SON DƏQİQƏ! Azərbaycanlı məşhurun vəziyyəti pisləşdi - FOTO

SON DƏQİQƏ! Azərbaycanlı məşhurun vəziyyəti pisləşdi - FOTO"Vaqif müəllimin durumu açığını desək, yaxşı deyil. Beyni ilə bağlı problemlər azalıb. Amma ürəyinə hələlik heç bir müdaxilə olunmayıb. Ürəklə bağlı sadəcə, bir neçə dərman atır".

BiG.AZ xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında tanınmış şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı bildirib.

Qeyd edək ki, ötən il avqustun 10-da səhhəti qəfil pisləşən Vaqif Bayatlı təcili sürətdə xəstəxanaya aparılıb və orada uğurlu beyin əməliyyatı keçirib. Lakin əsas problem yuvası olan ürək nayihəsində əməliyyat aparılmadı. Bu barədə Tamam xanım danışır:

"Keçən ilin bu vaxtı biz onu Türkiyəyə aparanda beyninin vəziyyəti ürəyinə müdaxiləyə imkan vermədi. Ona görə də keçən il ancaq beyindəki problem barədə tədbirlər görüldü. Artıq bir il tamam olacaq. Ötən il avqustun 10-da beynindən əməliyyat olundu. Ürəyini saxladılar ki, beyni ilə durum qənaətbəxş olsun. İndi isə havalar elə istidir ki, biz ora gedə bilmirik. Mən keçən aydan bəri Vaqif müəllimdən xahiş edirəm ki, özünü toparlasın və biz də gedə bilək. Həm ürək, həm də beyin həkimləri ilə avqustun 3-nə vaxt təyin etmişdim. Amma Vaqif müəllim gedə bilmədi. Məcbur qalıb, təyin olunan vaxtları ləğv etdirdik. Güman edirik ki, bu isti havalar sərinləsin, biz normal şəkildə gedə bilək".

SON DƏQİQƏ! Azərbaycanlı məşhurun vəziyyəti pisləşdi - FOTOVaqif Bayatlının Türkiyəyə getməməsinin bir səbəbi də nəqliyyatla bağlıdır. Təyyarənin onun üçün böyük təhlükə olduğunu bilən şair səbirsizliklə qardaş ölkəyə açılacaq dəmir yol xəttini gözləyir:

"Vaqif müəllim böyük ümidlə qatarın açılmasını gözləyir. Çünki onu təyyarədə aparmaq çox təhlükəlidir. Biz keçən il onu çox ehtiyatla apardıq. Yanında həkim oturmuşdu, tez-tez təzyiqini ölçürdü. Biz çox narahat idik. Elə Vaqif müəllim özü oxumuşdu ki, tezliklə Bakı-Tbilisi-Qars dəmiryolu xətti açılacaq. Artıq sınaqdan da çıxarılıb. O da bunu eşidib sevinmişdi. Mən Dövlət Dəmiryol İdarəsi ilə əlaqə saxladım. Dedilər ki, həmin xətt tezliklə istifadəyə verilməyəcək. İndi gərək onu təyyarəyə hazırlayaq. Çünki qatarın olacağına tam arxayın idi. Belə güman edirəm ki, bu yaxınlarda qatar olmayacaq və ona görə də mən gərək Vaqif müəllimi yavaş-yavaş psixoloji cəhətdən təyyarəyə hazırlayım. Havalar da deyilənə görə, avqustun 10-dan sonra sərinləməlidir. Çalışacağıq ki, yenidən təyyarə ilə aparaq və bu dəfə də yanında həkimlər olsun. Çünki Vaqif müəllimi tək Türkiyəyə aparmaq mənim üçün çətin olar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3200   Tarix: 08 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Xoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."

"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". BİG.AZ -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağını

28.04.2024 1050
.

Cavanşir Məmmədovun son sözü bu olub - VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. bildirir ki, bu barədə ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin canlı yayımında açıqlama verilib. Müğənni Firuzə İbadova bildirib ki, həmin vaxt ona zəng gəlib. "Ona kimsə zəng edib. Telefon əlindən düşüb. Deyib ki

24.04.2024 1543
.

"İstirahətə pulsuz gedirik"

Müğənni Sevda Yahyayeva "Həmin Zaur" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi, aparıcı Zaur Kamalın "İldə 4-5 dəfə istirahətə necə gedirsiniz" sualına belə cavab verib:. "Biz istirahətə pulsuz gedirik. Təyyarə biletlərimiz ödənişsiz olur. Əksər səyahətlərimi

25.04.2024 1353
.

60 yaşında gözəllik müsabiqəsinin qalibi oldu, tarixə düşdü

60 yaşlı jurnalist və hüquqşünas Aleksandra Marisa Rodriges "Miss Argentina" müsabiqəsində Buenos-Ayres əyalətini təmsil edib. Axşam.az xəbər verir ki, ölkənin ən gözəl qızı adı uğrunda mübarizə aparmaq üçün Rodriges öz bölgəsində 34 digər namizədi geridə qoyub. Beləliklə, Rodriqes "Kaina

28.04.2024 579
.

O da "Bahar"a gəldi - Foto

"Bahar" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Yasemin Sakallıoğlu rol alacaq. O, layihədə qonaq rollardan birinə həyat verəcək. Qeyd edək ki, serialın baş rolunu aktrisa Demet Evqar canlandırır. Serialda eyni zamanda Mehmet Yılmaz Ak və Buğra Gülsoy da çəkili

28.04.2024 428
.

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər

"Allah bircə balasını saxlasın, toy qismət eləsin. Allah onun sənət, həyat yolunu hamar etsin. Gözəl qadındır. Gözəlliyinə uyğun daha da gözəl həyat yaşasın". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev illərdir küsülü olduğu həmkarı Brilliant Dadaşova ilə bağlı suala cava

24.04.2024 1137
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntülərini yayımlayıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 3368
.

Aygün və Namiq toyda hərəkətləri ilə DİQQƏT ÇƏKDİLƏR - VİDEO

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəliblər. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, sənətçilər paytaxt restoranlarının birində keçirilən toyda səhnə alıblar. Sevilən duetlərini səsləndirən Kazımova ilə Qaraçuxurlu səhnədə ifaları zamanı hərəkətlər

27.04.2024 2678
.

İkinci övladı oldu

Bir vaxtlar məşhur olan "Hepsi" qrupunun keçmiş solisti Cemre Kemerin ikinci övladı olub. Axşam.az xəbər verir ki, bu barədə ifaçı özü paylaşım edib. O, ailəsi ilə olan fotosuna "Kerim, 22.04.2024" qısa şərhini yazıb. Qeyd edək ki, Cemre Emir Medina ilə ailəlidir. Cütlüyün 1 qız

28.04.2024 334