Bakıda həkim uşağı öldürdü?

Bakıda həkim uşağı öldürdü?"Həkim səhlənkarlığı dünyaya gələcək körpəmizin inkişafdan qalmasına səbəb oldu".

BiG.AZ-ın məlumatına görə, Bakı sakini Samir Mirzəzadə baku.ws-ə göndərdiyi şikayət məktubunda belə iddia edib.

Samir Mirzəzadənin sözlərinə görə, onun həyat yoldaşı Leyla Qasımzadə hamilə qaldıqdan sonra yaxın qohumların məsləhəti ilə ginekoloq Tamara Hüseynovaya müraciət edib.

"Onun tapşırıqlarına uyğun olaraq yoldaşım həkim müayinəsindən keçdi. Bakı Sağlamlıq Mərkəzində verilən analizlərin cavabına baxan T.Hüseynova yoldaşımın qanında mikrob (toksoplazma) olduğu qənaətinə gəldi. Bildirdi ki, hamiləliyin 3-cü ayında USM müayinəsindən sonra müalicəyə başlayar. Yoxlanış üçün 3-cü ayın tamamında Bakı Sağlamlıq Mərkəzinə getdik. USM müayinəsindən sonra körpənin 2 həftə öncə inkişafdan qaldığı məlum oldu", - deyə şikayətçi bildirib.

S.Mirzəzadə bildirib ki, həkim Tamara Hüseynova uşağı götürməyin vacibliyini söyləməyib.

"Halbuki, körpə abort edilməsəydi, yoldaşımın qanına zəhərlənmə verə və həyatını itirə bilərdi. Hadisədən sonra çoxları onun həyatda qaldığına təəccüblənmişdi. Cavablara baxan USM həkimi Aygün adlı həkim isə hər şeyin yolunda getdiyini qeyd etdi və hansı səbəbdən körpənin inkişafdan qaldığını izah edə bilmədi.

Uşağın götürülməsi prosesinə gəldikdə isə həkim Tamara Hüseynova ailə üzvlərimlə və mənimlə alverçi kimi söhbət etdi. Abortdan sonra hələ şad xəbər verirmiş kimi dövlət xəstəxanası olduğu halda bizdən 200 manat tələb etdi. Bununla yanaşı, yoldaşımı gətirən tibb bacısı da "şirinlik" aldı. Sanki hər ikisi, qeyd etdiyim kimi, bizə şad xəbər gətirmişdilər. Qeyd edim ki, ilk uşaq götürüldükdən sonra növbəti körpənin dünyaya gəlməməsi riski var.

Hadisədən iki gün sonra başqa bir həkimin yanına getdik. O, cavablara baxdıqdan sonra bizə bildirdi ki, yoldaşımın qanında mikrob olmayıb və sağlamlığı yerində olub. Sadəcə, həkim Tamara Hüseynova tərəfindən yoldaşıma ciddi nəzarət edilməyib və lazımi analizlərin götürülməsi barədə tapşırıq verilməyib. Bir sözlə, məşhur hesab olunan və 5 nəfərdən biri sayılan ginekoloq Tamara Hüseynovanın səhlənkar davranışı dünyaya gələcək körpəmizin ölümünə səbəb oldu. Qeyd edim ki, Tamara Hüseynova abortdan sonra heç bir tapşırıq da verməmişdi. Halbuki, sonuncu müraciət etdiyimiz həkim uşaq götürüldükdən sonra yoldaşımın müəyyən dərmanlardan istifadə etməsinin vacibliyini vurğuladı".

Ginekoloq Tamara Hüseynova açıqlamasında isə iddianı təkzib etdi. O bildirdi ki, heç bir savadlı həkim USM müayinəsinin nəticəsinə əsasən uşağın abort etdirilməsi barədə qərar verməz.

"Bu iddia tamamilə əsassızdır. Mən həmin körpənin abort etdirilməsi ilə bağlı qərar verməmişəm", - deyə həkim bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2342   Tarix: 10 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO

Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır. 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü ik

04.05.2024 177
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

04.05.2024 147
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

04.05.2024 330
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

04.05.2024 211
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

04.05.2024 163
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 175
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 103
.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

04.05.2024 131
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 111