"Qızımı öldürən həkimin arvadı hamilədir, uşağı versinlər mənə..." - Əməliyyatda ölən Leylanın anası

"Qızımı öldürən həkimin arvadı hamilədir, uşağı versinlər mənə..." - Əməliyyatda ölən Leylanın anasıModel Leyla Oruclunun Bakıda özəl klinikalardan birində əməliyyat zamanı həyatını itirməsindən 15 gün ötür. Hadisənin üstündən günlər keçsə, bu mövzu mətbuatın və sosial şəbəkələrin gündəmindən çıxsa da, Leylanın ailəsinin yarası hələ də təzədir.

BiG.AZ-ın məlumatına görə, lent.az-ın əməkdaşı ailənin Binəqədi qəsəbəsində yaşadığı evdə olub və faciəvi şəkildə vəfat edən gənc qızın anası ilə söhbət edib.

Əvvəlcədən qeyd edək ki, gənc qızın estetik əməliyyat etdirməsi onun həyatı bahasına başa gəlib. Modelliklə məşğul olan Leyla iyunun 22-də ailəsinə xəbər vermədən "Zəfəran Hospital"da liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyatdan sonra vəziyyəti pisləşən gənc qız komaya düşüb və iki gün sonra vəfat edib.

Leylanın anası Sevinc Alpman qızının ölümündə cərrahın böyük günahının olduğunu düşünür:

"Adi diş çəkdirməyə gedəndə evdə kimsə yoxdursa, qonşunu çağırırsan ki, dişimi çəkdirmək istəyirəm, mənimlə gəl. Həmin gün səhər Leylanı mən özüm yola salmışam. Səhər atamla ikimiz yola saldıq onu, atası 2 gün idi ki, Türkiyəyə getmişdi. Biz də hazırlaşırdıq Türkiyəyə gedək, Leyla mənə dedi ki, ana, 3 günə gedək. Mən isə 3 yox, 15 günə gedə biləcəyimizi dedim. Əməliyyat barədə evdə bir kəlmə də danışmayıb. Həmin gün səhər bir qədər gec oyanmışdı. "Bonito" şirkətində işləyirdi, model kimi paltar reklamlarında çəkilirdi. Soruşdum, niyə işə gec gedir, cavab verdi ki, icazə alıb və bir qədər yatmaq istəyir. Deyib gülə-gülə yola saldıq. İşə gedib, ordan da çıxıb gedib xəstəxanaya. Orda özləri hər şeyi: əməliyyat-filan ediblər. Artıq axşam saat 8-i keçmişdi. Zəng etdim ki, Leyla hardasan, balıq qızartmışam. Həmişə mən zəng edəndə, geri zəng edib danışırdı. Amma həmin gün dönmədi. Gecəyə kimi çoxlu zəng etdik, gözlədik, saat 12-nin yarısı olardı, gördüm başqa nömrə ilə bir kişi zəng edib.

"Qızımı öldürən həkimin arvadı hamilədir, uşağı versinlər mənə..." - Əməliyyatda ölən Leylanın anasıDedi ki, Leylanın həkimidir, o, plastik əməliyyat olunub, vəziyyəti ağırdır, gəlin. Həmin zəng edən şəxs anestizioloq Pərviz idi. Ürəyim düşdü, tez getdik ora, səhərə kimi gözlədik. Biz gedəndə içəri qoymadılar, dedilər, yaşamaq şansı 50-50-dir, dua edin. Səhər saat 9-da Sirus (əməliyyatı həyata keçirən həkim - N.R.) yoldaşı ilə gəldi, yaxınlaşıb vəziyyəti soruşmaq istədim. Məni görən kimi həyəcan içində lifti gözləmədən pilləkənlər tərəfə gedib piyada qalxmağa başladı. Mən yoldaşı ilə 4-cü mərtəbəyə qalxdım.

