Azərbaycanda OLAY: Ölən şəxs kredit borcuna görə məhkəməyə verildi

Azərbaycanda OLAY: Ölən şəxs kredit borcuna görə məhkəməyə verildiAzərbaycanda bank olmayan kredit təşkilatı vəfat etmiş müştərini məhkəməyə verib.

BiG.AZ xəbər verir ki, bunu report-a dünyasını dəyişmiş şəxsin oğlu Mirbağır Bünyatov bildirib.

Onun sözlərinə görə, Cəlilabad rayon sakini olmuş atası Fayaz Bünyatov 2015-ci ilin iyun ayının 29-da Kred Aqro BOKT QSC-dən 1500 manat məbləğində 18 aylıq kredit götürüb: "Həmin vaxt da kredit müqaviləsi Kred Aqro BOKT QSC-nin əməkdaşlıq etdiyi "Alfa Sığorta" şirkəti tərəfindən sığortalanıb. Mənim də həmin kredit müqaviləsi üzrə zaminlik öhdəliyim var. Atam isə 2016-ci ilin oktyabrın 12-də vəfat edib. Həmin dövrə qədər kredit ödənişlərini vaxtı-vaxtında həyata keçirmişik, gecikmə də olmayıb".

M.Bünyatov bildirib ki, atasının vəfatından sonra Kred Aqro BOKT QSC ondan zaminlik öhdəliyini yerinə yetirməsini tələb edib: "Sığorta müqviləsi ilə əlaqədar tələb olunan sənədləri atamın vəfatından sonra "Kred Aqro"ya təqdim etdim. Lakin bankdan bildirildi ki, həmin sığorta şirkəti müflis olunub və sığorta öhdəliyini yerinə yetirmir. Bundan sonra Kred Aqro BOKT QSC rəhmətə getmiş atamı və məni məhkəməyə verdi. Bank sığorta sənədlərini isə məhkəməyə təqdim etməmişdi. Cəlilabad Rayon Məhkəməsi isə rəhmətə getmiş atamın krediti ödəməsi barədə qərar çıxardı. Həmçinin də mənim barəmdə qərar qəbul edildi. Mən də həmin qərardan apellyasiya şiayəti verdim. Məhkəmə birinci instansiya məhkəməsinin çıxardığı qərarı ləğv etdi".

F.Bünyatov qeyd edib ki, Kred Aqro BOKT QSC onu yenidən məhkəməyə verib: "Bununla bağlı mənə həm bankdan, həm də Cəlilabad Rayon Məhkəməsindən bildiriş göndərilib. Avqustun 29-da məhkəmə iclası olacağı qeyd edilib. Halbu ki, həmin məhkəmənin sədri özü şəxsən mənə zəng edib, anlaşılmazlıq olduğunu demişdi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1305   Tarix: 22 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər öldü

Kolumbiyada hərbi helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 9 əsgər ölüb. Bolivar inzibati ərazi dairəsinin Quaraperiya kəndi ərazisində qəzaya uğramış Mİ-17 HK3395 tipli hərbi helikopterdə olub. Ölənlər arasında 1 general və 8 hərbçi həlak olub. Kolumbiya prezidenti Qustavo Petr

15:38 96
.

Mayın ilk gününün havası açıqlandı

May ayının ilk günündə Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperatur

12:58 294
.

O, Masallıda velosipedlə işə gedib-gələn yeganə qadındır - Video

Masallıda İncira Ağayeva adlı qadın 14 ildir ki, işə velosipedlə gedib-gəlir. "Qafqazinfo" xəbər verir ki, bu barədə İTV reportaj hazırlayıb. Məlum olub ki, İ. Ağayeva Masallı Rayon Kommunal Təsərrüfatı İdarəsində çalışır. O, bu nəqliyyat vasitəsilə həmin rayonda işə gedən yeganə qadındır

10:01 423
.

Əli Mirəliyev efirə parikdə gəldi

Müğənni Əli Mirəliyev "El canlı" verilişində qonaq olub. Axşam.az xəbəbr verir ki, ifaçı proqrama parikdə qatılıb. "Hər zaman başına parik qoyan və saç əkdirən həmkarlarımı ələ salmışam. İndi deyəcəklər ki, "Sən xeyir ola, başına protez saç qoydun?" Cavab verirəm ki, bunu mə

10:17 638
.

Azərbaycanlı model koreyalı bəylə ailə qurdu

"Miss Azerbaijan 2013" Nərmin Səfərova ailə qurub. OLAY yazır ki, model Cənubi Koreyadan olan bəylə niklaha daxil olub. Onların toyları və çəkilişləri Bakıda baş tutub. Cütlüyün foto-videolarını Zeynal Məmmədli lentə alıb

14:31 585
.

Meksikada 5,1 bal gücündə zəlzələ baş verib

Meksikada zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 5,1 bal gücündə qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ yerin 143 km dərinliyində baş verib. Sunami təhlükəsi elan olunmayıb

16:09 107
.

Hande Erçeldən ayrılıq iddialarına cavab

Uzun müddətdir birlikdə görünmədikləri üçün haqlarında ayrılıq iddiası yayılan aktrisa Hande Erçel və milyonçu sevgilisi Hakan Sabançının sorağı Yaponiyadan gəlib. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, cütlük dostları ilə birlikdə istirahətə çıxıb. Hande Erçel ayrılıq iddialarına cavab olara

29.04.2024 706
.

Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO

Müğənni Əli Mirəliyevin illər sonra görünüşünü 180 dərəcə dəyişməsi marağa səbəb olub. Belə ki, uzun illərdir seyrək saçlarla dolaşan sənətkar başına protez saç qoyaraq yeni imicdə "El canlı" verilişinə qatılıb. -a istinadən xəbər verir ki, Ə.Mirəliyev bu görünüşdə olmasını verilişin aparıcıs

18:22 198
.

Naxçıvanda qadın intihar etdi

Naxçıvanda intihar hadisəsi olub. xəbər verir ki, hadisə şəhərin Əcəmi seyrangahı adlanan parkda qeydə alınıb. 52 yaşlı S.Tağıyeva burada çoxlu sayda dərman içərək özünü öldürmək istəyib. Qadın xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır

17:46 181