Azərbaycanda qorxulu xəstəlik həyəcanı: Xəstəxanalar hazır vəziyyətə gətirildi

Azərbaycanda qorxulu xəstəlik həyəcanı: Xəstəxanalar hazır vəziyyətə gətirildiAzərbaycanla həmsərhəd dövlətlərdə, xüsusilə də İranda son zamanlar Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı vəziyyət gərginləşib. Bir neçə il əvvəl bu xəstəlik Gürcüstanda onlarla xəstənin ağırlaşmasına, iki nəfərin ölümünə səbəb olmuşdu. Xəstəliyin ən gərgin dövrü iyul ayı hesab edilir. Səhiyyə naziri Oqtay Şirəliyev xəstəliyin qarşısını almaq məqsədilə "Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb. Həkimlər məlumatlandırılıb, xəstəxanalar hazırlıq vəziyyətinə gətirilib, sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib.

Bəs xəstəliyin Azərbaycana keçmə ehtimalı nə qədərdir? Krım-Konqo hemorragik qızdırma xəstəliyinin əlamətləri hansılardır?

BiG.AZ xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyeva virtualaz-ın suallarını cavablandırıb.

Şöbə müdiri Səhiyyə nazirinin əmri ilə Dövlət Karantin Müfəttişliyi tərəfindən sərhəd-keçid məntəqələrində tibbi müşahidə gücləndirildiyini deyir: "Yüksək hərarətli xəstənin dərhal hospitallaşdırılması və nəzarətə götürülməsi tapşırılıb. Belə xəstələrdən analizlər götürülərək Respublika Taun Əleyhinə Stansiyaya göndərilməlidir. Yalnız analizlərin nəticələrinə uyğun dəqiq diaqnoz qoymaq mümkündür. Amma analizin nəticələri bəlli olana qədər xəstə müşahidə altında saxlanılmalıdır.

Tibb müəssisələri bir-biri ilə əlaqələnmiş şəkildə işləyir. Şübhəli şəxs və ya xəstə aşkarlanarsa, onların yerləşdirilməsi üçün 2 tibb müəssisəsi ayrılıb. Böyüklər Klinik Tibbi Mərkəzə, uşaqlar isə 1 saylı yoluxucu xəstəliklər xəstəxanasına yerləşdiriləcək. Bu xəstəxanalar hazırlıq vəziyyətinə gətirilib, həkimlər, tibb heyəti məlumatlandırılıb".

E.Əliyeva indiyədək Azərbaycanda Krım-Konqo xəstəliyinin aşkarlanmadığını və sərhəd-keçid məntəqələrində yoxlamalara başlandığı gündən indiyədək bu xəstəliyi daşıyanın qeydə alınmadığını bildirib.

Xəstəlik necə keçir?

Krım-Konqo hemorragik qızdırma xəstəliyi gənələr vasitəsilə yoluxur. Amma xəstəliyə bir neçə yolla yoluxmaq mümkündür. Gənə vəhşi və ev heyvanlarını, xüsusilə də iri və xırdabuynuzlu heyvanları yoluxdura bilər. Xəstə və ya ölmüş heyvanın qanı və ifrazatından virus insana keçə bilər. Buna görə də, qəssablar və fermerlər risk qrupuna daxildilər. Bundan başqa, insanlar gənə dişləməsi nəticəsində bu xəstəliyə tutula bilərlər. Yəni gənə insanı dişləməklə virusa yoluxdurur. Həmçinin xəstə insandan yoluxma da qan və ifrazat vasitəsilə mümkün olur. Buna görə də gigiyenik qaydalara riayət etmək mütləqdir. Əlləri tez-tez yumaq, xəstə insanlarla təmasdan qaçmaq lazımdır. Xəstəlik hər il may-sentyabr aylarında baş qaldırır. İyul xəstəliyin gərgin dövrü olur.

Xəstəliyin ilkin əlamətləri nədir?

Xəstəlik 14 gün çəkir, ilk mərhələdə yüksək hərarət müşahidə edilir. Bununla yanaşı, baş və əzələ ağrıları, ürəkbulanma, qusma, ishal, sarılıq əlamətləri, qaraciyərin böyüməsi də ola bilər. Xəstəliyin sonrakı dövründə ağız boşluğunda, boğazda, dəridə, mədədə qansızmalar əmələ gəlir. İmmun sistemi zəif olanlarda xəstəlik ağırlaşmaya və ölümə səbəb olur. Ümumilikdə isə, yoluxmaların 30 faizi ölümlə nəticələnir. Nəzərə almaq lazımdır ki, xəstəlik bütün bədənə təsir edən virus xəstəliyidir. Krım Konqo gənə dişləməsindən 3-7 gün sonra ortaya çıxır. Verilən məlumatlarda xəstəliyə yoluxanların 5-15 faizinin nisbətən ağır keçirdiyi göstərilir.

Xəstəlikdən qorunma yolları

Xəstəliyi yayan gənələrdən qorunmaq lazımdır. İlk növbədə təbiət qoynunda dincələnlər dəri üçün qoruyuculardan istifadə edə bilərlər. Bundan başqa, geyim seçərkən bədənin qorunması nəzərə alınmalıdır. Gənə dişləməsi zamanı gənəni çıxarmaq və dərhal həkimə müraciət etmək lazımdır. Özbaşına müalicə və ya tədbirlər görülməsi yanlış nəticələrə səbəb ola bilər. Şübhəli əlamətlər və gənə dişləyənlər həkimə müraciət etməlidirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4488   Tarix: 17 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tərtərdə 19 yaşlı qız öz evindən oğurluq edib

Tərtərdə öz evindən oğurluq edən qız saxlanılıb. APA xəbər verir ki, rayon polis şöbəsinə fərdi yaşayış evlərinin birindən 2 650 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkd

18.05.2024 269
.

Qara dənizdə gəmi batıb

Qara dənizdə Tanzaniya bayrağı altında üzən "Mohammed-Z" gəmisi batıb. "Report" xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb. Məlumata görə, gəmi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb. Qeyd edilib ki, "Mohammed -Z"i

18.05.2024 139
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18.05.2024 172
.

Prezident və xanımı "Ağalı" hotelinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində "Ağalı" hotelinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 259
.

Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

Qırğızıstan Daxili İşlər Nazirliyi ölkə sakinlərini icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb və onlara qanunun pozulmasına görə məsuliyyəti xatırladıb. "Report"un məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilib. "Paytaxtda baş verən son hadisələrl

00:25 85
.

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bu barədə qatıldığı "TGRT Haber"in canlı yayımı zamanı danışıb. "Hər bir dəhlizin tutumu var. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olaca

18.05.2024 258
.

Həyat yoldaşının birinci xanımından danışdı

Müğənni Səidə dadaşova həyat yoldaşı Maqanın ilk evliliyindən danışıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Günaylı gün" proqramında danışıb. O bildirib ki, onunla və övladları ilə münasibəti yaxşıdır:. "Aysel xanımı salamlayıram. Yoldaşımın uşaqlarının anasıdır. Birinci xanımıdır

18.05.2024 581
.

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib. Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb. 9 dekab

18.05.2024 345
.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

18.05.2024 341