Bakının bir hücumla Qarabağı azad etmək PLANI – Düşməni titrədən SİLAH – VİDEO

Bakının bir hücumla Qarabağı azad etmək PLANI – Düşməni titrədən SİLAH – VİDEO"Azərbaycan Qarabağı qaytarmağa hazırlaşır".

BiG.AZ xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Aleksandr Xramçik deyib.

Onun sözlərinə görə, Azərbaycan Rusiyadan silah alır: "Rusiyanın nöqteyi-nəzərindən bu, ticarətdir, çünki Azərbaycan pulunu ödəyərək silahları əldə edir. Lakin Azərbaycanın nöqteyi-nəzərindən bu, gələcək müharibəyə hazırlıqdır".

Hərbi ekspert vurğulayıb ki, Azərbaycan silahları əldə etdikcə, daha da güclənir.

"Müharibəni kimin başlamasının heç bir fərqi yoxdur, lakin əsas olan budur ki, Azərbaycan bir hədəfə hazırlanır – Qarabağı qaytarmaq", - deyə o bildirib.

Qeyd edək ki, iyunun 24-də Rusiyadan Azərbaycana 42 eşelon silah-sursat gətirilib. Gətirilən texnika arasında "Xrizantema S" raketləri diqqət çəkib.
"Xrizantema-S" kompleksi BMP-3 piyada döyüş maşınının bazasında yığılıb. Raket kompleksi mürəkkəb relyefə malik ərazilərdə saatda 45 kilometr sürətlə hərəkət edə bilər. Şosse yolda isə saatda 70 kilometr sürət yığır, dolu yanacaq çənləri ilə 600 kilometr yürüş məsafəsinə malikdir.

"Xrizantema-S" döyüş mövqeyini cəmi 20 saniyədə alır. Bunun üçün maşının dayanması və daim döyüşə hazır olan iki "Xrizantema" raketinin hədəfə buraxılması kifayətdir. Üstəlik, iki raketi eyni vaxtda buraxıla və müxtəlif məsafələrdən iki müxtəlif hədəfi vura bilər.
Bununla yanaşı, "Xrizantema-S" kompleksi hədəfi operatorun onu görüb-görməməsindən asılı olaraq, istənilən hava şəraitində məhv edə bilər. Üç "Xrizantema-S" kompleksi düşmənin böyük sayda qüvvəsinin qarşısını uzaq məsafədən almağa qadirdir. Bu komplekslər döyüşə başlayaraq düşmənin hücum edən tank rotasınının hücumunu poza, cəmi bir neçə saniyədə rotanın tanklarının yarısından çoxunu məhv edə bilər. Və bütün bunlar düşmənin özünə gəlib cavab tədbirinə əl atmasına qədər baş verəcək. "Xrizantema-S" 400 metrdən 6 min metrə qədər hədəfləri vura bilir. Bu raket kompleksinə "Tank qatilləri" də deyilir.

A.Xramçik hesab edir ki, məhz bu texnikanın alınması yaxın gələcəkdə Qarabağda müharibənin başlaya biləcəyinə işarədir: "Azərbaycan müharibədə ciddi şəkildə üstünlük əldə edir və görünən budur ki, Bakının tək müharibə ilə Qarabağı azad etmək planı var".

Azərbaycanın bu raket kompleksini əldə etməsi Ermənistanda ciddi qorxu yaradır.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2103   Tarix: 28 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

04.05.2024 1033
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 92
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 62
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 314
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 356
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

04.05.2024 162
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

04.05.2024 155
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

04.05.2024 653
.

Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI

"Bakı Marafonu 2024" ilə əlaqədar sabah səhər saat 09:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, Bayra

04.05.2024 339