Avtobuslarda gediş haqqı qaldırılır? - Tarif Şurasından AÇIQLAMA

Avtobuslarda gediş haqqı qaldırılır? - Tarif Şurasından AÇIQLAMANaxçıvan Muxtar Respublikasında şəhərdaxili avtobuslarda gediş haqqı artırılaraq 30 qəpik olub. Qərar iyulun 18-dən qüvvəyə minib. Sərnişinlərə xəbərdarlıqda "Naxçıvan şəhərdaxili marşrutlarında 18 iyul 2017-ci il tarixdən hər bir sərnişin üçün gediş haqqı 30 qəpik müəyyən olunub. Sərnişinlərdən xahiş olunur həmin tarixdən gediş haqqını yeni tariflə ödəsinlər" deyə qeyd olunur. Sürücülər bunun səbəbini yanacağın bahalaşması ilə izah edir. Artıq Naxçıvandan başlayan bahalaşma Bakıda da ictimai nəqliyyatda qiymətlərin artacağına dair müzakirələrə səbə olub. İqtisadçılar da belə düşünür. Onlar bildirir ki, ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşması fonunda ictimai nəqliyyatda, o cümlədən də avtobuslarda qiymət artımı gözlənilir.

BiG.AZ xəbər verir ki, Tarif Şurasının mətbuat katibi Abbas Əliyev Cebhe.info-ya açıqlamasında heç bir qiymət artımının gözlənilmədiyini vurğulayıb. O qeyd edib ki, "Aİ-92" markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi qiymətlərin artımına şərait yaratmayacaq:

"Tarif (qiymət) Şurasının iclasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minib. Benzinin qiymətinin qalxması ictimia nəqliyyatda qiymət artımına səbəb olmayacaq. Sərnişindaşıma avtobusları maye və ya sıxılmış qaz, eləcə də dizellə işlədiyi üçün benzinin qiymətindəki dəyişiklik heç bir təsirə malik olmayacaq".

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə Cebhe.info-ya açıqlamasında belə bir təkliflə müraciət etmədiklərini, ümumiyyətlə, hazırda bu məsələnin BNA-nın gündəliyində olmadığını vurğulayıb: "Əksər avtobuslar dizel və sıxılmış maye qazdan istifadə edir. Bu səbəbdən heç bir qiymət artımı müzakirə predmeti deyil".

Qeyd edək ki, Tarif Şurasının 2017-ci ilin 14 iyul tarixində, axşam saatlarında baş tutan növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılmış, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Bildirilib ki, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, "Aİ-92" markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2439   Tarix: 27 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

3 saylı Uşaq Evində uşağın ayağını QIRDILAR: Rəhbərliyi və müəllimləri HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi. Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evində müəllimə uşağın ayağını qırıb. Bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişininə müraciət edən və 3 saylı Uşaq Evində böyüyən 13 yaşlı Ramal bildirib. Onun sözlərinə görə, 3 saylı Uşaq Evində uşaqları döyürlər

20.09.2024 378
.

Sahibkarların övladları arasında QANLI DAVA

Sabirabad rayonunda 2004-cü il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Xəyala xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, Əli Sabirabad şəhərinin İ.İsgəndərov küçəsində yerləşən ailəsinə məxsus gündəlik tələbat malları mağazasından müxtəlif vaxtlarda nisyə mal almı

20.09.2024 219
.

"MiiliÖn", "Emanat" kredit ödənişlərindən xidmət haqqı tutur?

Sosial şəbəkədə müştərilər "MiiliÖn", "Emanat" vasitəsilə edilən kredit ödənişlərində bu şirkətlərin sentyabr ayından 1 faiz xidmət haqqı tutulduğunu bildirir. "MilliÖndən" -a bildirilib ki, bu, yanlış məlumatdır. "MilliÖn" heç bir xidmət haqqı tutmur. Xidmət haqq

20.09.2024 412
.

Ana oğluna görə həkimi döydü

Türkiyənin İstanbul şəhərində xəstəxanaya gələn ana ailə həkimlərindən oğlunun xəstəliyi haqqında sənəd verilməsini istəyib. türk mediasına istinadən xəbər verir ki, uşağı müayinə edən həkim heç bir xəstəliyin olmadığını və sənəd verilməyəcəyini deyib. Uşağın anası isə həkimin başını şkafa vuraraq on

20.09.2024 408
.

Beren Saatın yeni partnerləri məlum olub

Beren Saatın yeni filmi "Gizli Dolap"dakı partnerləri məlum olub. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. O, Furkan Andıç və Yiğit Özşenerlə birlikdə oynayacaq. [hh4-unikal]

20.09.2024 254
.

Kadırov İlon Maskdan gileyləndi: "Kişiliyə yaraşan hərəkət etmir"

Amerikalı sahibkar İlon Mask Çeçenistan rəhbəri Ramzan Kadırova hədiyyə olunan "Cybertruck"ı sıradan çıxarıb. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Kadırov öz "Telegram" kanalında bildirib. Onun sözlərinə görə, maşın manevr qabiliyyəti və ekipajın yaxşı müdafiəsi ilə döyü

20.09.2024 153
.

Sarı şlyapa ilə uşaqlar qorunur

Elm və texnikanın yüksək səviyyədə inkişaf etdiyi Yaponiya, təhlükəsizlik baxımından da ideal ölkədir. xarici mediaya istinadən xəbər verir ki, Yaponyada 6 yaşından yuxarı uşaqlar sarı şlyapa taxır, məktəbə valideyinsiz gedirlər. Bunun səbəbi isə onlara müstəqil şəkildə yaşamağı öyrətməkdir. Valideyinlə

20.09.2024 195
.

Azərbaycanlı aparıcı özünə bahalı avtomobil aldı

Aparıcı Çinarə Əliyeva bahalı avtomobili ilə gündəmə gəlib. xəbər evrir ki, aparıcı avtomobilini yenisi ilə əvəz edib. Çinarə yeni avtomobili ilə görüntülərini Instaqram səhifəsihndə izləyiciləri ilə bölüşüb. "Axır ki, arzumun biri də reallaşdı. 5 ildən sonra qərar verdim ki, daha çox rahat olduğu

20.09.2024 545
.

Bağçada azyaşlıya qarşı zorakılıq: Müəllim uşağın saçını yolub, döydü - ANBAAN GÖRÜNTÜ

Paytaxtda fəaliyyət göstərən bağçalardan birində azyaşlıya qarşı zorakılıq edilib. Bu barədə -in "Qaynar xətti"nə görüntülər daxil olub. Qeyd edilib ki, Bakı şəhəri Yasamal rayonundakı 290 saylı bağçasında müəllim azyaşlını saçını yolaraq onu döyüb. Həmin an yaşananlar bağçanın təhlükəsizli

20.09.2024 713
TOP MP3