Bu məşhurun cəsədini qəbirdən çıxarıb xəstəxanaya apardılar

Bu məşhurun cəsədini qəbirdən çıxarıb xəstəxanaya apardılarİspan rəssamı və sürrealisti Salvador Dalinin qalıqlarını Fiqeras şəhərindəki məzarından çıxarıblar. Əməliyyat təxminən 1 saat 20 dəqiqəyə başa gəlib. Hüquqşünasların iştirakı ilə tibb ekspertləri mərhumun meyitindən DNT nümunələri götürüblər.

Publika.az bildirir ki, buna səbəb bir qadının neçə vaxtdır onun qızı olduğunu iddia etməsidir. Söhbət Kataloniyanın Jirona şəhərindən olan Pilar Abel adlı xanımdan gedir.

Qadın məhkəməyə müraciəti əsasında rəssamı "narahat etməyə" nail olub. O, 1956-ci il fevralın 1-də doğulub və iddia edir ki, onun anası rəssam ilə guya gizli münasibətlərdə olub.

2007-ci ildən Pilar Abel ictimaiyyəti rəssamla qohumluq əlaqəsinin olduğuna tanıtmağa çalışır. İddiasına görə, guya Abel, öz nənəsindən öyrənib ki, Salvador Dali onun doğma atasıdır. Əgər DNT-testi qadının dediklərini təsdiq edərsə, o zaman qadın rəssamın adını daşıyan hər bir əsərin və əşyanın müəlliflik hüququna, habelə onun irsinin 25%-nə sahib olacaq. Bəzi məlumatlara görə, mirasın ona çatacaq olan məbləği 300 milyon avro təşkil edir.

Yeni ekspertizanın nəticələri bu ilin avqust-sentyabr aylarında məlum olacaq.
Məlumat üçün bildirək ki, Salvador Dali 1904-ci il mayın 11-də anadan olub. O, sürrealizmin ən tanınmış nümayəndələrindən biri sayılır. Öz yaradıcılıq fəaliyyəti dövründə yüzlərlə bədii əsər yaradıb. Dali Kazan şəhərindən olan, Qala deyə çağırdığı Yelena Dyakonova ilə ailə qurub. Cütlüyün uşağı yox idi. Rəssam 1989-ci il yanvarın 23-də dünyasını dəyişib. Onun qəbri Fiqeras şəhərində "Dali teatr-muzeyi"nin arxasında yerləşir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3861   Tarix: 21 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862