Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi - qadından ərinə qarşı QANDONDURAN ƏMƏL

Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi - qadından ərinə qarşı QANDONDURAN ƏMƏLƏnənəvi olaraq, qadın cəmiyyətdə nəvazişlə, məhəbbətlə, xeyirxahlıqla və digər məziyyətlərlə assosiasiya olunur. Amma tarixdə xeyli hal var ki, qadınlar özlərini əsl bədxahlar kimi göstəriblər, öz ərlərini ya qətlə yetiriblər, ya da onlara qarşı xüsusi amansızlıqla yadda qalıblar.

BiG.AZ publika.az-a istinadən bildirir ki, bu mənfur qadınların bir neçəsini aşağıdakı xülasədə təqdim edir:

1. Öz ərini öldürərək ondan yemək bişirən avstraliyalı

Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi - qadından ərinə qarşı QANDONDURAN ƏMƏLKetrin Nayt ilk avstraliya xanımdır ki, vaxtından əvvəl azad edilmə hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib. Əvvəlki nikahlarda da o, ərlərinin üstünə hücum çəkmişdi, amma 2000-ci ildə qeyri-adi, tükürpədən hadisə baş verdi. O, ərinə 37 bıçaq zərbəsi vurandan sonra, dərisini soyur, cəsədi qarmağa taxaraq qonaq otağından asır. Daha sonra isə o, ərinin ətindən yemək hazırlamağa başlayır. Xoşbəxtlikdən polis, dəhşətli nahar hazır olmamış hadisədən xəbər tutur...

2. Ərini qətlə yetirən, sonra isə bu əməldə doğma qızını ittiham edən qadın

Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi - qadından ərinə qarşı QANDONDURAN ƏMƏL2005-ci ildə 41 yaşlı Steysi Kastor öz ikinci əri Devid Kastoru antifriz tökərək qətl edir, sonra isə hadisəni intihar kimi səhnələşdirir. Müstəntiqlər Devidin qanında etilenqlikol aşkar ediblər və xoşagəlməz tapıntıdan şübhələniblər. Steysinin 2000-ci ildə "ürək tutmasından" vəfat edən birinci ərinin də məzarını açmağa qərar verən müstəntiqlər dəhşətə gəlib: Kimyəvi təhlil zamanı qadının birinci əri Maykl Uollesin də qanında etilenqlikol aşkarlanıb...

Steysi Kastor bu işi qızı Eşlinin üzərinə atmaq istəyib. Həmin zaman reanimasiyada olan Eşlinin onsuz da öləcəyini düşünərək, atasını öldürdüyü yazılan saxta məktub hazırlayır. Amma hər şey çox bəsit idi. Eşli sağ qalır və anasına qarşı məhkəmədə ifadə verir.

3. Məşuqunun köməyi ilə öz ərini öldürmək istəyən imperator xanımı

Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi - qadından ərinə qarşı QANDONDURAN ƏMƏLValeriya Messalina imperator Klavdiyin üçüncü arvadı idi. Romanın məşhur kurtizankası eramızın 38-ci ilində Klavdiyə ərə gedir və 2 övladı dünyaya gəlir. Tarixi qeydlərə görə, uşaqlar Kaliquladan idi, çünki, Messalina Kaliqulanın çoxsaylı orgiyalarının tez-tez iştirakçısı idi. Kaliqula öldürüləndən sonra Messalina kurtizanka paltarını geyinərək öz bədənilə alver etməyə başlayır. Eramızın 48-ci ilində Messalina öz sevgililərindən biri Siliusla razılaşaraq Klavdiyi öldürmək qərarına gəlir. Ona söz verir ki, onun qanuni həyat yoldaşı olacaq. Nəticədə mənfur sui-qəsdçilər edam olunur.

