Aptekdən dərman oğurladı, YERİNDƏCƏ HƏBS EDİLDİ - BAKIDA oğurluq

Aptekdən dərman oğurladı, YERİNDƏCƏ HƏBS EDİLDİ - BAKIDA oğurluqDaxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin (BMİ) əməkdaşları tərəfindən xüsusi texniki vasitələrlə qorunan obyektlərin birindən oğurluq edilməsinin qarşısı alınıb.

BiG.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a məlumat verilib. Verilən məlumata görə, avqustun 9-da gecə saatlarında Səbail Rayon Mühafizə İdarəsi (RMİ) əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan Qurban Abbasov küçəsindəki aptekdən Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.

Həyəcan siqnalı daxil olandan cəmi 10 saniyə sonra Səbail RMİ-nin operativ tutucu qrupu artıq hadisə yerinə yaxınlaşıb. Xüsusi texniki vasitələrlə mühafizə edilən aptek yoxlanılan zaman obyektin pəncərəsinin sındırıldığı aşkar edilib.

Aptekdən oğurluq etməyə cəhd göstərən şəxs Səbail RMİ-nin əməkdaşlarını görüb hadisə yerindən qaçmağa cəhd göstərən zaman polislərin çevikliyi sayəsində saxlanılaraq 8-ci Polis Bölməsinə təhvil verilib.

Bölmədə aptekdən oğurluğa cəhd edən şəxsin Neftçala rayon sakini Qalib Abdullayev olduğu müəyyən edilib. Onun üzərindən obyektin pəncərəsini qırmaq üçün istifadə etdiyi alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb. Qeyd edək ki, saxlanılan şəxsin aptekin pəncərəsini sındırdığı anlar obyektdə quraşdırılan kameraları vasitəsilə də lentə alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hazırda, DİN-in BMİ-nin əməkdaşları tərəfindən dövlət və özəl mülkiyyətə məxsus 10 mindən çox obyekt qorunur. Yaşayış və qeyri-yaşayış sahələrinin 24 saat etibarlı mühafizəsini təşkil etmək üçün hər bir vətəndaş BMİ-nə və onun yerli qurumlarına müraciət edə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 985   Tarix: 10 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831