"Qanlı Yanvar" gecəsində eşq hekayəsi

Çoban dayı və Bağda xala digər uşaqları kimi Fərizənin də elçilik, nişan günlərini ildən-ilə böyüyən ailənin, nəvələrinin qayğı-qarğaşası içində bəlkə unudacaqdılar. Bəlkə də yox... Axı Bağda xala sözarası dedi ki, Fərizə balalarının ən şirini, ən istəklisi olub:
- Çox istiqanlıydı, olduqca mehriban, üzügülər. Elə bilirdim anamdı, bacımdı. Taleyinin belə olacağını ağlıma da gətirmirdim. Bir qızımı Ermənistan dağılmışda dəfn edib gəlmişdim. Bunun müsibəti bir ayrı oldu.
Adətən, insan dərdini danışmaqdan qaçır həmişə, qaysaq bağlamış yaralarına toxunmağa qorxur. Bağda xala isə artıq bu dərdlə həmdəm olub.
- Çox həssas uşaq idi. Texnikumda oxuyanda Neftçalaya pambıq yığmağa aparmışdılar, bir həftəydi getmişdi, qayınanam ilə getdik dallarınca. Yenicə də nişan taxılmışdı. Qayınanası plov dəmləyib aparmışdı. Maşını birbaşa pambıq sahəsinin kənarına sürdürdük. Baxırıq ki, qızların içərisində bu yoxdu. Nə qədər boylandıqsa görə bilmədik. Dayanıb durmuşuq ki, bu qız hara gedə bilər. Birdən bayaqdan yanımızda durmuş kombnizonlu, başına kiçik ləçək bağlamış qız astadan güldü. Gülüşündən tanıdıq.
Yoxsan... Mənim üçün daha çox varsan demək...
- Dəfn olunandan bu yana bircə dəfə gəlib yuxuma. Heç dilimə gətirməmişdim, amma ürəyimdə elə arzulayırdım ki, bircə dəfə gəlib qarşımdan keçsin, üzünü görüm. Bilirdim ki, bu mümkün olan deyil. Amma bu arzu içəridən məni didib-parçalayırdı. Bir gecə sübhə yaxın baxdım ki, darvaza açıldı. Gülə-gülə həyətə boylandı.
- Bax, ana, gəldim ki, üzümü görəsən. İndi doyunca bax, ürəyin sakit olsun.
Gülə-gülə çəkilib getdi. Gözlərimi açdım ki, gördüklərim yuxu imiş... O vaxtdan hər gün elə bilirəm ki, darvaza açılacaq, Fərizə içəri girəcək ki, gəlmişəm. İllər bir-birinin üstünə gəldikcə mənim üçün daha çox ölümsüzləşir...
...O gecə Fərizə də eynən belə demişdi: "İlham mənim üçün ölümsüzdü. İlham ölə bilməz". Cənazəni həyətə gətirəndə yalvarmışdı ki, açın üzünü görüm heç olmasa. Yox demişdilər, şəriət günah hesab edir bunu. Daha deməmişdilər ki, bətnindəki körpəni itirməkdən qorxuruq. Bütün gecəni cənazəyə tərəf qoymamışdılar Fərizəni. Bir dəfə itirdiyi sevgilisini ikinci dəfə itirəcəyinin ağrısından qovrula-qovrula qalmışdı. Demək itki bu imiş-yanındadı əlin çatmır, ürəyindədi, arzularında, ümidlərindədi, gözün görməyəcək, hənirini hiss edəcəksən amma qarşı-qarşıya dura bilməyəcəksən...
- Qız elə bil havalanmışdı. İlhamı birinci dəfə Xırdalan qəbristanlığında dəfn etdik. Gecə ilə apardılar. Qardaşı xəstəxanadan birbaşa məscidə aparıb yudurtmuşdu, kəfənlədib evə gətirmişdi ki, nə halda olduğunu görməsinlər. Gecə ilə də dəfn elədilər. Cənazə həyətdən çıxandan sonra da Fərizəni sakitləşdirmək mümkün olmadı. Maşınların arxasınca bir xeyli ayaqyalın yüyürdü. İlhamın qardaşı Elxan evə qayıdanda toy şəkillərini gətirib ortaya tökdü. Elxanın qarşısında diz çökdü: "Sinə daşına ikimizin şəklini çəkdirin" - deyə yalvardı. Qoşa şəkillərini də ayırıb qoymuşdu. Evə qayıdandan sonra bir dəfə nişan yaylığı ilə özünü asmaq istəmişdi, bir dəfə neft töküb özünü yandırmaq istəyəndə İlhamın qardaşının həyat yoldaşı duyuq düşüb qoymamışdı. İlhamın böyük qardaşı Elxan Fərizəni bağrına basdı, özünü yox bizi düşün dedi, "qardaşımı itirdim, övladını da itirmək istəmirik" - deyə yalvardı. Olmadı...
Bağda xala göz yaşlarını saxlaya bilmir:
- Dəfnin ertəsi günü hərbi paltarlı adamlar gəldilər. Dedilər ki, Dağüstü parkda Şəhidlər Xiyabanı salınıb, bütün həlak olanlar orada dəfn olunacaq. Tapşırıq verdilər ki, İlhamı dəfn olunduğu yerdən evə gətirək. Cənazə həyətə gələndə Fərizə elə bil ki, sevinirdi. Gəlib böyrümə sığındı:
- Ana dedi yadındadı nişanlı olanda Dağüstü parka gəzməyə getmişdik. Mən İlhama dedim ki, kaş ki, bu ərazidən bizə ev verələr.
