"Vaxt var idi, Damla 20 manata gedirdi..." - Manaf pulu alıb toya getməyən müğənnini BİABIR ETDİ

"Vaxt var idi, Damla 20 manata gedirdi..." - Manaf pulu alıb toya getməyən müğənnini BİABIR ETDİMüğənni Mənsumə Məmmədovanın (Damla) beh alaraq toya getməməsi məsələsi ciddi müzakirə və qalmaqala səbəb olub.

BiG.AZ xəbər verir ki, məsələnin mətbuata çıxması hər iki tərəfi özündən çıxardıb. Sonradan məsələyə aydınlıq gətirmək məqsədi ilə öz İnstagram blogunda yazan Mənsumə yazılanların yalan olduğunu qeyd edib və jurnalistləri Allaha tapşırdığını bildirib.

Bu paylaşım isə qarşı tərəf olan tanınmış müğənni Manaf Ağayevi özündən çıxardıb. Məsələ barəsində BiG.AZ-a danışan sənətçi bütün qaranlıq məqamlara aydınlıq gətirib: "Mən Damla ilə bağlı nə lazımdırsa hamısını demişəm amma dediklərimi olduğu kimi yazmayıblar. Şadlıq evində olub bu hadisə. 4 dənə müğənni də olub orda, şahiddirlər. Könül Kərimova olub, Təranə Qumralla Musa olub, Şəbnəm Əsədova olub, onlar oxuyub pulların alıb gediblər. İndi gələr, bu dəqiqə gələr deyə Damlanı saat 2-yə qədər gözləmişik amma gəlmiyib. 500 manat da beh almışdı. Gedib bir az artıq pula Şəmkirə toya, beh aldığı toya gəlmədi. İndi də mesaj yazıb ki, pulu hara göndərim? Mən də dedim ki, pulun zadın lazım deyil. Mən toy yiyəsində heç bir günah görmürəm. Mən onlara söz vermişdim ki, Damlanı gətirəcəm o da aldatdı, gəlmədi. Ona görə də mənə pul vermədilər. Behi mən vermişdim Damlaya, mənə dedilər ki, Damla gəlməyəcək, "atanşikdi", mən də dedim ki, o mənə qarşı belə edə bilməz. Mən başımla cavabdehəm ki, o gələcək. O da gəlmədi. Bəzi saytlar da yazıb ki, mənə 8 min pul verilməli imiş. Bu yalan söhbətdir. Mən 8 minə getmirəm toya. Bunun vergisi və digər məsələləri var axı, niyə yalan yazırlar. Mən məbləğ deməmişəm heç kimə.

Sonradan pul görənlər həmişə belə olur. 20 manat pul tapa bilmirdi, 20 manata oxuyurdu məclislərdə. Sonra gördü ki, bir az tələbat artdı, indi kim artıq versə ora gedəcək. Nə qədər toy danışsa da, məclis danışsa da kim artıq min manat versə ora gedəcək. Günah mənim özümdə olub ki, mən Damlaya "Otveçat" olmuşam. Ona görə də pulumu vermədilər".

Rövşən Əsədov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10881   Tarix: 08 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26.04.2024 328
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

26.04.2024 750
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

26.04.2024 580
.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

26.04.2024 114
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

26.04.2024 309
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26.04.2024 217
.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

26.04.2024 148
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 327
.

Nigeriyada 8 silahlı dəstə üzvü öldürülüb

Nigeriyanın Bauçi ştatında keçirilən əməliyyatda silahlı dəstə üzvü zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər saxlanılıb. Bu barədə Bauçi Dövlət Polisinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Ahmed Mohammed açıqlama yayıb. Faktla bağlı araşdırmalar davam edir

26.04.2024 106