öz sosial şəbəkə hesabında paylaşdığı bildirib. "Bəli, mənim həyat yoldaşım siqaretlə alnımı yandırdı" - deyə o bildirib. Xatırladaq ki, cütlüyün iki övladı var

29.04.2024 1848
.

Əri tərəfindən başı kəsilən Sevinc üç yaşlı qızının gözü qarşısında qətlə yetirilib - YENİLƏNİB + VİDEO

Xırdalanda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, həyat yoldaşını qətlə yetirən şəxs Oğuz rayonunun Yemişənli kəndindəndir. Laçın Əhmədağayev uzun illər Rusiyanın Norilsk şəhərində yaşayıb. Məlumata görə, L.Əhmədağayev öz qardaşı ilə mübahisə edib. Qətl

29.04.2024 1082
.

Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO

Azərbaycanda hər yeddi uşaqdan biri qeyri-qanuni nikahdan doğulur. Bu, Dövlət Statistika Komitəsinin məlumatlarda qeyd edilib. Millət vəkili Fəzail Ağamalı bildirib ki, həmin nikahlar Avropa ölkələrində azalsa da, ölkəmizdə artmaqdadır:. "Gənclərin atdığı bu addım hər iki tərəf və gələcəkdə doğulaca

29.04.2024 301
.

Hande Erçeldən ayrılıq iddialarına cavab

Uzun müddətdir birlikdə görünmədikləri üçün haqlarında ayrılıq iddiası yayılan aktrisa Hande Erçel və milyonçu sevgilisi Hakan Sabançının sorağı Yaponiyadan gəlib. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, cütlük dostları ilə birlikdə istirahətə çıxıb. Hande Erçel ayrılıq iddialarına cavab olara

29.04.2024 475
.

Şotlandiyanın ilk müsəlman Baş naziri istefa verib

Şotlandiyanın ilk müsəlman Baş naziri Həmzə Yusif tutduğu istefa verib. xəbər verir ki, Yusif Şotlandiyanın paytaxtı Edinburqda baş nazirin rəsmi iqamətgahı Bute House-da təşkil edilən mətbuat konfransında baş nazir və partiya lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb. Yusuf sırf hakimiyyəti saxlama

29.04.2024 239
.

Ərdoğanın bu hərəkəti gündəm oldu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun yeni baş katibi ola biləcək Niderlandın baş naziri Mark Rutte ilə birgə mətbuat konfransı keçirib. Mətbuat konfransının sonunda Rutte Ərdoğanın əlini sıxmaq istəsə də buna nail ola bilməyib. Olay aprelin 26-da İstanbulda baş verib. Bundan sonra hər ik

29.04.2024 547
.

"Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra daha da möhkəmlənəcək" - DEPUTAT

"Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlə

29.04.2024 223
.

Dünyanın ən ucaboylu qadını vəfat etdi

Dünyanın ən uzun boylu qadınlarından biri sətəlcəm nəticəsində yaranan ağırlaşmalardan dünyasını dəyişib. xarici KİV-ə istinadən xəbər verir ki, iyirmi yaşlarının əvvəllərində olan Maria Feliciana 2 metr 25 santimetrlik boyu ilə məşhurlaşıb. Uzun illər o, dünyanın ən uzun qadını sayılırdı, lakin sonrada

29.04.2024 472
.

ABŞ-da tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb

ABŞ-ın Oklahoma və Ayova ştatlarında tornado olub. BİG.AZ xəbər verir ki, bu barədə Hyuz əyalətinin Təcili Tibbi Yardım Xidmətinin məlumat yayıb. Məlumata əsasən,tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb. Oklahoma ştatındakı xəstəxanalarda 100-ə yaxın yaralı var. 5 minə yaxın əhalisi olan Sulfür şəhərind

29.04.2024 258