DİQQƏT! Daxili İşlər Nazirliyi müsabiqə elan etdi: Bu vəzifə sahibləri sentyabrın 15-də...

DİQQƏT! Daxili İşlər Nazirliyi müsabiqə elan etdi: Bu vəzifə sahibləri sentyabrın 15-də...Daxili İşlər Nazirliyi (DİN) Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində vakant 10 həkim vəzifəsində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Nazirliyin mətbuat xidmətindən BiG.AZ-a bildiriblər ki, Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində 1 həkim-endokrinoloq, 1 həkim-laborant, 2 həkim-pulmanoloq, 1 həkim-ginekoloq, 1 həkim-terapevt, 1 həkim-uroloq, 1 həkim-otolorinqoloq, 1 həkim-psixonevroloq və 1 həkim-psixiatr, ümumilikdə vakant olan 10 vəzifə üzrə xidmətə qəbulla bağlı elan olunmuş müsabiqədə dövlət ali təhsil müəssisələrində müvafiq ixtisasla təhsil almış, tibb və təhsil müəssisələrində rezidentura keçmiş, ixtisas üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci il avqustun 15-dən sentyabrın 15-dək http://www.mia.gov.az/index.php?/az/content/29875 ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin internet [email protected] ünvanına göndərməlidirlər.

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: Şəxsiyyət vəsiqəsi, ali təhsil haqqında diplom, hərbi bilet (kişilər üçün), əmək kitabçasının surəti.

Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək ilkin olaraq 500 manat aylıq təminat xərcliyi, eləcə də göstərdiyi pullu xidmətə görə əlavə pul vəsaiti ödəniləcək, habelə onların qanunvericiliklə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-20-59, (012) 590-20-94.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1163   Tarix: 14 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 1,35 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 42 % çoxdur. Hesabat dövründə Gürcüstanda

10:10 119
.

Yol pulunu verməmək üçün sürücünü döyüb öldürdülər

Rusiyanın Volqoqrad vilayətində sərnişinlər taksi sürücüsünə pul verməkdən imtina edərək onu döyərək öldürüblər. yerli mediaya istinadla xəbər verir ki, İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, hadisə şənbə günü gecə baş verib. Sərnişinlər Zina Mareseva küçəsində 1

27.04.2024 294
.

Azərbaycan Gürcüstandan qoyun idxalına çəkdiyi xərci 90 % azaldıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 23,4 min ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 90 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanın qoyu

27.04.2024 225
.

Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək

Rusiyanın daşqınlara məruz qalan Orenburq vilayətində 1,7 mindən çox ev söküləcək. Bu barədə yerli hökumət nümayəndələri xəbər veriblər. Bildirilib ki, Mənzil Qiymətləndirmə Komissiyası rayon üzrə ümumilikdə 5007 evə baxış keçirib. "Bunlardan 3201-i əsaslı təmir olunacaq, 1745-i təhlükəli hesa

27.04.2024 229
.

Bakıda DƏHŞƏT: borclarına görə özünü asdı

Bakıda intihar hadisəsi olub. -ın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq adlanan ərazidə qeydə alınıb. 39 yaşlı E. Zamanov burada dostunun evinin həyətində özünü asaraq, həyatına son qoyub. Onun borcları olması səbəbilə özünü öldürdüyü ehtimal olunur

27.04.2024 529
.

TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir"

Son beş ildə sosial səhiyyə sahəsində əldə edilən ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir. "Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov "Baku TV"yə müsahibəsində deyib. O qeyd edib ki, icbari tibb

27.04.2024 196
.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Bu barədə BİG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

11:20 97
.

Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina etdi

Portuqaliya hökuməti prezidentin bəyanatının əksinə olaraq, müstəmləkəçilik dövründə köləlikdən zərər çəkmiş dövlətlərə təzminat ödəməmək qərarına gəlib. Məlumata görə, 15-ci əsrdən 19-cu əsrə qədər portuqaliyalı dənizçilər altı milyon afrikalını Atlantik okeanından zorla keçirərək köləliyə (əsasən Braziliyaya

15:30 0
.

Dördüncü mərtəbədən düşərək faciəvi şəkildə ölən dördaylıq Aylanın FOTOLARI

Ötən gün Bakıda çoxmərtəbəli binadan düşərək hadisə yerində ölən körpənin sosial şəbəkələrdə görüntüləri yayılıb. bədbəxt hadisənin qurbanı olan Aylanın fotolarını təqdim edir:. Məlumat üçün bildirək ki, hadisə Bakının Sabunçu rayonunda "Ramana sovxozu" adlanan ərazidə qeydə alınıb. Dördaylı

00:32 767