Bakının mərkəzində güclü yanğın oldu ! (Foto, Video)

Beşmərtəbəli binanın çardağında başlayan alov sonuncu mərtəbəyə yayılıb

ANS PRESS-in məlumatına görə, Bakının mərkəzindəki yanğın söndürülüb. Lakin beşmərtəbəli binanın üzərində hələ də tüstü görünür.


02.25
FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin müavini, polkovnik Rza Xudiyev AzərTAc-a bildirib ki, saat 22.49-da "101" xidmətinə R.Behbudov və 28 May küçələrinin kəsişməsində yerləşən altımərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə texnika və canlı qüvvə göndərilib. Hadisə yerinə çatan ilkin yanğınsöndürmə rəhbəri yanğının mürəkkəbliyini nəzərə alaraq, "yüksək çağırış" elan edib. Bakı Qarnizonunun qüvvələri təcili olaraq yanğınla mübarizəyə cəlb olunublar. Hazırda yanğın söndürülmək üzrədir.

"Qədim binanın taxta konstruksiyalardan ibarət olması yanğının qarşısının alınmasını çətinləşdirirdi. Yanğın əsasən dam örtüyündə baş vermişdir. Dam örtüyü isə beşinci mərtəbədə yaşayan sakinlər tərəfindən zəbt olunduğundan orada əlavə arakəsmələr tikilmişdir ki, bu da yanğınsöndürənlərin işinə mane olurdu", - Rza Xudiyev deyib.

Yanğın təxminən 450-500 kvadratmetr ərazini əhatə edib. Beşinci mərtəbədəki bir neçə mənzilə ziyan dəyib. Ancaq yanğının dam hissəsinə tam yayılmasının qarşısı alınıb. Binanın sakinləri təxliyyə olunub, 1 nəfər zəhərlənib və ona ilkin tibbi yardım göstərilib.


01.35
Bu gecə Bakının Nəsimi rayonunda, 28 May küçəsi, 14 ünvanında beşmərtəbəli yaşayış binasında yanğın baş verib. AzərTAc-ın məlumatına görə, evin çardağında başlayan alov tədricən binanın 5-ci mərtəbəsini də əhatə edib. Sakinlər təcili olaraq köçürülmüşlər. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və təcili tibbi yardım briqadaları fəaliyyət göstərirlər.

Yanğının söndürülməsi davam edir.

ANS PRESS-in 1news.az saytına istinadən verdiyi məlumata görə, yanğın baş verən ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. Rəşid Behbudov küçəsi Xaqani küçəsi ilə kəsişmədən Dilarə Əliyevə küçəsi ilə kəsişməyədək bağlanıb.

İlkin məlumatlara görə, yanğın nəticəsində xəsarət alan yoxdur. Lakin bəzi sakinlərin güclü tüstü üzündən halının pisləşdiyi bildirilir.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerindədir.

Bakının mərkəzində güclü yanğın oldu ! (Foto, Video)Bakının mərkəzində güclü yanğın oldu ! (Foto, Video)Bakının mərkəzində güclü yanğın oldu ! (Foto, Video)Bakının mərkəzində güclü yanğın oldu ! (Foto, Video)Bakının mərkəzində güclü yanğın oldu ! (Foto, Video)Bakının mərkəzində güclü yanğın oldu ! (Foto, Video)Bakının mərkəzində güclü yanğın oldu ! (Foto, Video)Bakının mərkəzində güclü yanğın oldu ! (Foto, Video)Bakının mərkəzində güclü yanğın oldu ! (Foto, Video)Bakının mərkəzində güclü yanğın oldu ! (Foto, Video)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3786   Tarix: 18 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

Qırğızıstan Daxili İşlər Nazirliyi ölkə sakinlərini icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb və onlara qanunun pozulmasına görə məsuliyyəti xatırladıb. "Report"un məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilib. "Paytaxtda baş verən son hadisələrl

00:25 85
.

Dünyanın ən uzun telefon danışığı: 54 saatdan çox

Ən uzun telefon danışığı rekordu 2012-ci ildə qeydə alınıb. Telefon danışığı 43 saatı keçib. xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra Latviyanın "SponsorKing" reklam agentliyi və tanınmış telekommunikasiya operatoru əvvəlki dünya rekordunu qırmaq məqsədi ilə müsabiqə təşkil ediblər

18.05.2024 325
.

Professor: Beynəlxalq hüquq baxımından Yeni Kaledoniya Fransa ərazisi deyil

Beynəlxalq hüquq baxımından Yeni Kaledoniya Fransa ərazisi deyil. Bunu "Report"a açıqlamasında Türkiyənin Yıldız Texnik Universitetinin İqtisadiyyat və inzibati elmlər fakültəsinin siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının professoru Mehmet Akif Okur deyib. O bildirib ki, Yeni Kaledoniy

18.05.2024 147
.

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətindəki Staritsa yaşayış məntəqəsi üzərində nəzarəti ələ alıb. "Report" bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir. Nazirlik bildirib ki, qoşunlar ölkənin içərilərinə doğru irəliləyiblər. Ukraynanın rəsmi qurumları hələ ki, b

18.05.2024 184
.

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 175
.

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bu barədə qatıldığı "TGRT Haber"in canlı yayımı zamanı danışıb. "Hər bir dəhlizin tutumu var. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olaca

18.05.2024 258
.

Pensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs

18.05.2024 562
.

Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür: Ailəsi DANIŞDI

Lənkəranda öldürülən 22 yaşlı Könül Ağayevanın ailəsi qətlin səbəbləri barədə danışıb. Tələbə qızın anası Rəqsanə Ağayeva bildirib ki, qızını oğlan kimi böyüdüb:. "Uşağım 100 manatın qurbanı olub. Onu qətlə yetirən oğlanla söhbətim zamanı pul üstündə mübahisə etdiyini dedi". K.Ağayevanın nənəs

18.05.2024 255
.

Tərtərdə 19 yaşlı qız öz evindən oğurluq edib

Tərtərdə öz evindən oğurluq edən qız saxlanılıb. APA xəbər verir ki, rayon polis şöbəsinə fərdi yaşayış evlərinin birindən 2 650 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkd

18.05.2024 269