Bacısını Bakıdan Şamaxıya çağırdı, çarpayıya uzatdı... - QANDONDURAN HADİSƏ

Bacısını Bakıdan Şamaxıya çağırdı, çarpayıya uzatdı... - QANDONDURAN HADİSƏBacısını boğaraq öldürməkdə təqsirləndirilən Şamaxı şəhər sakini, 1977-ci il təvəllüdlü Rafail Yolçuyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, 2017-ci ilin yanvarın 3-də Rəfail Yolçuyevin bacısı Yasəmən Arzuxanovanın əri İntiqam Arzuxanov ona zəng edib.

İzlədi və əxlaqsızlıq etdiyini öyrəndi

İntiqam Rəfailə bacısının əxlaqsız hərəkətlər etməsi, mobil telefon vasitəsilə tanımadığı başqa kişilərlə danışması danışaraq, bununla bağlı əlində sübut olduğu və buna görə bacısını boşayacağını deyib.

Bundan sonra Rəfail bacısı Yasəmən Arzuxanovanın əri və üç övladı olduğu halda, əxlaqsızlıq etməsi, onun başqa kişilərlə danışması və görüşməsini aşkara çıxarmaq qərarına gəlib. Apardığı araşdırmalardan həqiqətəndə bacısının əxlaqsızlıq etməsini öyrənib.

Boşanma və köməklik vədi

Rəfail bacısının bu hərəkətlərinin özünü başıaşağı etməsi və nüfuzdan salması qənaətinə gəlib. O, məhkəmə yolu ilə bacısının rəsmi qaydada ərindən boşandıqdan sonra yaşadığı ər evindən mülkiyyət və ya istifadə hüququ almaq üçün Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeyd olunan evə qeydiyyata düşməsinə köməklik edəcəyinə söz verib.

"Hələ sən ağıllanmamısan"

Bu məqsədilə o, 21 yanvar 2017-ci il tarixdə bacısını müvəqqəti məskunlaşdığı Bakıdan Şamaxıda yerləşən öz yaşadığı evə dəvət edib.

Rəfail Yolçuyev yanvarın 23-də, səhər saat 09 radələrində evdə heç kimin olmadığı bir vaxtda bacısı ilə söhbət etmək məqsədilə evin 1-ci mərtəbəsindəki yataq otağına daxil olub.
Bu zaman o, Yasəmən Arzuxanovanın yarım oturulu vəziyyətdə əlində telefon olduğunu görüb və onun başqa kişilərlə yazışdığını güman edib. Rəfail Yolçuyev bacısına "bəsdir də, sən hələ də ağıllanmırsan, səhər tezdən kimlə yazışırsan", - deyə bildirib.

Qətl planı

Bu zaman Yasəmən qardaşına kobud tərzdə başqa kişilərlə münasibətinin şəxsi işi olduğunu bildirib. Bundan əsəbiləşən Rəfail Yolçuyev bacısından qisas almaq, onu boğmaqla öldürmək qərarına gəlib.

Rəfail Yolçuyev bu niyyətini həyata keçirmək məqsədilə çarpayının üzərində oturan Yasəmən Arzuxanovanın boğaz nahiyəsindən basaraq, onu kürəyi üstə çarpayıya uzadıb.
Daha sonra çıxaraq bacısının qarın nahiyəsinin üstündə oturub. O, bacısının əlindən telefonu alaraq yerə atıb və sonra hər iki əli ilə boğmağa çalışıb.

Namus üstündə bacısını boğdu

Yasəmən Arzuxanova hər iki əli ilə qardaşına fiziki müqavimət göstərib. Bunu görən Rəfail şkafın üstündə olan tül-sintetik materialdan hazırlanmış qadın baş yaylığını götürüb və altında çabalayan bacısını üzü üstə çevrib.
Rəfail sonra Yasəmən Arzuxanovanın bel nahiyəsində oturub və yaylığın bir tərəfini çarpayının başlığına bağladıqdan sonra digər hissəsini isə bacısının boynuna dolayıb. Sonra o, bacısını boğaraq öldürüb.

9 il cəza

Rəfail Yolçuyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Rəfail Yolçuyev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, cəzasının daha yüngül cəza ilə əvəz edilməsini xahiş edib.
Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Rəfail Yolçuyevin apelyasiya şikayəti təmin edilməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5243   Tarix: 27 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürüb. Hadisə Zelenoqrad şəhərində baş verib. Bildirilir ki, "QAZel" markalı avtomobilin sürücüsü maşının mühərrikini söndürmədən yükünü boşaltmağa gedib, bu zaman bir qız maşının kabinəsinə minib. Prokurorluğun yaydığ

27.04.2024 388
.

TƏBİB rəsmisi həkimlərin maaşından danışdı - VİDEO

Baku TV-də yayımlanan "Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur. Proqramda TƏBİB-in fəaliyyət göstərdiyi beş il ərzində ölkə səhiyyəsində baş verən dəyişikliklərdən danışılıb. Həmçinin həkimlərin maa

12:40 190
.

Gürcüstan parlamentinin sədri "Xarici agentlər" haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Xarici agentlər" haqqında qanuna görə "Gürcüstana qarşı siyasəti dəyişdirməklə" hədələyən amerikalı senatorlara sərt cavab verib. "Report"un yerli bürosu xəbər verir ki, parlamentin spikeri bildirib ki, ABŞ Milli Demokratiy

27.04.2024 229
.

KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır

İsrail, Fələstinin radikal HƏMAS hərəkatı ilə razılaşmalar üçün yeni təklifində Qəzza zolağında vəziyyətin davamlı nizamlanmasına hazır olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb. İsrail HƏMAS-ın saxladığı girovların aza

17:20 131
.

BMT: "Altı ayda Qəzzada 13 min uşaq ölüb"

BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb. O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir. "Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir

18:50 94
.

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl

15:10 154
.

Tbilisidə ev almaq istəyənlərin diqqətinə: Qiymətlər bahalaşdı

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. Bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahalı mənzillər Mtatsminda (kvadratmetr üçün 200 dollarda

13:50 198
.

Yol pulunu verməmək üçün sürücünü döyüb öldürdülər

Rusiyanın Volqoqrad vilayətində sərnişinlər taksi sürücüsünə pul verməkdən imtina edərək onu döyərək öldürüblər. yerli mediaya istinadla xəbər verir ki, İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, hadisə şənbə günü gecə baş verib. Sərnişinlər Zina Mareseva küçəsində 1

27.04.2024 318
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

19:10 102