Getdim soruşdum ki, axı niyə valideynlərinin xəbəri olmadan əməliyyat etmisiniz? Cavab verdi ki, böyük qızdır, 21 yaşı var, məndən xahiş etdi, mən də əməliyyat etdim. Yəni bu insanlar bir xahişlə kimi gəldi əməliyyat edirlər. Mənim qızım qəpik-qəpik pulunu yığıb, həkim də pulu görən kimi tez əməliyyata razılaşıb, halbuki qızımın yanında ailə üzvlərindən mütləq bir nəfər olmalı idi, əməliyyata razılıq verməli idi. Mənim bircə istəyim var, o həkim Azərbaycandan çıxıb getsin, ya da ikisi də tutulsun. Sirus da, Pərviz də. Leylanın qanı yerdə qalmasın. Başqa heç nə istəmirəm. Ya da Sirus gətirsin öz balasını versin mənə, arvadı hamilədir. Dünyaya gətirdiyi uşağı versin mənə. Mən onun, balalarının kölgəsi olacağam, onlardan əl çəkməyəcəm".

Sevinc Alpman deyib ki, qızını əməliyyat edən həkim Sirus Qoçxaninin işləmək üçün müvafiq diplomu yoxdur:

"Qızımı öldürən həkimin arvadı hamilədir, uşağı versinlər mənə..." - Əməliyyatda ölən Leylanın anası"Həkim gərək onu əməliyyata salmazdı, 170 santimetrdən çox boyu, 50 kilo çəkisi olan qızın nə piy problemi ola bilər ki? Ancaq pula görə bu əməliyyatı ediblər. Haradansa qovulmuş həkimlər gəlib burda bizim övladlarımızı bədbəxt edir. Bu gün Leyla öldü, sabah da başqa uşaqlarımızı öldürəcəklər. Mənə həmin həkimin qurbanı olmuş müxtəlif insanlar yazırlar. 36 yaşlı bir qadın zəng etmişdi, dedi ki, uşaq dünyaya gətirəndən sonra bədənində deformasiyalar olub. Sirus həkim onu əməliyyat edib, elə vəziyyətə salıb ki, indi tamamilə ağır durumda yaşayır. Gəncədə süd vəzisi əməliyyat edilmiş qadını da bədbəxt edib. Həmin həkim gəlib burda özünü məşhurlaşdırır, amma kimsə soruşmur ki, kimsən, haradan gəlmisən, diplomun, sertifikatların varmı? Keçmişdə nə işlə məşğul olub, haradan qovulub onu sorğulayan yoxdur".

Şikayətçi əlavə edib ki, daha əvvəl Leylanı müayinə edən həkim onun əməliyyat edilməsinə qarşı çıxıb:

"Mübariz həkim var, o da plastik cərrahdır. Leyla daha əvvəl onun yanına gedib. Həmin həkim hadisədən xəbər tutan kimi bizə dedi ki, Leylaya əməliyyat etdirmək olmazdı. Çünki çox zəif idi, 50 kilo çəkisi vardı, həm də psixi cəhətdən əməliyyatdan çox qorxurdu. Özü həmişə əməliyyatdan, qandan qorxub. Bəlkə də görüb yiyəsi yoxdur, ona görə razı olmayıb. Nə bilim, hər halda dedi ki, ona əməliyyat qəti olmazdı. Əməliyyat edilən yerdə bildirdilər ki, ayın 22-də saat 16-da əməliyyata alınıb, sonra palataya köçürülüb, amma dərhal da reanimasiyaya qaytarıblar. Orda başqa xəstə var idi, mənə dedi ki, Leyla palataya keçiriləndə çox ağır durumda olub, danışa-hərəkət edə bilmirmiş".

"Qızımı öldürən həkimin arvadı hamilədir, uşağı versinlər mənə..." - Əməliyyatda ölən Leylanın anasıModelin anası iddia edib ki, sosial şəbəkələrdə müəyyən şəxslər qızların çox olduğu yerlərdə onlar barəsində xoşagəlməz fikirlər bildirərək qızlarda kompleks yaradır və onları əməliyyat etdirməyə təhrik edir. Leyla da məhz belə təhriklərin təsiri altına düşüb:

"Mənim bildiyimə görə, xüsusi adamlar var və onlar həkimlərlə əlbir işləyir. Həmin şəxslər internetdə insanlara təzyiqlər göstərir, psixi təsir edərək müştəri toplayır və cavan qızları əməliyyat etdirməyə sövq edir".

