Azərbaycan alimlərindən talassemiya xəstəliyi ilə bağlı YENİLİK

Azərbaycan alimlərindən talassemiya xəstəliyi ilə bağlı YENİLİKTalassemiyalı xəstələrdə bədənin dəmirlə yüklənmə dərəcəsini müəyyən etmək üçün diş ətindən biopsiya götürüləcək.

Səhiyyə Nazirliyindən trend-ə verilən məlumata görə, bu yeniliyə Azərbaycan Tibb Universitetinin (ATU) Histologiya və Stomatologiya kafedralarının mütəxəssisləri nail olublar. Mütəxəssislər talassemiyalı xəstələrdə bədənin dəmirlə yüklənmə dərəcəsinin diş ətindən götürülmüş biopsiya ilə tədqiqinin mümkünlüyünü müəyyən ediblər.

ATU-nun Histologiya kafedrasının müdiri, professor E.Qasımov bunun irsi xəstəlik olduğunu və oksigeni bədənin bütün hissələrinə çatdıran hemoqlobin zülalının sintezinin pozulması nəticəsində baş verdiyini bildirib. Belə xəstələrdə qan azlığı olduğundan onlara bəzən ilk yaşlarındən başlayaraq qan köçürülür. Nəticədə onların bədənində ağır fəsadlara səbəb olan dəmir toplanması müşahidə oluna bilər.

Bədənin dəmirlə yüklənmə dərəcəsini müəyyən etmək üçün bütün dünyada əksərən qaraciyərdən, bəzən isə ürəkdən kiçik ölçülü tikələr (biopsiya üsulu ilə) götürülüb tədqiq olunur. Qaraciyərdən və ürəkdən tikələrin götürülməsi xeyli mürəkkəb proses olmaqla yanaşı, xəstələrin həyatı üçün də əlavə problemlər yarada bilir. ATU-nun mütəxəssisləri artıq bunu daha problemsiz üsulla müəyənləşdirməyə nail olublar.

Alimin sözlərinə görə, bədəndə olan dəmirin artığı normada ferritin adlanan zülalın tərkibinə daxil edildiyindən, onun toksiki təsiri aradan qaldırılır:

"Orqanizmdə dəmir azlığı olanda isə ferritinin tərkibində olan dəmir ionları xaric edilərək istifadə olunur. Ancaq dəmirin miqdarı lap çox olanda ferritin molekulları öz quruluşlarını itirərək bir-biriləri ilə birləşib hemosiderinə çevrilir. Tam olaraq dəqiqləşdirilib ki, ferritin molekullarını ancaq elektron mikroskopun 100 000 və ondan böyük böyüdücülərində aşkar etmək mümkündür. Əldə olunmuş materiallar birmənalı olaraq orqanizmin dəmirlə yüklənmə dərəcəsinin ancaq elektron mikroskopik tədqiqatların nəticələrinə əsasən dəqiqləşdirilə biləcəyini göstərir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1204   Tarix: 21 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999