Baş pediatrdan xəbərdarlıq - Valideynlər oxusun

Baş pediatrdan xəbərdarlıq - Valideynlər oxusunYay mövsümündə uşaqlar arasında mədə-bağırsaq pozğunluqları, ishal və qusma eyni zamanda günvurma kimi hallara rast gəlmək olar.

İlan sancması, ağcaqanad və həşəratların dişləməsinə də bu fəsildə çox rast gəlinə bilər. Yay mövsümü allergik xəstəliklərin də kifayət qədər proqressivləşə biləcəyi bir dövrdür.

BiG.AZ sputnik Azərbaycana istinadən bildirir ki, respublikanın baş pediatrı Nəsib Quliyev sadalanan halların qarşısını almaq üçün görülməli olan tədbirlər barədə məlumat verib.

O deyib ki, yay mövsümündə uşaqları xəstəliklərdən qorumaq üçün valideynlərin üzərinə mühüm vəzifələr düşür. İlk növbədə, valideynlər övladlarına qarşı diqqətli və qayğıkeş münasibət bəsləməli, mövsüm zamanı uşaqların düzgün qidalanmasına ciddi fikir verməlidirlər. Ən mühüm məsələlərdən biri uşaqların təmiz su içməsinə diqqət yetirməkdir.
"Dünyada aparılan çoxsaylı araşdırmalar göstərib ki, xəstəliklərin qarşısını almaq üçün ən təsirli tədbir təmiz sudan istifadədir. Hətta tədqiqatlar sübut edib ki, yer üzündə hamının təmiz su qəbul etməsi mümkün olsaydı, onun səmərəsi peyvənddən daha üstün olardı. Bununla yanaşı, qaynadılmamış suyun uşaqlara verilməsi də yolverilməzdir. Qaynadılıb soyudulmuş, otaq temperaturunda olan sudan uşaqlar rahat şəkildə istifadə edə bilərlər" - deyə baş pediatr bildirib.
Yay fəslində qidaların çeşidinin çoxaldığını vurğulayan Quliyev, bunun mənfi cəhətini də qeyd edib: "Havalar isti olduğuna görə, qidaların saxlanmasına diqqət yetirilməlidir. Soyutma rejiminə əməl etmədikdə qidaların bakterioloji cəhətdən çirklənərək xəstəlik törətməsi ehtimalı artır".

Pediatrın sözlərinə görə, mədə-bağırsaq xəstəliyi əlamətləri görünən kimi dərhal həkimə müraciət etmək zəruridir. Özbaşına, el arasında qəbul edilmiş primitiv üsullarla onların müalicəsini aparmaq olmaz, çünki əksər hallarda həmin üsullar xeyir əvəzinə zərər gətirir.
İsti və günəşli havalarda uşaqların qorunması məsələsinə toxunan professor günəşin, havanın, qum və su vannalarının uşaqların orqanizminin möhkəmləndirilməsində çox böyük rolu olduğunu diqqətə çatdırıb. Lakin müəyyən rejim və qaydalara əməl olunmadıqda, istivurma və günvurma kimi ağır hallarla üzləşilir. Ona görə də çimərliyə günün infraqırmızı şüalarının çox olduğu vaxtlarda yox, nisbətən sərin vaxtlarda üz tutmaq məsləhətdir. Əks halda dəri və baş beyin problemləri yarana bilər.

Pediatr ana südü ilə qidalanan körpələrin qidasını dəyişdirmək və əlavə qida vermək fikrindən yay aylarında uzaq olmağı da tövsiyə edib. O, özünü ilk növbədə dəri səthində büruzə verən və qırtlağın ödəminə, boğulmayadək ağır hallara səbəb olan allergik xəstəliklər zamanı da vaxtında həkimə müraciət etməyi məsləhət görüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3787   Tarix: 21 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 80
.

Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT

Şəkidə həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən həkim İsrafil Məmmədsoyun görüntüləri yayılıb. -ın məlumatına görə o, Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb. 19:38. Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə otla

04.05.2024 507
.

NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq

Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub. "Report" xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina "X" hesabında yazıb. Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olduğun

04.05.2024 139
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

04.05.2024 330
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

04.05.2024 175
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

04.05.2024 165
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 390
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

04.05.2024 154
.

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələr

04.05.2024 163