Bacısını mesajlaşan görüb öldürdü – Şamaxıda DƏHŞƏTLİ QƏTL

Bacısını mesajlaşan görüb öldürdü – Şamaxıda DƏHŞƏTLİ QƏTLBacısını boğaraq öldürməkdə təqsirləndirilən Şamaxı şəhər sakini, 1977-ci il təvəllüdlü Rafail Yolçuyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

2017-ci ilin yanvarın 3-də Rəfail Yolçuyevin bacısı Yasəmən Arzuxanovanın əri İntiqam Arzuxanov ona zəng edərək bacısının əxlaqsız hərəkətlər etdiyini, mobil telefon vasitəsilə tanımadığı kişilərlə danışdığını və buna görə bacısını boşayacağını deyib.

Bundan sonra Rəfail bacısı Yasəmən Arzuxanovanın əri və üç övladı olduğu halda, əxlaqsızlıq etməsi, onun başqa kişilərlə danışması və görüşməsini aşkara çıxarıb.

21 yanvar 2017-ci ildə bacısını söhbət etmək üçün müvəqqəti məskunlaşdığı Bakıdan Şamaxıda yerləşən öz yaşadığı evə dəvət edib. Rəfail Yolçuyev yanvarın 23-də, səhər evdə heç kimin olmadığı bir vaxtda bacısının yatdığı otağa daxil olub. Bu zaman o, Yasəmən Arzuxanovanın yarım oturulu vəziyyətdə əlində telefon olduğunu görüb və onun başqa kişilərlə yazışdığını güman edib. Rəfail Yolçuyev bacısına "bəsdir də, sən hələ də ağıllanmırsan, səhər tezdən kimlə yazışırsan", - deyə bildirib.

Bu zaman Yasəmən qardaşına kobud tərzdə cavab verib. Rəfael əsəbiləşərək çarpayıda oturan bacısını boğaraq öldürüb.

Rəfail Yolçuyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən narazı qalan Rəfail Yolçuyev apellyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, cəzasının daha yüngül cəza ilə əvəz edilməsini xahiş edib. Onun şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Rəfail Yolçuyevin apellyasiya şikayəti təmin edilməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 2421   Tarix: 27 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda AİLƏ FACİƏSİ - Bacısı uşağının ölümünə səbəb oldu

Bakıda 1 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. -a istinadən xəbər verir ki, Xətai rayonu Əhmədli kəndində yaşayan şəxs BMW markalı avtomobilini arxaya doğru hərəkət etdirərkən bacısının 1 yaşlı övladının üzərindən keçib. 2019-cu ildə anadan olmuş və yenicə ayaq açıb yeriyən körp

10.09.2020 3185
.

BŞTİ-də vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ

04.08.2020 687
.

Çimərliklərə giriş qadağandır? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi səbəb gətirilərək çimərliklərə girişin qadağan olunduğu ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədo

07.08.2020 2799
.

Avropa Birliyi ölkələri plastik qablardan tamamilə imtina etdi

Avropa Birliyi qüvvəyə minən müvafiq qanundan sonra plastik qab-qacaqdan birdəfəlik imtina edib. "Report" xəbər verir ki, bu barədə birliyin ətraf mühit üzrə komissarı Virqiniyus Sinkyaviçyus bildirib. O, qeyd edib ki, qanun birdəfəlik qaşıqların, çəngəllərin, bıçaqların, boşqabların, pambı

04.07.2021 444
.

Rayonlara gediş-gəlişlə bağlı XƏBƏRDARLIQ

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxış qadağandır. Qadağalara nəzarət Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub. -a istinadən xəbər verir ki, bu barədə -a danışa

04.08.2020 3157
.

Bu insanlara qrip əleyhinə peyvənd pulsuz vurulacaq SİYAHI

Səhiyyə Nazirliyi tərəfindən mövsümi qrip əleyhinə peyvəndlər alınıb. Həmin peyvəndlər dövlət hesabına əhaliyə vurulacaq. xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan "Gün Başladı" verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin İSİM-in şöbə müdiri Səbinə Babazadə deyib. O bildirib ki

22.10.2020 1345
.

"Hər gün yuxudan ayılanda..." Səkinə İsmayılova KÖVRƏLDİ

"Şöhrət" ordenli xalq artisti Səkinə İsmayılova -a müsahibə verib. Sənətkar son günlər ordumuzun əldə etdiyi qələbə xəbərlərinə hədsiz sevindiyini dilə gətirib. Bildirib ki, hər dəfə hansısa ərazimiz erməni işğalından azad ediləndə, sevincindən uşaq kimi ağlayır. "Ordumuzun uğurların

14.10.2020 1187
.

11 ildən sonra ilk tənəzzül - Böyük Britaniya

Böyük Britaniya iqtisadiyyatı tarixinin ən böyük iqtisadi tənəzzülünü aprel-iyun aylarında yaşayıb. BBC xəbər verir ki, ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər rəsmi olaraq tənəzzülə yol açıb. Britaniya iqtisadiyyatı ilin ilk üç ayı ilə müqayisədə, 20,4 faiz kiçilib

12.08.2020 700
.

"Keşlə"də vəziyyət GƏRGİNDİR:Baş məşqçi və futbolçu arasında QALMAQAL

"Keşlə"nin futbolçusu Aleksandr Kriştovao ilə komandanın baş məşqçisi Yunis Hüseynov arasında qalmaqal baş verib. xəbər verir ki, hər iki şəxs "Report"a açıqlamasında bir-birini yalan danışmaqda günahlandırıb. Klubun düşərgəsini icazəsiz tərk etməsi ilə bağlı ittihamları rədd edə

21.09.2020 1308