"Ginnesin Rekordlar Kitabı"na düşən Bakı metrosu haqda bilinməyən faktlar

"Ginnesin Rekordlar Kitabı"na düşən Bakı metrosu haqda bilinməyən faktlarHər gün istifadə etdiyimiz Bakı Metropoliteni yarandığı gündən etibarən çeşidli hadisələrlə üz-üzə qalıb. Bu hadisələrdən əlavə, metromuzun tarixində həm də maraqlı faktlar da mövcuddur.

BiG.AZ "Qaynarinfo"-ya istinadən həmin faktlardan bir neçəsini sizə təqdim edir.

Bakı Metropoliteni

1. Bakıda metropolitenin tikilməsi ideyası onun açılışından 30 il əvvəl yaranmışdı. Tam həcmli tikinti işləri 1951-ci ildə başlayır və bir neçə ildən sonra ilk xəttin istifadəyə verilməsi planlaşdırılırdı. 1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası – Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9,2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir. 25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.

2. İlk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdi.

3. Bakı Metropoliteni 1967-ci ildə "Ginnesin Rekordlar Kitabı"na Şərqdə ilk metro kimi düşmüşdür.

4. «Vestikavkaza.ru» saytı 2015-ci il oktyabrın 13-də dərc etdiyi dünyada 17 ən orijinal metro stansiyası və dəmir yolu vağzalı siyahısına Bakı metropoliteninin «Nizami» stansiyasını daxil edib.

5. Şəbəkənin tikintisi zamanı yerli metro tikintisi tarixində ilk dəfə olaraq tunel keçidlərinin qarışıq metodundan istifadə edilib: dərin su azaldılması ilə kesson üsulunun sintezi reallaşdırılıb.

6. Bakıda tunel keçidlərinin mürəkkəbliyi qəbul edilən faktdır. Metro tikintisi üzrə mütəxəssislər qeyd edirdilər ki, dünyanın başqa şəhərlərində analoji şərtlərin olduğunu söyləmək çətindir.

7. Bakıda bir neçə metro stansiyasının adı dəyişdirilmişdir.

"Şaumyan"- "Xətai", 11 may 1990

"XI Qızıl Ordu Meydanı" – "20 Yanvar", 27 aprel 1992

"28 Aprel"-"28 May" 9 aprel 1992

"Avrora" – "Qara Qarayev" 27 aprel 1992

"Elektrozavod" "Bakmil" 1 yanvar 1993

"26 Bakı Komissarı" – "Sahil", 9 aprel 1992

"Bakı Soveti" -"İçәrişәhәr", 25 aprel 2007

"Məşədi Əzizbəyov" -"Koroğlu", 30 dekabr 2011

8. 28 oktyabr 1995-ci ildə "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb. Bu qəza "Ginnesin Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb. Ölkədə 3 gün matəm elan edilib.

9. 30 sentyabr 2009-cu ildə Tarif Şurasının iclasında Bakı Metropolitenində gediş haqqının qaldırılması barədə məsələ müzakirə olunub. Oktyabrın 1-dən Gediş haqqının 5 qəpikdən 15 qəpiyə qaldırılması barədə qərar qəbul olunub. Bu, 1996-cı ildən bəri metroda ilk bahalaşma idi. 2011-ci il dekabrın 1-dən etibarən metroda gediş haqqı yenidən qalxaraq 20 qəpik olmuşdur.

10. Gələcəkdə Bakı metropoliteni xətlərinin uzunluğu 119 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılması planlaşdırılır. Bunun əsas məqsədi metronun mövcud şəbəkəsinin genişləndirilməsidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4921   Tarix: 20 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459