Putin Sarkisyanı İlham Əliyevin ayağına gətirir - FOTO

Putin Sarkisyanı İlham Əliyevin ayağına gətirir - FOTORusiya mətbuatına prezident İlham Əliyev və Serj Sarkisyanın görüşünün təşkil olunacağı barədə yayılan məlumatlar Ermənistan mediasında geniş müzakirələrə səbəb olub. "İzvestiya" qəzeti Rusiya Xarici İşlər Nazirliyindəki mənbəsinə istinadən yaydığı məlumatda görüşün 2017-ci ilin sonlarında təşkil olunacağı qeyd edilib. Mənbə qeyd edir ki, Rusiya görüşün təşkil edilməsində əsas vasitəçi olub. Çünki Minsk Qrupunun digər həmsədrlərinin Bakı və İrəvanın nümayəndələrini danışıqlar masası arxasına əyləşdirmək cəhdləri uğursuzluqla nəticələnib.

BiG.AZ xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan "Ermənistan" televiziya şirkətinin "R-Təkamül" proqramına müsahibəsində görüş barədə ehtimalları təsdiqləyib. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüş haqqında ilkin razılıq bir neçə həftə əvvəl - ATƏT-in Minsk Qrupu həmsədrlərinin səfər zamanı əldə olunmuşdu.

Ermənistan mətbuatı Sarkisyanın İlham Əliyevlə görüşə könülsüz getdiyini qeyd edib. «1in.am» saytında dərc edilən məqalədə bildirilir ki, Azərbaycan Vyanada əldə olunmuş razılaşmaları icra etmədiyi üçün Sarkisyan görüşə getmək istəmir.

«Biz Sarkisyanın müsahibəsini və "İzvestiya" qəzetinin xəbərini müqayisə edirik. Belə bir təəssürat yaranır ki, Sarkisyan İlham Əliyevlə görüş barədə Moskvanın təşəbbüsünü rədd edə bilmir».

Putin Sarkisyanı İlham Əliyevin ayağına gətirir - FOTOPrezidentlərin Sankt-Peterburq görüşü

Məqalədə açıq şəkildə Sarkisyanın Rusiyanın sözündən çıxa bilmədiyi qeyd olunub. "Açıq təcrübə göstərir ki, liderlik və ya nizamalama prosesində Rusiyanın faktiki inhisarçılığı Ermənistan üçün qaçılmaz nəticələr gətirir. Biz dəfələrlə təsdiq etdik ki, Qarabağ münaqişəsinin Ermənistan - Rusiya - Azərbaycan formatı Ermənistanı birtərəfli güzəştlər və ya müharibə perspektivi ilə hədələyir. Bunu "Lavrov planı" və ötən il baş vermiş dördgünlük müharibədə yaxşı sübut etdi", - məqalədə belə qeyd olunub.

Mətbuat yazır ki, Ermənistan prezidenti müsahibəsində aprel döyüşlərindən sonra rəsmi İrəvanın prinsipial mövqelərində heç bir dəyişiklik olmadığını desə də, bu belə deyil. "Ən azı bu şübhəli məqamdır. Çünki faktiki olaraq müharibə nəticəsində yeni vəziyyət, yeni status-kvo yarandı. Müəyyən müddət Ermənistan danışıqlardan imtina etdi. Bu imtina Azərbaycanın Vyana razılaşmalarını yerinə yetirdiyi vaxta qədər davam edəcəkdi. Amma belə olmadı. Sarkisyan erməni tərəfinin məzmunlu yanaşmalarını nəzərə çatdırır və faktiki olaraq, İlham Əliyevlə görüşə hazırdır", - məqalədə belə qeyd olunub.

Ermənilər açıq etiraf edirlər ki, aprel ayında baş vermiş silahlı toqquşmadan sonra vəziyyət heç vaxt əvvəlki kimi olmayacaq. Onlar irimiqyaslı müharibənin başlayacağını da deyirlər. Mətbuat yazır ki, ermənilər Sarkisyandan müsahibəsi zamanı müharibənin başlama təhlükəsi və Ermənistanın verəcəyi qərarlarla bağlı fikirlər eşitmək istəyiblər. Amma prezident bütün bu məsələlərlə bağlı sualları cavabsız qoyub.

Putin Sarkisyanı İlham Əliyevin ayağına gətirir - FOTODağlıq Qarabağ və ətrafındakı işğal olunan rayonlar

Sarkisyan müsabəsi zamanı əsas diqqəti Azərbaycanın Rusiyadan silah alması məsələsinə istiqamətləndirib. S. Sarkisyan deyib ki, bu məsələ Ermənistan-Rusiya dostluğunun, Ermənistan-Rusiya hərbi əməkdaşlığının ən ağrılı tərəfidir.

"Məgər sirrdir ki, Azərbaycan bizdən varlıdır və silahlanmaya daha çox vəsait xərcləyir? Sirr deyil. Kimsə iki və ya beş il ərzində Ermənistanı Azərbaycandan daha zəngin edəcəyini desə, onda həmin insanı siyasətdən qovmaq lazımdır, çünki bu, şarlatanlıq, yalançılıqdır".

Sanki, Sarkisyan bu cümlələrlə özünü sığortalamağa çalışır. O, öz vətəndaşlarına açıq şəkildə deyir ki, Azərbaycan güclüdür və Rusiyadan silah alır. Sarkisyan bu sözləri ilə vətəndaşına çatdırmaq istəyir ki, müharibəni uduzsa, onu yox, Rusiya rəhbərliyini ittiham etsinlər.

Ermənistan prezidenti bilir ki, Azərbaycan təkcə Rusiyadan deyil, digər xarici ölkələrdən də silah almaqda davam edir. Azərbaycanın güclənməsi ilə Sarkisyanda Qarabağ münaqişəsinin gələcəyi barədə suallar yaradır. Belə olmasa idi, o, hər müsahibəsində Azərbaycanın gücünü etiraf etməzdi.

mənbə: missiya.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6185   Tarix: 18 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT

Şəkidə həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən həkim İsrafil Məmmədsoyun görüntüləri yayılıb. -ın məlumatına görə o, Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb. 19:38. Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə otla

21:43 367
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

16:50 170
.

"WhatsApp" bəzi istifadəçiləri bloklayacaq

"WhatsApp" tərtibatçıları arzuolunmaz mesajların göndərilməsindən sui-istifadə edən hesablar üçün məhdudiyyətlər sistemi tətbiq etməyi planlaşdırır. -a istinadən bildirir ki, yenilik "WhatsApp"ın "Android" üçün 2.24.10.5 nömrəli beta versiyasında yoxlanılıb. O, istifadəçiləri

12:19 649
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

21:10 320
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

14:07 147
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

16:20 258
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

23:30 11
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

11:39 634
.

COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

14:59 170