Daha bir məşhur şirkət rəhbərinin oğlu da adam vurubmuş... - FOTO

Daha bir məşhur şirkət rəhbərinin oğlu da adam vurubmuş... - FOTOSürücüsü döyülən MMC sahibinin oğlu da avtomobillə adam öldürüb və cəzadan yayınıbmış...

Avtobus sürücüsünə hücum edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun həbsi gündəmdən düşmür. Baş Prokurorluq generalın oğlunun həbs edilməsi ilə bağlı açıqlamasında bildirib ki, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW" markalı, Az 10 OG 300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Baş Prokurorluğun məlumatında həmçinin qeyd edilir ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib. Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Rüstəm Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini, həqiqi hərbi xidmətə çağırış Baş İdarəsinin rəisi Novruzəli Orucov tutduğu vəzifədən azad olunub.

General oğlunun təqib, sonradan vurub xəstəxanalıq etdiyi sürücü "Xaliq Faiqoğlu" MMC-nin 85 saylı marşrutunda çalışıb. Gələn məlumata görə, MMC sahibinin oğlu da general Novruzəli Orucovun oğlundan geri qalmır. Azpolitika.info yazır ki, "Xaliq Faiqoğlu" MMC-nin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seyidov da kübar həyat tərzi keçirməyi xoşlayır.
Sitat: "Xaliq Seyidov atasının vergidən yayındırdığı vəsaitlər hesabına özünə bir neçə bahalı avtomobil alıb. Məsələn, iş adamının oğlunun sərəncamında Az 10 LU 090 dövlət nömrə nişanlı "Mercedes GL", Az 10 OF 090 dövlət nömrə nişanlı "Range Rover" və digər avtomobillər var. Xaliq Seyidov bir xeyli bundan öncə paytaxtın Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədib. O, avtomobilini yüksək sürətlə idarə etdiyindən qarşısına çıxan piyadanı vurub. Piyada isə aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib. Xaliq Seyidov heç nə olmayıbmış kimi hərəkət edib və hadisə yerindən qaçıb. Baş vermiş yol-nəqliyyat hadisəsinin üstündən xeyli müddət keçsə də, şirkət rəhbərinin oğlu məsuliyyətə cəlb olunmayıb..."
Həmin yol nəqliyyat hadisəsi 2014-cü ildə "Memar Əcəmi" metro stansiyasına yaxın ərazidə baş verib. Maraqlıdır ki, bu məlumatlar mətbuatda getdikdən sonra da hüquq-mühafizə orqanlarının əməkdaşları biznesmenin oğlunun barəsində heç bir ölçü götürməyiblər. Xaliq Seyidov nəinki həbsə alınıb, heç şərti cəzaya belə məhkum edilməyib.

BiG.AZ "Yeni Müsavat"a istinadən xəbər verir ki, general oğlu sürücünu vuraraq həbsə düşsə də, holdinq sahibinin oğlunun adam ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək azadlıqda gəzməsi sual doğurmaya bilməz.

Daha bir məşhur şirkət rəhbərinin oğlu da adam vurubmuş... - FOTOQeyd edək ki, "Xaliq Faiq oğlu" MMC-nin nəzarətində xeyli sayda marşrut xətti var. Bunlar 18, 22, 27, 37, 49, 52, 53, 54, 57, 61, 65, 76, 79, 85, 119, 188, 199 saylı marşrut xətləridir. Bu şirkətin sürücülərinin vətəndaşlarla kobud davrandığı bu yaxınlarda Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda da qeyd edilib. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova "APA-Economics"ə bildirib: "Konkret olaraq "Xaliq Faiqoğlu" MMC ilə bağlı bizim əlimizdə digər daşıyıcıların, habelə sərnişinlərin konkret şikayətləri var. Şikayətlərdə şirkətə məxsus avtobusların sürücülərinin kobud qayda pozuntuları, avtobusların müasir standartlara cavab verməməsi qeyd edilib..."

General oğlunun diz çökdürüldüyü qanunun qarşısında Faiq Seyidovun oğlu Xaliq Seyidov da dayandırılmalıdır. Əks halda, növbəti rezonans doğuracaq hadisənin qəhrəmanının adı indidən bəllidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2294   Tarix: 15 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Elçin Quliyev III Çarlzla bir arada - Fotolar

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Böyük Britaniya kralı II Çarlzla görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüş Böyük Britaniyada keçirilən Vindzor Kral Atçılıq Şousu çərçivəsində baş tutub. E.Quliyev II Çarlzla birlikdə atların yarışını izləyib. Qeyd edək ki, Vindzo

16:57 400
.

Putin sabah and içəcək

Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində qalib gəldikdən sonra sabah and içəcək və yeni dövrdə səlahiyyətlərinin icrasına başlayacaq. xəbər verir ki, Rusiyada mart ayında keçirilən prezident seçkilərində 87,28 faiz səs toplayan Putin, mayın 7-də Kreml sarayında keçiriləcək mərasimdə an

21:15 0
.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

21:30 0
.

Budapeştdə Ermənistan və Macarıstan xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilib

Budapeştdə Ermənistan və Macarıstan xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilib. xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına görə, həm ikitərəfli məsələlər, həm də Ermənistan-Aİ tərəfdaşlığı və regional mövzular gündəmdədir. Geniş tərkibdə iclasdan əvvəl Ermənistanı

21:00 20
.

Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR - FOTO

Bakının Xətai rayonu Gəncə prospektində yerləşən "Şəms" şadlıq evinin söküntüsünə hazırlıq gedir. Sakinlərin -a verdiyi məlumata görə, ötən gündən başlayaraq şadlıq evinin kənarına dəmir qaynaq edilir və hasara alınır. Məlumat üçün bildirək ki, "Şəms" şadlıq evinin bir müddət önc

20:52 80
.

"ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir" - Politoloq

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib. Politoloq Turan Rzayev -a bildirib ki, ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir. Bu, tarixən də belə olub. İstə

16:37 191
.

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib. BİG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilə

14:42 233
.

Qəzzada ölənlərin sayı 34735 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 34735 nəfərə çatıb. Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İsrail 213 gündür hücumları davam edir

15:58 123
.

Əri tərəfindən boğularaq qətlə yetirilən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO

Sabunçu rayonunun Ramana qəsəbəsi, "3-cü Mədən" adlanan nömrəsiz fərdi yaşayış evlərinin birində 28 yaşlı Nurəddin Məmmədov aralarında yaranan mübahisə zamanı 22 yaşlı həyat yoldaşı Ayşən Məmmədovanı boğaraq qətlə yetirib. Hadisədən sonra cinayəti törətməkdə şübhəli bilinən Nurəddin Məmmədo

23:48 0