Bakıda temperatur 50-60 dərəcəyə çatıb? - Nazirlik rəsmisindən AÇIQLAMA

Bakıda temperatur 50-60 dərəcəyə çatıb? - Nazirlik rəsmisindən AÇIQLAMAAvqust ayı gələndən Azərbaycanda anomal hava şəraiti hökm sürür. Hələ ki temperatur göstəriciləri 40 dərəcədən aşağı düşməyib. Bu cür hava şəraiti əksəriyyətin narahatlığına səbəb olur. Xüsusilə də açıq havada işləyən insanlar, gün altında gəzmək məcburiyyətində qalanlar istilərdən əziyyət çəkirlər.

Digər tərəfdən sosial şəbəkələrdə yol qırağında və ya maşınlardakı termometr qurğularının göstəricilərini paylaşanlar və temperaturun əslində daha çox olduğunu qeyd edənlər də az deyil. Qeyd edək ki, həmin qurğularda temperatur göstəriciləri 50-60 dərəcə arasında dəyişir.
Maraqlıdır, hazırda hökm sürən istilər iqlim normalarına uyğundurmu? Temperatur göstəricilərinin qeyd edilənlərdən yüksək olma ehtimalı nə dərəcədə doğrudur?

BiG.AZ xəbər verir ki, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov Modern.az-a açıqlama verib. O, bildirib ki, bugünkü istilər əslində normaya uyğundur:

"Son günlər temperatur göstəriciləri maksimal həddi aşmayıb. Əslində bu il hava sərin keçdi, elə də isti olmadı. Ümumiyyətlə, yay fəslində hava temperaturu belə də olmalıdır. Azərbaycanda həmişə iyulun sonları avqustun əvvəli hava bu cür olub. Məsələn, Bakı üçün maksimal norma 41,6 dərəcədir. Zaman-zaman rayonlarda hətta 46 dərəcə olan vaxtlar olub, amma bu il temperatur 42 dərəcəni çox keçməyib. Yəni hazırda hava temperaturu norma səviyyəsindədir.

Yol qırağındakı qurğuların göstəricilərinə gəldikdə isə bu, təbiidir. Həmin qurğuları gün vurub qızıdırır. Məsələn, maşınlarda da temperatur 50-60 dərəcə arasında göstərə bilər. Həmin göstəricilər əslində havanın temperaturu deyil. Bu, ətrafın təsiri ilə olur. Həmin dərəcələrə inanmaq olmaz".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2787   Tarix: 08 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə

29.04.2024 741
.

5 gün əvvəl azadlığa çıxmışdı - Yenidən həbs edildi

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyevlə birgə həbs edilən, ötən həftə isə polis nəzarəti şərti ilə azadlığa buraxılan Vüqar Kərəmov yenidən həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini əsaslı hesab edib. Qərar

29.04.2024 674
.

İsti hava şəraiti ilə əlaqədar imtahanların saatı dəyişdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. xəbə

29.04.2024 534
.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın baş nazirinin müavini və xarici işlər naziri Parnpri Bahiddha-Nukara hökumətin kabinet dəyişikliyini elan etməsindən sonra istefa verib. BİG.AZ xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb. Parnpri açıqlamasında kabinet dəyişikliyinin onun performansı ilə heç bi

29.04.2024 207
.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29.04.2024 161
.

"Threads" Türkiyədə bağlandı

Türkiyədə "Threads" sosial şəbəkəsinə giriş bağlanıb. Axşam.az xəbər verir ki, "Meta" şirkətinə məxsus olan şəbəkə Rəqabət Qurumunun qərarı ilə bu gündən etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır. Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbi

29.04.2024 129
.

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində ailə münaqişəsi zəminind

29.04.2024 430
.

Azərbaycanın Əməkdar jurnalisti vəfat edib

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib. APA xəbər verir ki, Azərbaycanın Əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib. Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra Ukraynada hərbi xidmətdə olub. O, "Azərbayca

29.04.2024 291
.

Belçika Ukraynaya F-16 göndərəcək

Belçika Ukraynaya F-16 göndərəcək. BİG.AZ xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Alexander De Croo məlumat yayıb. Məlumata əsasən, ilin sonuna qədər Ukraynaya F-16 döyüş təyyarələri göndərəcəklərini açıqlayıb. O bildirib ki, döyüş təyyarələrinin dəyəri dondurulmuş Rusiya aktivləri hesabına ödəniləcə

29.04.2024 183