ŞOK! Xətaidə MANYAK uşağı ZORLAYARKƏN Azərbaycanlı məşhur...

ŞOK! Xətaidə MANYAK uşağı ZORLAYARKƏN Azərbaycanlı məşhur...Çevik Polis Alayının baş leytenantı İlqar Sadıqov, çavuş Hafiz Məmmədov və hadisənin təsadüfən şahidi olmuş Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahiri cinayətkarın tutulmasında əsl qəhrəmanlıq göstəriblər…

Deyirlər qulaq gündə bir söz eşitməsə, kar olar. Amma bu eşidəcəyimiz söz, hadisə təkcə qulağı kar eləmir, adamın içini yerindən oynadır. İnsan gərək şəxsiyyətini, mənliyini, mənəviyyatını nə qədər alçalda ki, belə alçaq hərəkətə yol verə. Söhbət 8 yaşında oğlan uşağı olan A-nın (ad şərtidir), təxminən 35-40 yaşı olan bir kişi (kişiyə bax) tərəfindən zorlanmasından gedir. Hadisə 21 iyul, axşam saat 20:00 radələrində baş verib. Bu barədə hadisənin təsadüfən şahidi olmuş və o alçağın tutulmasında böyük fədakarlıq göstərmiş, Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahiri (mərhum xalq şairi Söhrab Tahirin oğlu) bu barədə "Təzadlar"a məlumat verdi.

Məlum olur ki, T.Tahiri idarə etdiyi maşının texniki problemi ilə əlaqədar Xətai rayonu, Mehmandarov küçəsi- 26-28 ünvanında yerləşən avtoservisə gəlir. Maşının problemi bir az uzandığından ərazidə gəzişməyə başlayır. Bu zaman "qluxoy" yer kimi tanınan avtoservisin arxası, eyni zamanda qəbirstanlıq olan yerdən keçərkən görür ki, 35-40 yaşlı kişi cinsinə məxsus məxluq 8 yaşında oğlanı bütün çapalarına baxmayaraq, zorlayır. Gəlin T.Tahirin özünü dinləyək:

-Gördüyüm mənzərədən şoka düşdüm. Əvvəl nə edəcəyimi bilmədim. Tez özümə gəlib, əlimi telefona atdım. Cəld hadisəni telefona çəkmək istədim ki, həmin alçağı tutmaq asan olsun. O, məni görüb qaçmağa üz tutdu. Mən onun arxasınca hardasa 2 km qədər qaçdım. Ancaq tuta bilmədim. Yenidən avtoservisə qayıtdım. 102 xidmətinə məlumat vermək istəyirdim ki, yaxınlıqdan keçən Çevik Polis Alayının maşınını gördüm. Onları saxlayıb hadisəni danışdım. Maşında olan Çevik Polis Alayının baş leytenantı İlqar Sadıqov və çavuş Hafiz Məmmədov xəbərdən dəhşətə gəldilər. Onlar da hadisə yerinə gəlib, ərazini xeyli ələk-vələk elədilər. Lakin o vicdansızı tapmaq mümkün olmadı. Çevik Polis Alayının bu polisləri hadisə barədə ərazi üzrə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə xəbər verdilər. Birgə əməliyyat qrupu yaradıldı. Mən də onlarla birlikdə axtarışda olduq. Gecədən xeyli keçənə qədər axtarış davam etdi. Lakin bir nəticə olmadı. Baş leytenant İlqar Sadıqov qətiyyətlə bildirdi ki, həmin alçağı tapmayana qədər onun üçün heç bir rahatlıq olmayacaq. Araşdırma nəticəsində məlum oldu ki, uşağın anası V. Adlı xanım (ad şərtidi) şadlıq evlərinin birində qabyuyan işləyir. Uşağın anası da bölməyə dəvət olundu və ana eşitdiyi hadisədən sarsıldı. Səhəri günü Çevik Polis Alayının baş leytenantı İ.Sadıqov və çavuş Hafiz Məmmədov, həmçinin hadisənin şahidi kimi mən də həmin ərazidə olan bütün obyektləri, mağazaları, tikinti gedən yerləri gəzdik. Təzə tikintisi gedən binanın 8-ci mərtəbəsində işləyən həmin alçaq tutuldu. Məlum oldu ki, X. Adlı rayondan (həmin rayon tanınmış ziyalıları ilə məşhurdur, amma…) olan Rauf adlı bu alçaq əvvəllər Cinayyət Məcəlləsinin 221-ci maddəsi ilə (221.Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) həbsdə yatıb. O da məlum olub ki, əvvəllər də zorlama kimi hadisəyə yol verib. Bu vicdansız tutulandan sonra onu 5 nəfər digər adamlarla birlikdə cərgəyə düzüblər və həmin uşaq 5 adamın arasından onu kimin zorladığını barmağı ilə göstərib. Eyni zamanda mən də təqdim olunan 5 adamın içərisindən həmin vicdansızı göstərdim.

***

Hazırda həmin adam haqqında cinayət işi açılıb, istintaq gedir. İnanırıq ki, bu vicdansız haqqında çox ədalətli hökm çıxarılacaq və layiqli cəzasını alacaq. Biz isə cinayətin açılmasında böyük fədakarlıq edən Tahir Tahiriyə sonsuz təşəkkürlərimizi bildiririk. Arzu edərdik ki, Xətai rayon Polis İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsinə Tahir Tahiri üçün təşəkkür məktubu göndərilsin. Eyni zamanda cinayətkarın tutulmasında öz peşə borclarını ləyaqətlə yerinə yetirən Çevik Polis Alayının baş leytenantı İlqar Sadıqova, çavuş Hafiz Məmmədova və 34-cü bölmənin əməkdaşlarına xüsusi təşəkkürlərimizi bildiririk.

ŞOK! Xətaidə MANYAK uşağı ZORLAYARKƏN Azərbaycanlı məşhur...ŞOK! Xətaidə MANYAK uşağı ZORLAYARKƏN Azərbaycanlı məşhur...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 33227   Tarix: 24 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678