Evə gələndən sonra bütün günü Fərizənin sözünü deyib gülürdülər. O vaxt gəmi təmiri zavodunda çilingər işləyən İlham ev növbəsinə durmuşdu. 20 yanvardan bir həftə əvvəl 28 may metrosunun həndəvərində ev vermişdilər, uşaqlar elə olandan sonra anasıgil aparıb açarı təhvil verdilər. Heç biri ürək edib o evə köçmədi ki, özlərinə qismət olmadısa, bizə də gərək deyil...
Bağda xala Fərizənin anasıdır. Bu ailə haqqında ayrıca söhbət açmaq fikrim yoxdu. Çünki İlhamla Fərizənin adı təkcə Azərbaycanda deyil, ətraf ölkələrdə də insanlara tanışdı. Onların məhəbbət və qətl tarixçəsi. Qardaş Türkiyədə bu tarixçə haqqında müxtəlif əfsanələr dolaşır.
- O gecəsi birtəhər Fərizəni dilə tuta bildim. Qız havalı kimi olmuşdu. Qoluna girib evə gətirdim. Tez-tələshik yemək bişirdim, süfrə hazırladım. Qayıtdı ki, ay ana, iki gündür İlhamın sevdiyi yeməkləri bişirirsiz, elə bilirsiniz boğazımdan keçəcək?
Geri qayıtdıq. Sabah cənazələri meydana aparacaq, ordan da Şəhidlər Xiyabanına yol alacaqdılar. Səhər açılandan sonra İlham bir də bu həyəti tərk edəcəkdi və bu gedişin bir də gəlişi olmayacaqdı. Bu gəliş taleyin möcüzəsi, İlhama qovuşmaq üçün Fərizəyə verdiyi son şans idi. Dan üzü ağaranda evdəkilər hamısı iki günlük ağrı-acının əlindən, dərdin ağırlığından qaçıb yuxuya sığınmışdılar. Təkcə İlhamın qoca nənəsi yaşlıların əziyyət çəkdiyi yuxusuzluqla nəvəsinin itkisi arasında çırpınırdı. Fərizənin barmaqlarının ucunda yataq otağına keçdiyini də o gördü.
- Nə vaxt huşa getdiyimi bilməmişəm. Birdə gördüm kimsə qıyya çəkdi. Özümü içəri atanda baxdım ki, qız yerdə çapalayır. Masanın üstündə kiçik bir kağız parçası, bir də boş stəkan vardı. Stəkanın qoyulduğu yerdə masanın örtüyü yanıbmış kimi qırış-qırış olmuşdu. Fərizəni qonşunun maşınına qoyub xəstəxanaya apardıq. Yolda neçə dəfə saxladılar, rus əsgərləri üstümüzə avtomat çəkdilər, birtəhər xəstəxanaya çatdırdıq, həyətə girəndə baxdım ki, canını tapşırdı.
Həmin gün Şəhidlər Xiyabanına gedən karvanın önündə Fərizə ilə İlhamın toy günü çəkdirdikləri qoşa şəkil bələdçilik edirdi. Bu karvan Vətən və eşq uğrunda canlarından keçmiş şəhidlərimizin ölümsüzlüyünün uca zirvəsinə yol almışdı...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3224   Tarix: 20 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Altı gündür axtarışda olan Nigar tapıldı: "Anamın telefonunu qırıb, suya atdım" - VİDEO

Tərtərdə itkin düşən və altı gündür axtarışda olan Nigar tapılıb. Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib. Nigar barəsində yayılan iddialar barədə danışıb. O bildirib ki, evdən qaçaraq Tərtərdən Bərdəyə getmək istəyib:. "Anamın telefonunu qırıb, suy

03.05.2024 853
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

03.05.2024 227
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

16:20 146
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

03.05.2024 731
.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

03.05.2024 469
.

PA rəhbəri: "COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir"

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir". "Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri, COP29 Təşkilat Komitəsinin sədr

15:12 103
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

10:09 373
.

COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

14:59 133
.

Murad bu kanalda xəbər aparıcılığına başladı

Aparıcı Murad Əzimzadə xəbər aparıcılığına başlayıb. OLAY yazır ki, o, çalışdığı "Space" kanalında xəbərlərin əsas buraxlışı ilə izləyici qarşısına çıxıb. Əzimzadə bu barədə feysbuk hesabında yazıb. "Qismətdə "Space Xəbər"in əsas buraxılışının aparıcısı olmaq da var imiş. Xəbə

03.05.2024 521