Tək qızını itirmiş ana deyir:

"Leyla dünyaya gələndən 11 il sonra oğlum anadan oldu. Bəlkə də Allah bilib ki, hansısa iranlı gəlib mənə dağ vuracaq, gül kimi balamı aparacaq. Ona görə o uşağı verdi mənə. Leyla çox fərqli qız idi, həm də çox qorxaq idi. Oğlumu sünnət etdirmişdik, qardaşını uzaqdan görəndə üzünü çevirirdi, ona tərəf baxa bilmirdi. 15 gün qardaşına yaxın gedə bilmədi. Necə ola bilər ki, belə qorxaq qız əməliyyata gedərkən gülərək, arxayın formada şəkil çəkdirir? Deməli, Leylanı aldadıblar. O, bu əməliyyatı o qədər sadə bir şey bilib ki, heç kimə demədən arxayın gedib. Orda da 2 min manat pul alıblar Leyladan, amma çek verilməyib. O pulun çeki hardadır? Mən bununla bağlı müvafiq qurumlara da müraciət edəcəyəm. Mənim gül kimi qızımı məhv etdilər. O qədər gözəl idi ki...

Nə qədər oğlanlar istəyirdi onu. Amma heç kimə meyl etmirdi. Özü də mənə demişdi. Heç kimi sevməmişdi indiyə kimi, nakam getdi. Ancaq işləmək istəyirdi, sosial həyatı sevirdi. ASAN Xidmətdə könüllü olmuşdu. Xarici dilləri öyrənirdi, üzməyə gedirdi, kompüter proqramlarını öyrənirdi. Vergilər Depertamentinin qəbul şöbəsində praktika keçmişdi. Ancaq gözəl geyinməyi, gözəl görünməyi, fotolar çəkdirməyi sevirdi".

O da məlum oldu ki, Leylanı əməliyyat edən həkim onun yasına gəlməyib. Lakin qızın xəstəxanaya verdiyi pul ailəsinə geri qaytarılıb. Sevinc Alpman bildirib ki, xəstəxanada Leylanın qeydiyyata alınması, əməliyyatın görüntüləri, çek və sair kimi sənədlər onlardan gizlədilir və ümumiyyətlə olub-olmaması barədə məlumat yoxdur.

Model qızın ölümündə günahlandırılan iranlı həkim Siruz Qoçxani unikal.org-a açıqlamasında onun pioemboliya diaqnozundan dünyasını dəyişdiyini, vəfat etməsində bir rolunun olmadığını deyib:

"Leyla başqa xəstəxanada analizlər vermişdi. Analizlərdə əməliyyat üçün hər hansı bir qaranlıq məqam qalmamışdı. İyunun 22-də 16:00-da əməliyyata alındı. Əməliyyat saat 18:00-da yekunlaşdı və palataya köçürüldü. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürüldü. Orada da lazımı tibbi yardım göstərildi. Mən də həmin anda özümü xəstəxanaya çatdırmışam. Leyla pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişdi. Mən ona dedim ki, "qızım, bu sənə lazım olan əməliyyat deyil". Ancaq mənimlə razılaşmadı. Çox xahiş etdiyi üçün əməliyyatı etməli oldum. O, əməliyyatdan qabaq təəssüflər olsun ki, yaxınları ilə məsləhətləşməyib. Mən də onun yetkinlik yaşını nəzərə alıb, bu barədə sorğu sual aparmamışam. Bu cür xəstələrin 1-3 faizi dünyasını dəyşir. Əməliyyat öncəsi Leyla ilə söhbət aparıb müvafiq sənədləri imzalatmışıq".

S.Qoçxani bu hadisədə günahı olmadığını və ölüm hadisəsi ilə bağlı prokuorluqda izahat verdiyini də deyib:
"Qızımı öldürən həkimin arvadı hamilədir, uşağı versinlər mənə..." - Əməliyyatda ölən Leylanın anası"Bu cərrahi əməliyyatdır və hər zaman belə hallara hazır olmalıyıq. Təəssüflər olsun ki, Azərbaycan reallığında bu cür hadisələrdə həkimlər günahlandırılır".

Qeyd edək ki, L.Oruclu 8-ci sinifədək Bülbül adına orta ixtisas musiqi məktəbində oxuyub. Daha sonra təhsilini 100 saylı orta məktəbdə davam etdirib. Maliyyə-iqtisad kollecini bitirəndən sonra model kimi şirkətlərdə çalışıb. O bu il ali təhsil almaq üçün Ukraynaya getməyi planlaşdırırmış.

Artıq ölüm faktı ilə bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb, Leylanın yaxınları, eləcə də əməliyyatla bağlı adları hallanan həkimlər ifadə veriblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8242   Tarix: 07 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862