4. Ərinin cinsiyyət orqanını kəsən qadın

36 yaşlı Yekaterina Xaritonova həyat yoldaşı 40 yaşlı Mixail və onun 33 yaşlı rəfiqəsi Liza Dmitriyevaya çoxsaylı bədən xəsarətləri yetirdiyinə görə, 2 il müddətinə azadlıqdan məhrum edilib. Faciəyə səbəb Yekaterina evə qayıdanda ərini rəfiqəsi ilə tutması olub. O, ərini ölümcül hala salandan sonra, qəzəbi soyumur və onun cinsiyyət orqanını qoparır. Sevgililəri xəstəxanaya, qısqanc Yekaterinanı isə dəmir barmaqlıqlar içinə göndərirlər.

5. Öz böyrəyini xanımına bağışladı, əvəzində xəyanətlə qarşılaşdı

Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi - qadından ərinə qarşı QANDONDURAN ƏMƏL2001-ci ildə doktor Riçard Batista iki uğursuz əməliyyat cəhdindən sonra öz böyrəyini transplantasiya üçün arvadı Daniellaya təklif edir. Uğurlu əməliyyatdan sonra arvadı ərinə çox qəribə üsulla minnətdarlıq edir. O, öz fizioterapevti ilə gecələyir. Sonra boşanma ərizəsi verərək, uşaqları ilə görüşməkdən də ərini məhrum edir. Əcaib zərbə alan Riçard mənfur arvadına qarşı 1.5 milyon məbləğində əks-iddia qaldırıb.

6. Sevgi oyunları zamanı təsadüfən ərini asan qadın

46 yaşlı Toni və 31 yaşlı Kristal Border 10 il nikahları müddətində yataqda bandaj və bir sıra digər intim eksperimentləri həyata keçirirlər. Cütlük böyüklər üçün video çəkirdi, ona görə də, anbarda baş verən təsadüfi hadisə heç kəsdə şübhə doğurmadı. Əvvəlcə Toni kəndiri öz boynuna dolayır, sonra Kristal Border onu qaldırmağa başlayır. Toni demək olar ki, dərhal huşunu itirib. Bundan sonra Kristal polis çağırıb və bildirib ki, məhəbbət oyunu zamanı təsadüfən ərini asıb.

7. 76 yaşlı qadın 4 ərinin qətlində şübhəli bilinir

Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi - qadından ərinə qarşı QANDONDURAN ƏMƏL76 yaşlı Betti Nyuman hazırda Şimali Karolinada türmədədir. O, qatil kirayələyərək dördüncü əri Herold Centrini qətlə yetirməkdə ittiham olunur. Onun ilk uşağı və əvvəlki ərlərinin ölüm araşdırmalarından sonra məlum olub ki, onların hər biri sığortalanıb, bundan sonra öldürülüb. Bütün həlak olanların qohumları Nyumanı "hakimiyyət həvəskarı, pulgir, acgöz qadın" kimi təsvir ediblər.

8. Sevimli timsahını ərindən üstün tutan qadın

Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi - qadından ərinə qarşı QANDONDURAN ƏMƏLAvstraliyalı Viki Louinq öz ev timsahından imtina etməsini tələb etdiyi üçün ərindən boşanır. 52 yaşlı Louinq 13 il saxladığı, 1.5 metrlik timsahın evdə sərbəst hərəkət etməsinə imkan verir, oğlu Endrünün yatağında yatmağa şərait yaradırdı. Viktoriya timsahı 1996-ci ildə evinin kandarında atılmış vəziyyətdə tapmışdı. Viktoriya boşanmanı bir kəlmə ilə izah edib: "Ərim öz qeydinə qala bilər, amma mənim timsahım özü özünə yemək bişirə bilməz".

9. Ər üz örtüyünü qırağa çəkdi, ərəb qadın ərini boşadı

Kişi Səudiyyə Ərəbistanında öz arvadı ilə 30 il yaşayıb, bir dəfə də olsun onun üzünü görməmişdi. 50 yaşlı qadın öz doğma kəndinin ənənələrinə sadiq qalacağını bildirmişdi və pərəncəylə öz sifətini həmişə gizlədirdi. Bir dəfə gecə ərinə maraq güc gəlir və o, sevimlisinin üzünə nəzər salmaq üçün üz örtüyünü qaldırmaq qərarına gəlir. Bu səhv idi, çünki oyanmış arvad, qəzəb içində dərhal boşanma tələb edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3306   Tarix: 20 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999