Gəncədə insan alveri ilə bağlı tədbir

Gəncədə insan alveri ilə bağlı tədbirGəncə şəhərində BMT-nin Miqrasiya Təşkilatı (BMqT) tərəfindən İnsan Alverinə Qarşı Dünya Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib. Tədbir Daxili İşlər Nazirliyinin təşkilati dəstəyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə təşkil olunub.

DİN-in mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması" layihəsi çərçivəsində keçirilən tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərov, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının hüquq şöbəsinin müdiri Xaqani Əbdüləzimov, USAID-in Azərbaycan nümayəndəliyinin icraçı direktoru Rendol Olson, aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının, diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak miqrantların hüquqlarının müdafiəsinin təmin olunması sahəsində Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq etdiklərini bildirib. İnsan həyatının xilas olunmasının önəmindən danışan S. Aktoprak bu sahədə vətəndaş cəmiyyətini daha fəal olmağa səsləyib.

Gəncə Şəhər İH başçısının hüquq şöbəsinin müdiri Xaqani Əbdüləzimov insan alveri və qanunsuz miqrasiya ilə bağlı əməkdaşlıq etməyin vacibliyini vurğulayıb, Gəncədə həmin sahədə görülən işlərdən danışıb.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərov görülən tədbirlər nəticəsində insan alverindən əziyyət çəkənlərin ilbəil azaldığını vurğulayıb.

USAID-in Azərbaycan nümayəndəliyinin icraçı direktoru Rendol Olson əməkdaşlığın əhəmiyyətini vurğulayaraq yalnız bu yolla insan alverinin qarşısını almağın mümkün ola biləcəyini deyib.

Plenar iclas şəklində davam edən tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ilə BMqT-nin Azərbaycandakı nümayəndəliyi arasında birgə bəyannamə imzalanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 845   Tarix: 29 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467