Bakıda terakt törətmək istəyən Rəşadəti Pakistanda raket vurubmuş - TƏFƏRRÜATLAR

Bakıda terakt törətmək istəyən Rəşadəti Pakistanda raket vurubmuş - TƏFƏRRÜATLARBakı Ağır Cinayətlər Məhkəməsində Pakistanda müxtəlif silahlı qruplaşmaların tərkibində cihadda iştirak etməkdə ittiham olunan "Ömər" ləqəbli Rəşadət Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

BiG.AZ virtualaz.org-a istinadən bildirir ki,prosesə hakim Azad Məcidov sədrlik edib.

İttihama görə, Rəşadət Ağayev həm də 2012-ci ilin mayında "Eurovision" musiqi yarışması ərəfəsində Bakıda terror aktı planlaşdırmaqda təqsirləndirlən dəstə üzvülərindən biri olub. Cinayət işinin materiallarına görə, Rəşadət Ağayev özünə "Ömər" dini ləqəbini götürərək, 2005-ci ilin iyununda dini təhsil almaq üçün Suriyanın Dəməşq şəhərinə gedib. Orada dini və psixoloji təlim keçib. 2006-cı ilin dekabrında Əfqanıstanda "cihad"da iştirak etmək üçün əvvəlcə İrana, oradan isə qaçaq yolla Pakistana keçib.

Orada "Taliban"ın təminatı altında 2008-ci ilin aprel ayının əvvəllərinə qədər beynəlxalq koalisiya qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak edib. 2008-ci il aprelin 4-də Bakıya qayıdandan sonra isə "Eurovision" ərəfəsində partlayışlar törətmək, hüquq-mühafizə orqanlarının inzibati binalarına hücum etmək planları olan dəstə üzvlərinə qoşulub. Lakin planlaşdırılan terror aktları baş tutmayıb, dəstə üzvlərindən bəziləri öldürülüb, qalanı da həbs olunub.

R.Ağayev isə ifadəsində ittihamda yazılanların əksəriyyətinin "yalan olduğunu" deyib. Onun sözlərinə görə, 2005-2006-cı ildə Suriyada təhsil alsa da, orada hər hansı təlimdə iştirak etməyib. Sonradan Pakistana gedib və orada pilotsuz təyyarədən endirilən zərbələr nəticəsində ayağından xəsarət alıb. Bir müddət müalicə aldıqdan sonra Azərbaycana qayıdıb.

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon Pakistanın Əfqanıstanla sərhəd bölgələrində həmin dövrlərdə müntəzəm olaraq "Taliban" və "Əl-Qaidə" terrorçularına zərbələr endirirdi. "Predator" pilotsuz kəşfiyyat təyyarəsindən "Hellfire" ("Cəhənnəm alovu") raketləri endirilən dəqiq zərbələr nəticəsində çoxlu sayda "Taliban" və "Əl-Qaidə" üzvü, o cümlədən terror qruplaşmalarının yüksək rütbəli komandirləri öldürülüb. Belə görünür ki, "Taliban"çı R.Ağayev də həmin raket zərbələrindən birinə tuş gəlib.

Paytaxtda terror aktları planlaşdıran dəstənin üzvü kimi təqdim olunmasına gəlincə, R.Ağayev bildirib ki, həmin qrupda adları çəkilənlərin bəzilərini tanıdığını etiraf edib, ancaq qalanlarını tanımadığını bildirib: "Aydın Həsənovu, Elmir Nurəliyevi Pakistanda tanımışam. Əmir Muradovu eyni zavodda işlədiyimizə görə tanımışam. Arif Həsənovu qardaşı Aydına görə tanıyıram".

R.Ağayevin ifadəsinə görə, Elmir Nurəliyev ona Vüqar Padarovun (2012-ci ildə MTN-in əməliyyatı nəticəsində öldürülüb-red.) Dağıstanda əmir təyin edildiyini deyib və ona biyət edilməsini təklif edib. Lakin o, bu təkliflə razılaşmayıb: "İmtina etdiyimə görə Elmir Nurəliyev planları haqda mənə heç bir məlumat vermirdi. Nə mən Qusara gedəndə Əmir Muradovgilin maşına silah-sursat yüklədiyini görmüşəm, nə də onların hansı məqsədlə getdiyini bilmişəm. Dəstəyə yeni üzvlərin qəbulu haqda da mənə heç bir təklif olmayıb. Heç bir mütəşəkkil cinayətkar dəstənin üzvü olmamışam. "Eurovision" işində təqsirləndirilən şəxslərin planlarından xəbərim olmayıb.

Həmin dəstənin üzvlərindən olan Samir Sanıyev və digərlərində silah-sursat olduğunu bilməmişəm".

Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə məqsədi kimi qiymətləndirib. Məhkəmənin hökmü ilə R.Ağayev 13 il müddətinə azadlıqdan məhrum edilib.

R.Ağayevin vəkili Fariz Namazlı müdafiə etdiyi şəxsin "Eurovision" ərəfəsində planlaşdırılan terror aktları ilə əlaqəsi, iştirakı müəyyən olunmadığını deyib: "Həmin iş üzrə təqsirləndirilən şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək, özlərini təqsirli bilməyiblər. Buna görə də məhkəmənin müəyyən etdiyi hallar Rəşadət Ağayev üçün məcburi ola bilməz, onun əməllərinə qiymət verilərkən istifadə edilə bilməz. Rəşadət Ağayevin cinayətkar dəstənin üzvü olması barədə iş materiallarında sübut yoxdur".

Vəkil hökmdən narazı qaldıqları və apellyasiya şikayəti verdiklərini bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1792   Tarix: 30 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"

13:20 93
.

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik

Asiya İnkişaf Bankı regional mərkəzin yaradılması prosesində Gürcüstanı dəstəkləyir. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bankın prezidenti Masatsuqu Asakava bildirib. "Asiya İnkişaf Bankı Gürcüstanı bölgədə ticarətin rəqəmsallaşdırılması, regional əlaqə, maliyyə inklüzivliyi

15:10 0
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 610
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 160
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 195
.

Böyük Britaniyanın mühafizəkarları regional seçkilərdə böyük məğlubiyyətlə üzləşiblər

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası mayın 2-də keçirilən regional seçkilərdə son onilliklərin ən səs-küylü məğlubiyyətlərindən birini alıb. "Report" xəbər verir ki, bu qiymətləndirməni İngiltərə üzrə 107 yerli özünüidarəetmə orqanlarından 102-də verilən səslərin hesablanmasını

11:50 105
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

04.05.2024 192
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 224
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 212