Millət vəkili: "Azərbaycan o ölkələrdən daha yaxşı yaşayır"

Millət vəkili: "Azərbaycan o ölkələrdən daha yaxşı yaşayır""Dünyada sosial problemi olmayan ölkə yoxdur. Ancaq Azərbaycan əhalisi keçmiş SSRİ ölkələri arasında ən yaxşı yaşayır".
BiG.AZ xəbər verir ki, bu fikirləri "Ölkə.Az"-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bildirib.

A.Əlizadə deyib ki, bu gün Azərbaycan əhalisi Moldova, Ukrayna, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Ermənistan və digər keçmiş SSR ölkələrinin əhalisindən daha yaxşı yaşayır:

"Azərbaycan əhalisi Rusiyanın Moskva, Sankt-Peterburq və bir neçə böyük şəhərlərini çıxmaq şərti ilə daha yaxşı yaşayır. Bu gün bəzi insanlar Azərbaycandakı vəziyyəti bəyənmirsə, əslində bu yaxşı haldır. Çünki insan daim işləyib yaxşıya doğru addımlamalıdır. Daha bir parça çörəyim var, bəsimdir prinsipi olmamalıdır. Bunun üçün də daha çox işləmək lazımdır. Misal üçün, mən ABŞ-dan yeni qayıtmışam. Mən ilk dəfə ABŞ-a gedəndə təəccüb etmişdim. Oranın yolları elə bizim yollar kimi idi. Ancaq indi bizim yollar ABŞ-ın yollarından qat-qat yaxşıdır. Donald Tramp prezident olandan sonra ABŞ-da da yolları düzəltməyə başlayıblar. Həmçinin, ötən sərin 90-cı illərinin əvvəlinədək Almaniyanın yolları çox yaxşı idi, ancaq indi pis vəziyyətdədir. Azərbaycanın yolları daha yaxşıdır".

Deputat qeyd edib ki, vaxtilə Qərbdə genişləndirilən sosial problemləri indi məqsədli şəkildə məhdudlaşdırırlar:

"Bunun da səbəbi odur ki, əhali tənbəlləşib, işləmək istəmir. Mən hərdən alman deputatlarla da görüşəndə bu barədə soruşuram. Onlar da bildirir ki, bizim gənclərin işləməyə həvəsi yoxdur. Səbəb də Almaniyada insanların sosial təminatının yüksək olmasıdır. Almaniyada sosial təminat o qədər yüksəkdir ki, əhalinin işsizlikdən aldığı müavinətlə işçi maaşı təqribən eynidir. Almaniya və digər Qərb dövlətlərində insanlar işsiz qala-qala sosial müavinətlə yaxşı dolanırlar, bütün dünyanı gəzirlər. Bütün bunlara görə miqrantlar da həmin ölkələrə üz tuturlar. Ona görə də Qərbdə sosial təminatın çox yüksək olması müəyyən problemlər yaradır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1401   Tarix: 15 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

05.05.2024 163
.

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Pasxa bayramı münasibətilə paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

05.05.2024 224
.

ABŞ kəşfiyyatı: Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir

Birləşmiş Ştatların kəşfiyyatı hesab edir ki, Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir. "Report" xəbər verir ki, bu sözləri ABŞ Milli kəşfiyyatı direktoru Evril Heyns Konqresin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmələrdə deyib. Rusiya və Çin arasındak

05.05.2024 164
.

Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək

Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Qeyd olunub ki, Cənubi Koreyanın doqquz hərbi qulluqçus

05.05.2024 130
.

Müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ

Şəmkirdə dəhşətli yol-nəqliyyat hadisəsi zamanı vəfat edən müğənninin oğlunun fotoları yayılıb. xəbər verir ki, müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə olub. Qəza nəticəsində müğənninin 17 yaşlı oğlu İlkin Rzayev vəfat edib. Yol-nəqliyya

05.05.2024 910
.

ABŞ-də narkotiklə bağlı təhlükəli vəziyyət yaranıb

Texasın Ostin şəhərində (ABŞ) ölümcül narkotik dozası "epidemiyası" yayılıb. Bu barədə Təcili yardım xidmətindən bildirilib. Məlumata görə, ilk zənglər şəhərin mərkəzindən gəlməyə başlayıb, sonra şəhərin hər yerindən, yaşayış, iş yerlərindən və ictimai yerlərdən çağırışlar qəbul ediblər. Təcil

05.05.2024 208
.

ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu

"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi

05.05.2024 161
.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilə

05.05.2024 193
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 219